Bruk Teylor (; 18.8.1685, Edmonton — 29.12.1731, London) — ingilis riyaziyyatçısı.
Bioqrafiya Teylor 1685-ci il avqustun 18-də Edmonton şəhərində anadan olub və 1701-ci ildə Müqəddəs İohan kollecinə daxil olub, 1709-cu ildə bakalavr dərəcəsi aldı və 1714-cü ildə hüquq doktoru oldu. London Kral Cəmiyyətinin üzvü (1712), funksiyanı qüvvət sırasına ayırmaq üçün ümumi düstur vermiş, simin rəqsinə dair məsələnin riyazi öyrənilməsinin başlanğıcını qoymuşdur. Sonlu fərqlər nəzəriyyəsinin öyrənilməsində böyük rolu olmuşdur. Teylor perspektiv, yırğalanma mərkəzi, mərminin uçuşu, maqitlərin qarşılıqlı təsiri, kapillyarlıq və s. sahələrdə də əsərlər yazmışdır. 150px|thumb|left|Methodus incrementorum directa et inversa, 1715
Xatirəsi 1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Teylorun adına ayın görünən tərəfində krateri adlandırıb.Azərbaycan Sovet Ensiklopediyası, A. Balzak. I cild, Bakı, 1976, səh.187
Həmçinin bax Teylor sırası Teylor teoremi
İstinadlar
Xarici keçidlər [Cite This] Brook Taylor Brook Taylor early life Kateqoriya:Londonda vəfat edənlər