Qara pişik () və ya əsl adı ilə Felisiya Hardi () – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Marv Volfman və Deyv Kokrum tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 194-cü sayında (iyul 1979) peyda olmuşdur. Qara pişik Hörümçək-adamın bir müddətlik sevgilisi, həm düşməni, həm də müttəfiqidir.
Qara pişik "Wizard" jurnalının ən böyük komiks personajları siyahısında 152-ci yerdə göstərilmişdir. IGN personajı "Top-25 Hörümçək-adam" düşməni siyahısında 24-cü yerdə vermişdir. Comics Buyer's Guide "Komikslərdə 100 ən seksual qadın" siyahısında onu 27-ci yerdə göstərmişdir.
Qara pişik bir neçə videooyun, animasiya serialı və məhsulda görünmüşdür. "Hörümçək-adam 4" filmində görünməsi planlaşdırılsa da, film ləğv olunmuşdur. "Heyranedici Hörümçək-adam 2" filmində Felisiti Cons Felisiya Hardini canlandırmışdır. 22 mart 2017-ci ildə Sony Qara pişik və Gümüş samur personajlarından bəhs edən "Qara və Gümüş" filminin istehsal olunacağını açıqlamışdır. Filmin 8 fevral 2019-cu ildə buraxılması planlaşdırılır.
Nəşrolunma tarixi thumb|Qara pişiyin ilk dəfə göründüyü "The Amazing Spider-Man" komiksinin 194-cü sayı.|left Qara pişik Marv Volfman və Deyv Kokrum tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 194-cü sayında (iyul 1979) peyda olmuşdur.
Bioqrafiya Felisiya Hardi Nyu-Yorkun Kuins rayonunda anadan olmuşdur. Atası Volter özünü səyahət agenti kimi təqdim etsə də, dünyaca məşhur pişik oğrusudur. Atası həbs olunana qədər qızına heç vaxt ikinci ən yaxşı olmamağı öyrətmişdir. Əgər basketbolu sevirsə, çerlidinq yox, basketbol oyunçusu olmalıdır.
İmperiya Dövlət Universitetinə daxil olan Felisiya Rayan adlı sevgilisinin təcavüzünə məruz qalır. Qurban olmaqdan nifrət edən Felisiya ona təcavüz edən öldürmək üçün döyüşməyi və akrobatikanı öyrənir. Nəhayət bir neçə aylıq hazırlıqdan sonra qisas almaq üçün yola düşür, lakin təcavüzkar içkili şəkildə maşın sürərkən qəzada ölür. Şansı əldən buraxdığı üçün əsəbləşən Felisiya atasının yolu ilə getmək üçün bacarıqlarını inkişaf etdirməyə qərar verir.
Qara pişik adını götürən Felisiya əvvəlcə atasını həbsxanadan xilas etməyə çalışır, amma Hörümçək-adamla qarşılaşır. Atası ölür, öz ölümünü də saxtalaşdırır.The Amazing Spider-Man #194–195 Kişilərə nifrət edən Qara pişik Hörümçək-adama qarşı da əvvəlcə kin bəsləyir. Lakin zaman keçdikcə Hörümçək-adam onun güvənə biləcəyi, hətta sevgi bəsləyə biləcəyi ilk şəxsə çevrilir.The Amazing Spider-Man #204–205 Felisiya onun güvənini və sevgisini qazanmaq üçün Qara pişik şəxsiyyətinə davam edir. Onun içindəki yaxşı tərəfi görən Hörümçək-adam onun işlədiyi hər cinayəti silməyə çalışır.
Güclər Əvvəlcə Qara pişiyin heç bir supergücü yox idi. Lakin Kinqpin tərəfindən keçirilmiş test sayəsində şansı və ehtimalı manipulyasiya etmək gücü qazanmışdır. Bu güc sayəsində düşmənlərinə "pis bəxt" gətirə bilir.Spectacular Spider-Man #89 Doktor Strenc daha sonra bu gücü ondan götürsə də, Qara pişik pişiklərə xas bacarıqlara malik olmuşdur. Pişiklərlə nisbi şəkildə gecə yaxşı görür, sürətlidir, güclüdür, dözümlüdür.Spectacular Spider-Man #116 Felisiya "pis bəxt" gücünü daha sonra yenidən qazanmışdır.Web of Spider-Man vol. 2 #12 Bunlardan əlavə, Qara pişik usta akrobat və döyüşçüdür.
İstinadlar
Xarici keçidlər
Spiderfan.org saytında profili.
Kateqoriya:Marvel Comics superqəhrəmanları Kateqoriya:1979-cu ildə tanıdılan komiks personajları Kateqoriya:Amerikan superqəhrəmanlar Kateqoriya:Qadın komiks personajları Kateqoriya:Uydurma muzdurlar Kateqoriya:Hörümçək-adam personajları Kateqoriya:Uydurma viqilantlar Kateqoriya:Marvel Comics qadın superqəhrəmanları Kateqoriya:Marvel Comics əlbəyaxa döyüşçüləri Kateqoriya:Uydurma oğrular Kateqoriya:Seriyalarına görə teleserial personajları