thumb|Virciniya Haqlar Bəyannaməsinin baş müəllifi Corc Mason. Virciniya Haqlar Bəyannaməsi () — kifayətsiz hökumətə qarşı üsyan haqqını da özündə ehtiva edən insanın doğuşdan gələn təbii haqlarını bəyan etmək üçün hazırlanan sənəd. Hazırlanması

Bəyannamə 29 iyun 1776-cı ildə qəbul edilən Virciniya konsitutsiyasından ayrı sənəd olaraq 12 iyun 1776-cı ildə Virciniyada Konqres nümayəndələrinin səsverməsi ilə qəbul edilmişdir.

Mahiyyəti Con Lokkun doktirini və Şarl Lui Monteskyönün hakimiyyətin bölünməsi fikirlərindən təsirlənərək hazırlanmışdır. Bu sənəd daha sonra Virciniya Əyalət Konsitutsiyasının I maddəsi olaraq qəbul edilmişdir və bir az dəyişiklik edilmiş halı bu gün də Virciniya konstitutsiyasında hüquqi mənada təsiri olması baxımından hiss olunur. Bu sənəd daha sonra ABŞ İstiqlaliyyət Bəyannaməsini (1776) və Fransa inqilabınının İnsan və Vətəndaş hüquqlarıı haqqında bəyannaməsi də (1789) daxil olmaqla bir çox bu növdən sənədlərə təsir etmişdir.

İstinadlar

Kateqoriya:Hüquqi sənədlər Kateqoriya:Virciniya Kateqoriya:İnsan hüquqlarının tarixi Kateqoriya:ABŞ tarixi (1776–1789) Kateqoriya:1776-cı ildə hüquq Kateqoriya:İnsan hüquqları haqqında sənədlər Kateqoriya:Tarixi sənədlər