Azərbaycan — İsveçrə futbol oyunu 31 avqust 1996-cı ildə, DÇ-1998-in seçmə mərhələsi çərçivəsində Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub. Seçmə mərhələnin 3-cü qrupunda oynayan Azərbaycan və İsveçrə komandaları, dünya birinciliyinə vəsiqə verən yerlərdən biri uğrunda mübarizə aparırdılar.

Görüş məşqçi Kazbek Tuayevin rəhbərliyi altında çıxış edən Azərbaycanın sensasiyalı qələbəsi ilə nəticələnib — 1:0. Oyunu Rışard Vuyçikin rəhbərlik etdiyi polşalı hakimlər briqadası idarə edirdi. Bu qələbə futbol üzrə Azərbaycan yığmasının rəsmi görüşlərdə qazandığı ilk qələbə idi. Onu da qeyd etmək lazımdır ki, bu matç yekunda Azərbaycan milli komandasının həmin seçmə turnirdə uduzmadığı yeganə oyun olmuşdur.

Arxa plan Azərbaycan və İsveçrə komandalarının görüşü 3-cü qrupun ikinci oyunu olmalı idi. Buna qədər Azərbaycan yığması səfərdə Norveç yığmasına 5:0 hesablı darmadağınla məğlub olmuşdu və qrupun autsayderi sayılırdı. İsveçrə yığması isə 1996-cı ilin iyununda Avropa çempionatında iştirak etmişdi və yeni baş məşqçi Rolf Fringerin rəhbərliyi altında ilk oyununu keçirməli idi. İsveçrə bu oyunda aşkar favorit idi..

Görüş

Oyunun detalları

Azərbaycan: Q 1Aleksandr JidkovM 2Arif ƏsədovM 3 Deni Qaysumov M 4 Tərlan ƏhmədovYM 5 Vyaçeslav Lıçkin YM 6Rasim AbuşevM 7 Emin Ağayev YM 8Vidadi Rzayev YM 9Ruslan İdiqovH 10Nazim Süleymanov (k)H 15 Yunis HüseynovEhtiyat oyunçular:H 11 Qurban Qurbanov M 12 Vladislav NosenkoM 13İqor Getman H 14Samir Ələkbərov Q 16Nizami SadıqovYM 17Rüfət QuliyevBaş məşqçi: Kazbek Tuayevİsveçrə: Q 1 Marko PaskoloM 2Mark Hottiger (k)M 3 İvan Kenten M 4 Stefan Anşo M 5Ramon VeqqM 6Murat Yakın 60' (pen.)YM 7Aleksandr Komizetti M 8Kristof Oryol H 9 Adrian Knup YM 10Çiriako SfortsaH 11Kubilay TürkyılmazEhtiyat oyunçular:Q 12Paskal TsuberbyulerYM 13Rafael VikiYM 14Patrik SilvestreYM 15Sebastyan FurnyeH 16Kristof Bonvin H 17Stefan Şapyuiza YM 18David Sesa Baş məşqçi: Rolf Fringer Köməkçi hakimlər: Yaçek Potsinqil Kşiştof Slupik Ehtiyat hakim: Marek KovalçukMatçın nizamnaməsi 90 dəqiqədən ibarət əsas vaxt. Maksimum üç əvəzetmə.

Realizə olunmayan penalti thumb|220px|Murat Yakın — penaltini qaçıran futbolçu Matçın 60-cı dəqiqəsində Azərbaycanın qapısına şübhəli 11 metrlik cərimə zərbəsi təyin olunub. Zərbəni Murat Yakın vurub. Lakin İsveçrə yığmasının futbolçusu penaltini qola çevirə bilməyib və matçın hesabı dəyişməz qalıb. Sonralar Azərbaycan yığmasının oyunçusu Yunis Hüseynov xatırlayırdı ki, 11 metrlik cərimə zərbəsi təyin olunan zaman, o, "hiss edirdi ki, top qapıdan keçməyəcək". Vidadi Rzayev isə bildirib ki, "bu penaltidən sonra biz hiss edirdik ki, bu oyunu udacağıq". Qaçan penaltidən dərhal sonra, təyin olunmuş penaltini "ədalətsiz" adlandıran şərhçi Fikrət Adıgözəlli deyib: "Haqq-ədalət öz yerini tutdu. Bu 11 metrlik cərimə zərbəsi qolla yekunlaşmamalı idi".

Tarixi penaltini vura bilməmiş Murat Yakının özü isə 15 il sonra həmin epizodu belə xatırlayır. "Bakıdakı matçda 11 metrlik cərimə zərbəsi təyin olunan kimi bütün oyunçularımız topdan uzaqlaşdı. Onların heç biri zərbə vurmağa ürək etmirdi. Komanda yoldaşlarımın məsuliyyətdən çəkindiyini görüb topa özüm yaxınlaşdım. Hər şeyi də düz etmişdim. Topu qapının sol küncünə göndərdim. Azərbaycan yığmasının qapıçısı isə əks küncdə aciz vəziyyətdə uzanmışdı. Onu aldadıb sağa tullanmağa məcbur etmişdim. Lakin təəssüf ki, top sol dirəkdən yan keçdi. Amma bir şeylə fəxr edə bilərəm ki, qapıçının üstünə vurmamışdım. Ümumiyyətlə karyeram boyu heç vaxt penalti zamanı qapıçını nişan almamışam. Hər halda qapıdan yan vurmaq qolkiperin üstünə vurmaqdan yaxşıdır".

