Keçmiş - Azərbaycan musiqiçisi Qara Dərvişin Məktub albomuna daxil olan mahnısı.

Mahnı haqqında Mahnının sözləri, bəstəsi və aranjemanı Qara Dərvişə aiddir.

Mahnı sözləri Mən ötən illərdən qalmış, Elə solmuş, saralmış dəli yarpağam indi. Mən sınıq yelkənəm çayda, Gəmisindən ayrılmış, məni rüzgarlar almış Mən unudulmuş tarixəm, Gələcəkdən xəbərsiz, dünənində durmayan. Mən gələcəyəm əsərsiz, Məni sonlar gözləsin, sabahında olmayan keçmişəm. Mən sahil qucağında, sən isti yatağında, Gözlədi bizi illər, barışmadı dalğalarımız. Mən illərin yoxsulu, illər sənin ovsunun, Görmədi bizi həsrət, dinmədi ağrılarımız.

Həmçinin bax Məktub

İstinadlar

Kateqoriya:Qara Dərvişin mahnıları