Ramaz Nikolaişvili (; ) — Gürcüstan siyasətçisi, Gürcüstan Parlamentinin deputatıhttp://www.parliament.ge/en/mp/2004, 2010–2012-ci ilərdə Gürcüstanın inftrastruktur naziri işləyib.

Həyat və fəaliyyəti 17 iyun 1965-ci ildə Tbilisi şəhərində anadan olub. 1983–1990-cı illərdə Gürcüstan Texniki Universitetində təhsil alıb. Sonradan Tbilisi Dövlət Universitetində 1997-ci və 2003-cü illərdə " Maliyyə və kredit" və "İqtisadiyyat və hüquq" fakültələrini bitirib. 1994–2000-ci illərdə Gürcüstan Vergi Müfəttişliyinin operativ şöbəsində çalışıb. 2000–2003-cü illərdə o xüsusi legionun xüsusi şöbəsinin rəis müavini olub. 2003–2004-cü illərdə Gürcüstan Maliyyə Nazirliyi maliyyə polisinin informasiya və analiz şöbəsinin rəis müavini işləyib. 2004–2005-ci illərdə statistika və informasiya xidmətinin rəhbəri işləyib. 2005–2007-ci illərdə maliiyə polisi baş idarəsinin rəisi, 2007–2008-ci illərdə Gəlirlər Xidməti Baş İstintaq İdarəsinin rəisi işləyib.

Siyasi karyerası 2008-ci ildə Nikolaişvili bir müddət Lançxuti, Ozurgeti və Çxoxatar rayonlarının qubernatoru, sonra isə müdafiə nazirinin müavini işləyib. 2008-ci ildən 2010-cu ilin ortalarınadək o Yollar Departamentinin rəisi vəzifəsində olub. 30 iyun 2010-cu ildə gürcüstanın infrastrukturlar naziri vəzifəsinə təyin edilib. 31 avqust 2012-ci ildə o həmin ilin 1 oktyabr ayında keçirilən parlament seçkilərində iştirak etmək üçün istefaya gedib.Minister for Infrastructure Resigns to Run for MP . Civil Georgia. August 31, 2012.

Təltifləri və mükafatları Uğurlu yol layihələrinə görə "İlin mühəndisi" fəxri adı (20 may 2010-cu ildə Gürcüstan Elmi -texniki birlik assosiasiyası tərəfinən verilib) Gürcüstan Respublikasının "Qabaqcıl təcrübə prezident ordeni" (24 may 2010-cu il) Gürcüstan Respublikasının "Şərəf " ordeni (4 dekabr 2009-cu il) Fəxri medal (17 sentyabr 2007-ci il) Gürcüstan Respublikasının "Müqəddəs Georginin Qələbəsi ordeni" (2012-ci il)

İstinadlar

Kateqoriya:Gürcüstan siyasətçiləri Kateqoriya:Gürcüstan nazirləri