Kohama adası () — Yaponiyanın Ryukyu arxipelaqı, Sakişima adaları, Yaeyama adaları qrupuna daxil olan ada. İnzibati baxımından Yaponiyanın Okinava prefekturası, Yaeyama qəzası, Taketomi dairəsi ərazisinə daxildir.
Coğrafiya Adanın sahəsi — 7,84 km², maksimal hündürlüyü 99 m (Otake d.). İşiqaki, İriomote, Taketomi adaları ilə bərə vastəsilə əlaqələnir. Adada Murauti qəsəbəsi yerləşir.
İnfrastruktur Adada bir neçə kiçik mağaza, restoran və qonaq evləri var. Kənddə müasir tipli məktəb və inzibati bina var. Kənddən kənarda böyük bir otel kurortu var.
Mənbə Taketomi Islands
Kateqoriya:Okinava prefekturasının adaları Kateqoriya:Yaeyama adaları