Abdullah Zubir (, ; ) — mərakeşəsilli Fransa futbolçusu və yarımmüdafiəçisi. Sonuncu klubu "Qarabağ" olub. O, 20 yaşına qədər Fransa Milli Futzal Komandasında oynamışdır.

Karyera

Futzal Fransanın Lil şəhərində Mərakeş əsilli bir ailədə anadan olan Zubir 6 yaşında futzal oynamağa başlamışdır.

Qrenobl Fut 38 O, 2011-ci ildə "Qrenobl Fut 38" FK ilə bir müqavilə imzalamışdır. Zubir bu dövrdə 14 oyun keçirmiş və 7 qol vurmuşdur.

İstr və Hibernian Abdullah Zubir 2013-cü ildə "İstr" FK ilə bir müqavilə imzalamışdır. Zubir həmin ilin avqust ayında Şotlandiyanın "Hibernian" FK-na icarəyə verilmişdir. O, Şolandiya Liqa Kubokunda debütünü 24 sentyabrda "Stranraer" FK-a qarşı keçirmişdir. Oyun 5–3 hesabıyla, "Hibernian" FK-nun qələbəsi ilə nəticələnmişdir. Zubir bu oyunda ikinci qolun sahibi olmuşdur. Buna baxmayaraq, baş məşqçi Pet Fenlon klubu tərk edəndə, onun yerinə gələn Terri Butçer Zubiri daha çox əvəzedici heyətdə saxlamışdır.

Zubirin topuğundan zədələnməsi onun beş ay oyundan kənar qalmasına səbəb olmuşdur. Zubir bu mövsümdə 16 oyun keçirmiş və sadəcə 1 qol vurmuşdur. Hibernian FK-nun idarə heyəti Zubir ilə olan müqavilələrini uzatmamışdır və nəticədə o, "İstr" FK geri qayıtmışdır.

Petrolul Ployeşti Abdullah Zubir 2015-ci ildə Rumıniyanın "Petrolul Ployeşti" FK ilə üç illik bir müqavilə imzalamışdır və klubun heyətinə həmin ilin 24 iyununda qoşulmuşdur. O, liqa debütünü 11 iyul "Styaua Buxarest" FK-a qarşı keçirmişdir. Zubir tez zamanda komanda azarkeşləri tərəfindən sevilmiş və iyul ayının ən yaxşı oyunçusu seçilmişdir. O, liqadakı ilk qolunu 9 noyabrda "Konkoriya Kyajna" FK-a keçirilən oyunda vurmuşdur.

2015-ci ilin dekabr ayının əvvəlində "Petrolul"un eyni şəhərdən olan rəqibləri "Styaua" və "Dinamo" klubları oyunçu ilə maraqlandığı xəbərləri yayıldı.

Qarabağ Abdullah Zubir 26 iyun 2018-ci ildə Azərbaycanın "Qarabağ" FK ilə iki illik bir müqavilə imzalamışdır. 2021-ci ildə A.Zubir "Qarabağ"la 3 illik müqavilə imzalayıb.

Zubir "Qarabağ"da keçirdiyi müddətdə 368 matçda 78 qol vurub. O, komandanın heyətində 6 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. Vinger 1 dəfə UEFA Çempionlar Liqasının, 4 dəfə UEFA Avropa Liqasının, 1 dəfə UEFA Konfrans Liqasının əsas mərhələsində iştirak edib. O, UEFA Çempionlar Liqasının və UEFA Konfrans Liqasının 1/8 finala vəsiqə uğrunda pley-off mərhələlərinin, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin iştirakçısı olub.

2026-cı ilin avqustunda klubdan ayrılıb.

Karyera statikası

+Klub, mövsüm və müsabiqəyə görə oyunlar və qollarKlubMövsümLiqaKubokLiqa KubokuDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolQrenobl Fut 382011–12Fransa Həvəskar Çempionatı 20010—102012–13Fransa Həvəskar Çempionatı14700—147Ümumi147100000157İstr2012–13Liqa 28000—802014–15Milli Çempionat26110—271Ümumi341100000351Hibernian2013–14Şotlandiya Premyerşipi1301021—161Petrolul Ployeşti2015–16Liqa I3852010—415Lans2016–17Liqa 235420—3742017–183123110—353Ümumi666511000727Karyera boyunca16519101410017921

İstinadlar

https://www.cempion.az/az/newscontent/znewscontent/53908/zubir-daha-3-il-qarabagda

Xarici keçidlər

Zubir Zubir Zubir Zubir Zubir Zubir Zubir Zubir Zubir Zubir Zubir Zubir Zubir Zubir Zubir Zubir Zubir Zubir Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:Mərakeşin kişi futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri