Volqoqrad Arena () – Rusiyanın şəhəri Volqoqradda yerləşən stadiondur. 2018 FİFA Dünya Kubokuna ev sahibliyi etmiş stadionlardan biridir. Rotor Volqoqrad klubu da öz ev oyunlarını burada keçirir. Tamaşaçı tutumu 45568 nəfərdir.Volgograd Arena . FİFA.
Tarixi Stadion dağıdılan Mərkəzi Stadionun yerində, Volqa çayının yaxınlığında inşa edilib. Köhnə stadion 1958-ci ildə, köhnə neft deposunun yerində inşa edilmişdi. Stadionun tikintisi zamanı 300 partlamamış bomba tapılıb və ərazidən kənarlaşdırılıb.
Təsvir thumb|left|250px|Stadionun kiçildilmiş modeli Arenanın dizaynı açıq tenderin qalibi olan Sport-Engineering şirkəti tərəfindən hazırlanmışdır. Stroytransqaz proyektin əsas podratçısı oldu. Əvvəlcə, yerli aidiyyət orqanları inşa işləri də daxil olmaqla layihənin xərcinin 10 milyard rubl olaraq hesabladılar. 2014-cü ilin oktyabrında isə bu rəqəm qaldırılaraq 17 milyard oldu. Stadion FİFA standartlarına cavab verəcək şəkildə tikilmişdir. Stadionun tamaşaçı tutumu 45568 nəfərdir. Bunlara 2280 yerlik media salonu, 640 oturacaqlı VİP box və 460 əlil insanlar üçün yerlər də daxildir. Stadionun əsas memari xüsusiyyəti kabloların birləşərək yaratdığı "velosiped təkəri" şəklində damdır. Stadionun 42 lifti var. Bunlardan 24-ü əlil insanlar üçündür. Stadion "Funktion One" səs sistemləri ilə təchiz olunub.
Stadiona Volqoqrad Hava Limanından 6 nömrəli avtobus, Volqoqrad Dəmiryolu Stansiyasından isə 12 nömrəli trolleybus gedir.
2018 FİFA Dünya Kuboku zamanı
TarixSaatKomanda #1NəticəKomanda #2MərhələTamaşaçı sayı18 iyun 2018 21:00 1–2 G qrupu 4106422 iyun 2018 18:00 2–0 D qrupu 4090425 iyun 2018 17:00 2–1 A qrupu 3682328 iyun 2018 17:00 0–1 H qrupu 42189
Turnirdən sonra Turnirdən sonra da stadionda Rotor Volqoqrad öz ev oyunlarını burada keçirəcək. Arenanın şəhərin mədəni və idman tədbirləri, festivallar, sərgilər və konsertlər üçün bir yer kimi xidmət etməsi gözlənilir. Gələcəkdə stadionda fitness mərkəzi də tikiləcək.
İstinadlar
Kateqoriya:Rusiya stadionları Kateqoriya:Volqoqrad tikililəri Kateqoriya:Rusiya futbol stadionları Kateqoriya:2018-ci ildə Rusiyada yarananlar