Heydər Əliyevin iştirakı Təxminən 20-ci dəqiqədə oyuna baxmağa Azərbaycan Prezidenti Heydər Əliyev gəldi. O, 30–32 dəqiqə oyunu izləyib. Yunis Hüseynov xatırlayırdı ki, "stadionda dedilər ki, Heydər Əliyev bu oyunda iştirak edir… biz heç nəyə baxmayaraq, bu oyunu udmalıyıq". Azərbaycan yığmasının məşqçisi Kazbek Tuayev isə, Heydər Əliyevin gəlişini "uğurlu" adlandırıb, çünki, o gəldikdən 6 dəqiqə sonra yığmamız qol vurub.

Oyundan sonra

FİFA reytinqi Azərbaycan komandasının qələbəsi FİFA-nın reytinqində vəziyyətinə də təsir edib. Bütün amilləri nəzərə alaraq (oyunun vacibliyi, oynayan komandaların reytinqi və yekun hesab), Azərbaycana İsveçrə üzərində qələbəyə görə 12 xal verilib və yığma 133-cü yerdən 121-ci yerə yüksəlib. İsveçrə isə bu məğlubiyyətdən sonra 2 xal itirib və reytinqdə 31-ci yerdən 35-ci yerə düşüb.

Azərbaycanda reaksiya Azərbaycan yığmasının baş məşqçisi Kazbek Tuayev "Bizim futbol" verilişinə müsahibəsində deyib: Biz bir komanda idik və bizim yalnız bir məqsədimiz var idi — qalib gəlmək. İlk beş dəqiqədən sonra mən əmin idim ki, uduzmayacağıq. Biz qələbə qazanacağıq və ya heç-heçə edəcəyik, mən deyə bilməzdim, lakin ilk beş dəqiqədən sonra mən əmin idim ki, uduzmayacağıq… Bizim yaratdığımız qol vəziyyətlərini, onlar yarada bilmirdilər, çünki həmin gün biz daha sürətli və daha güclü idik.

Vurulan yeganə qolun müəllifi Vidadi Rzayev xatırlayırdı: Nazim Süleymanov, Yunis Hüseynov və mən — biz üçlükdə rəqibi əks-hücumda yaxaladıq və Yunis Hüseynovun gözəl ötürməsindən sonra bu qol alındı.

Vidadi Rzayev 2016-cı ildə verdiyi müsahibədə bu qələbəyə görə hər futbolçuya 2000 ABŞ dolları mükafat verildiyini deyib.

Oyunu şərh etmiş Fikrət Adıgözəlli öz müsahibəsində bildirib ki: "oyunu necə şərh etdiyimə belə fikir vermirdim. Özümü meydançada futbolçularla bir yerdə hiss edirdim. İsveçrə ilə matçdan sonra bərk həyəcan keçirmişdim. 2 ay ürək ağrısından müalicə olundum. Həkim dedi ki, bərk həyəcan keçirmisiniz".

İsveçrədə reaksiya İsveçrənin "Tages Anzeiger" qəzeti yazırdı ki, 31 avqust 1996-cı ildə hamı İsveçrənin təmiz qələbəsini gözləyirdi. Amma hər şey tamam başqa cür oldu. Bakıdakı oyun İsveçrə üçün tam fiasko ilə nəticələndi. Bu nəticə, Fringer üçün milli komandanın məşqçisi postunda sonun başlanğıcı oldu.

2008-ci ildə İsveçrə yığması Sürixdə DÇ-2010-un seçmə mərhələsi çərçivəsində keçirilən görüşdə Lüksemburq yığmasına 1:2 hesabı ilə məğlub olub. Bundan sonra İsveçrənin "Neue Zurcher Zeitung" qəzeti yazırdı ki, bu məğlubiyyət "12 il əvvəl Bakıda Azərbaycana 0:1 hesabı ilə məğlub olmağımızı xatırladır". Qəzet qeyd edib ki, Bakıdakı məğlubiyyət "heç vaxt əl çəkməyəcək yapışmış lənət kimi idi" və əlavə edib ki, "bu məğlubiyyət, o vaxtdan İsveçrə futbolunun yeni tarixində ən pis nəticə olub".

2009-cu ildə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda (həmin stadionda) eyniadlı futbol klubu ilə İsveçrənin "Bazel" klubu arasında baş tutmuş görüşdən öncə İsveçrənin "Tages Anzeiger" qəzeti yazırdı: "Bakı" sözü isveçrəli futbol azarkeşlərinə təsir edir. İsveçrə yığması Azərbaycanın paytaxtında özünün ən böyük utancverici anlarından birini yaşayıb. Bu hadisə 31 avqust 1996-cı ildə, Xəzər dənizinin sahilindəki ölkədə DÇ-1998-in seçmə mərhələsinin start götürdüyü, Rolf Fringerin milli yığmanın məşqçisi kimi debüt etdiyi, Murat Yakının penalti vurduğu və yekunda, İsveçrənin FİFA reytinqində 133-cü pilləni tutan komandaya 0:1 hesablı alçaldıcı məğlubiyyətə uğradığı zaman baş verib.

İstinadlar

Xarici keçidlər 59px|link=YouTube 26-cı dəqiqə — CBC Sport 59px|link=YouTube Sport Daycest / Azərbaycan — İsveçrə / Dünya Çempionatının seçmə görüşü / 1996-cı il

Kateqoriya:1998 FİFA Dünya Kuboku Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunları Kateqoriya:İsveçrənin futbol matçları Kateqoriya:1996-cı ildə Azərbaycan Kateqoriya:Bakıda keçirilmiş beynəlxalq idman yarışları