Jan-Ed Ahulu (20 mart 1994-cü ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Kot-d'İvuar futbolçusu.
Karyerası Ahulu öz futbolçu karyerasına Lill klubunda başlamışdır. O, 2012 və 2015-ci il aralığında bu klubda çıxış etmiş, lakin heç bir oyunda meydana çıxmamışdır. Ahulu 7 oyunda ehtiyat skamyasında əyləşmişdir. O, Lill B klubu ilə 49 oyunda iştirak etmiş və 4 qolla yadda qalmışdır. Son mövsümündə Ahulu 20 oyunda iştirak etmiş, lakin klubu isə 2. Fransa Həvəskarlar Liqasına enmişdir. 2015-ci ildə Ahulu Milli Çempionat təmsilçilərindən olan Orleyan klubuna transfer oldu. O, debüt mövsümündə 32 oyunda iştirak etmiş və 2 qolla yadda qalmışdır. Beləliklə Orleyan Liqa 2-yə vəsiqə qazanmışdır. İkinci mövsümündə Ahulu 20 oyunda iştirak etmiş və 3 qolla yadda qalmışdır. 16 yanvar 2017-ci ildə Ahulu Liqa 2 təmsilçilərindən olan Strasburq klubu ilə 4,5 illik müqavilə imzalamışdır.
25 iyul 2018-ci ildə Ahulu Monako klubu ilə beş illik müqavilə imzalamışdır.
Milli karyerası Ahulu Kot-d'İvuarın U-17 və U-23 millilərində çıxış etmişdir. O, Meksikada təşkil olunan 2011 FİFA U-17 Dünya Kubokunda dörd oyunda iştirak etmişdir. Dörd il sonra Ahulu 2015 Tulon turnirində U-23 millisi ilə debüt etmişdir. O, Fransa U-21 millisinə qarşı yoldaşlıq oyununda iştirak etmiş və millisi rəqibinə 5-1 hesabı ilə məğlub olmuşdur.
Ahulunun atası Toqo vətəndaşıdır. Ancaq o, Kot-d'İvuarı təmsil etmək qərarına gəlmişdir. O, əsas milli ilə debütünü 24 mart 2018-ci ildə Toqo millisinə qarşı oyunda etmiş və millisi rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır.
Karyera statistikası
Klub .
+ Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaKubokFransa Kuboku görüşləri daxildir.Liqa KubokuFransa Liqa Kuboku görüşləri daxildir.KontinentalUEFA Avropa Liqası və KAF Çempionlar Liqası görüşləri daxildir.DigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolLill B2012–13CFA50———00502013–14243———002432014–15201———00201Ümumi49400000000494Lill2012–13Liqa 10000000000002013–14000000—00002014–15000000000000Ümumi000000000000Orleyan2015–16Milli Çempionat3221010—003422016–17Liqa 22030020—00223Ümumi52510300000565Strasburq2016–17Liqa 215020——001702017–18Liqa 13553020—00405Ümumi50550200000575Ümumi karyera151146050000016214
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Kot-d'İvuar futbolçuları Kateqoriya:Monako FK futbolçuları Kateqoriya:Lill FK futbolçuları Kateqoriya:Qətər Ulduzlar Liqası futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Legioner Kot-d'İvuar futbolçuları Kateqoriya:Strasbur FK futbolçuları Kateqoriya:Milli Çempionat (Fransa) futbolçuları Kateqoriya:Milli Çempionat 3 (Fransa) futbolçuları Kateqoriya:Milli Çempionat 2 (Fransa) futbolçuları Kateqoriya:Fransa Liqa 2 futbolçuları Kateqoriya:Sent-Etyen AS futbolçuları Kateqoriya:Kot-d'İvuar milli futbol komandasının oyunçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri