Tofiq Məmməd oğlu Əliyev () — Azərbaycan alimi, texnika elmləri doktoru (1967), professor (1969), Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1989), hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru (1988–1993), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1981), iki dəfə SSRİ Dövlət mükafatı (1969, 1983) və Azərbaycan SSR Dövlət mükafatı (1974) laureatı.
Həyatı Tofiq Məmməd oğlu Əliyev 1928-ci il iyun ayının 1-də Gəncə şəhərində anadan olmuşdur. 1945-ci ildə Gəncə şəhərində 4 saylı orta məktəbi qızıl medalla bitirmiş və həmin il Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsinə daxil olmuşdur.
1951-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək mühəndis elektrik ixtisasına yiyələnmişdir. 1967-ci ilin iyun ayında doktorluq dissertasiyasını müdafiə etmişdir. 227 elmi məqalənin, 213 ixtiranın, 40-a yaxın monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi olmuşdur. Onun rəhbərliyi altında 5 elmlər doktoru, 38 elmlər namizədi hazırlanmışdır.
Tofiq Əliyev 1988-ci ilin iyun ayından etibarən indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elmi işlər üzrə prorektor vəzifəsinə, həmin ilin dekabrından isə rektor vəzifəsinə təyin edilmiş və 1993-cü ilə kimi bu vəzifədə çalışmışdır.
Tofiq Əliyev Azərbaycan "Cihazsənaye" Elmi-Texniki Cəmiyyətinin sədri olmuş, Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.
1969-cu və 1983-cü illərdə 2 dəfə SSRİ və 1974-cü ildə 1 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuş, 1981-ci ildə "Azərbaycan SSR əməkdar elm və texnika xadimi" fəxri adına, "Şərəf nişanı" ordeninə layiq görülmüşdür.
Tofiq Əliyev 1993-cü ildə vəfat etmişdir.
Elmi əsərləri Elektrik ölçmələri: ossiloqraflar, qeyrielektrik kəmiyyətlərinin ölçülməsi, informasiyaölçmə sistemləri [Mətn]: dərs vəsaiti /T. Əliyev, R. Mirsəlimov, T. Həsənov; red. M. Qasımzadə. — Bakı, 1986.- 104 s. Mikroprosessorlu ölçmə cihazları, qurğuları və sistemləri [Mətn]: dərs vəsaiti /T. Əliyev, R. Mirsəlimov, T. Həsənov; red. T. Əliyev; Azərbaycan SSR Xalq Təhsili Nazirliyi, M. Əzizbəyov adına Azərbauycan Neft və Kimya İnstitutu.- Bakı, 1989.-227 s.
İstinadlar
Ədəbiyyat Əlamətdar və tarixi günlər təqvimi — 2013 /baş red. K. Tahirov; red. G. Səfərəliyeva; məsul katib N. Alışova; M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası.- Bakı, 2012.- 440 s.
Kateqoriya:Texnika elmləri doktorları Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektorları Kateqoriya:Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Azərbaycan energetikləri Kateqoriya:AMEA-nın həqiqi üzvləri Kateqoriya:Azərbaycan SSR Elmlər Akademiyasının akademikləri Kateqoriya:Texnika elmləri namizədləri