Qrinviç yarımadası () — London şəhərində, Temza çayının sahilində yerləşən yarımada. Bir hissəsi qərb, digər hissəsi isə şərq yarımadasında yerləşir.
Coğrafiya Cənubi Londonun, Qrinviç Kral borosu ərazisinə daxildir. Ölçüləri 1500 x 900 metrə, maksimal hündürlüyü — 17 metrdir. Keçmişdə müxtəlif cür adlandırılmışdır: Qrinviç-MarşesLondon Review of Books — Letters — I like the Dome , Baqsbis-MatrşesThe Alien In Greenwich: Iain Sinclair & the Millennium Dome , İst-Qrinviç, Nort-Qrinviş, BlekuollThe O2 на сайте ''towrs.comHouse of Commons Hansard Debates for 17 may 1993 — Third Thames Crossing .
Tarixi Yarımada XVI əsrdə drenaj əməliyyatı nəticəsində meydana gəlmişdir. Yarımadanı hazırlamaqda məqsəd otlaq sahəsinin əldə edilməsi olur. XVII əsrdə yarımadanın şimalı dəniz quldurlarına aid meyitlərinin qəfəslərdə nümayiş olunduğu yer olması ilə məşhurlaşmışdı. Bu isə quldur olmaq istəyənləri vahiməyə salır və bir ibrət yolu oynayırdı.
XIX əsrdən yarımadanın infrastruktur inkişafı başlayır. 1857-ci ildə burada böyük bir tərsanənin salınması planılaşdırılır. Ancaq bu gerçəkləşdirilmir. XIX əsrdə burada top istehsalı, polad istehsalı gerçəkləşdirilir. 1860-cı illərin əvvəllərindən burada Henri Bessemerə məxsus metallurgiya zavodu olmuşdur. 1866-cı ildə zavod iqtisadi müflis elan edilir.
XX əsrdə burada iri qaz stansiyası olmuşdur. Stansiya 0,97 km² ərazini əhatə edirdi ki, bu da Avropada ən iri qaz stansiyası olmuşdur. Şimal dənizində böyük qaz yatağı aşkarlandığından stansiya əhəmiyyətini itirir və bağlanılır. 1990-cı illərdə yarımadanın ərazisi güclü şəkildə çirklənmiş bir ərazini xatırladırdı.Миллиардер из Гонконга вкладывает 480 млн. фунтов в проект лондонского Гринвича . 1997-ci ildə yarımadanın 1,21 km² ərazisini English Partnership şirkəti 225 milyon funt sterlinqə satın alır. 2014-cü ilə yarımada artıq tullantılardan təmizlənmişdir. Burad yeni avtomobil yolları salınmış, ofislər və yaşayış evləri inşa edilmişdirTfL begins move into new greener, cheaper Greenwich Peninsula offices 6 Mitre Passage .
Görməli yerləri Yarımadanın qərbindən Qrinviç meridianı keçir. Minilliyin qübbəsi. "Kvant dumanı", 1999-cu ildə açılışı baş tutmuşdur. Qrenviç Millennium kəndi. Yarımadadan Bləkvoll tuneli keçir ki, bu tunel yarımadanı Londonun mərkəzi ilə birləşdirir (1897). Yarımadanın şərqi ilə Kanat yolu keçirEmirates Greenwich Peninsula terminal . Qrinviç Yarımadası Ekoloji parkı. Blackwall Point Power Station, 1900–1981-ci illərdə fəaliyyət göstərmişdir.
Mənbə Yarımadanıən rəsmi saytı Yarımadanın tarixi Yarımadanın dini həyatı
İstinadlar
Kateqoriya:İngiltərə yarımadaları Kateqoriya:Birləşmiş Krallıq limanları Kateqoriya:XVI əsrdə yarananlar