Rəfiyə Sultan () — 31. Osmanlı padşahı Əbdülməcidin qızıdır.
Həyatı Rəfiyə Sultan 1842-ci ildə Beşiktaşdakı sarayda dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Gülcamal xanımdır. 1851-ci ildə anasının vəfatının ardından atasının digər xanımı Sərvətsəza xanımın himayəsinə verildi. Sarayda mükəmməl təhsil aldı. Kamança və piano dərsləri ilə yanaşı, ərəb və fransız dilləri üzrə də dərslər aldı. 1854-cü ildə Rəfiyə Sultan bibisi Adilə Sultanın ögey oğlu Ədhəm Mahmud Paşa ilə nişanlandı. Toy mərasimi isə 21 iyul 1857-ci ildə Topqapı sarayında baş tutdu və cütlüyə Üsküdarda bir saray təsis edildi.
Ancaq Rəfiyə Sultanın yumurtalıqlarında şiş var idi və bir neçə dəfə əməliyyat olunmuşdu. Bu əməliyyatların birində 1880-ci ildə vəfat etdi və Yeni məsciddə dəfn olundu.
Mənbə Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4. baskı, s. 447–50
Kateqoriya:Osmanlı sultanlarının qızları