Cənubi Azərbaycanda 2006-cı il etirazları, Xordad hadisələri və ya Milli Qiyam Günü — İran hökumətinin hakimiyyəti altında yaşayan Azərbaycan türklərinin İran hökumətinin rəsmi mətbuat orqanında təhqir olunmalarına qarşı etirazları nəzərdə tutulur.GAMAC-ın 2006-cı il May hadisələri ilə bağlı Ankarada keçirdiyi konfransdan geniş məlumat
Arxaplan İran İslam Respublikası Xəbər Agentliyinə aid olan İran qəzetinin 12 may 2006-cı il tarixli həftəlik cümə əlavəsinin uşaq və yeniyetmələrə aid bölməsində Həşəratların bizləri həşəratlaşdırmaması üçün nə edək ? başlıqlı karikatura yayımlandı. Karikaturanın əvvəlində olan ilk şəkildə bir oğlan guya həşərat (tarakan) dilində həşəratdən soruşur: soosoo soosking sisko sooski sooskung (susk sözü farscada həşərat deməkdir). Cavabında isə həşərat belə cavab verir: Nəmənə ? (nəmənə Cənubi Azərbaycanda nə anlamına gəlir). Oğlan həşəratın danışığından heç nə başa düşmür və karikatura belə davam edir:
thumb|Hekayədə adı keçən dördüncü üsul. Bu məzmuna görə "həşəratlarla sözlü müzakirə", yəni birinci üsul mənasız hesab edilir və hekayənin davamında növbə "zorakılığı özündə ehtiva edən şirin üsullar qaçınılmaz olur" hissəsinə gəlir. Bu hekayəyə görə bu şirin üsullar bunlardır:
thumb|Təbriz şəhərində etirazlardan bir görüntü.
Etirazlar Hekayədə açıq-aşkar formada sərgilənən Türklük əleyhinə münasibət İranda 10 milyonlarla yerli Azərbaycan türklərinin qəzəbinə səbəb oldu. Türklərin yaşadığı çox şəhər, qəsəbə və kəndlərdə günlərlə davam edən və geniş kütlələrin iştirak etdiyi etiraz mitinqləri təşkil edildi. Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd şəhərlərində təşkil edilən nümayişlərdə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində çox sayda ölən və yaralananlar oldu.
Bu karikaturanın yayımlanmasından 5 gün sonra Azərbaycan türkü olan tələbələr Tehran Universitetində hadisəy' etiraz etmək məqsədilə nümayiş təşkil etdilər. ISNA xəbər agentliyinin verdiyi məlumata görə, öz dillərinə edilən təhqiri pankartlar və şüarlarla etiraz edən azərbaycanlı tələbələr, ədalət anlayışını hər fürsətdə dilə gətirən hökuməti qınamışlardır. Şüarlar arasında "Haray Haray Mən Türkəm", "Türkün dili ölməz, fars dilinə dönməz", "Azərbaycan əyilməz, Türkün beli bükülməz", "Ya azadlıq, ya ölüm", "Rədd olsun fars faşizmi" şüarları olmuşdur.
Bir həftə boyunca Azərbaycan türklərinin yaşadığı şəhər və qəsəbələrdə davam edən etiraz mitinqləri İslami Şura Məclisində də əks-səda tapdı. Türk kökənli millətvəkillərindən Əkbər Aləmi, Rza Rəhmani, Kərim Şafei, Eşrat Şayeğ və s. İslami Şura Məclisində nitq söyləyərək qəzetin adı keçən yaımını sərt şəkildə qınadılar. Mövzu ilə bağlı Prezidentin, Mədəniyyət və İslami İrşad nazirliyinin məsuliyyət daşıdığını bildirdilər.
İtkilər İran qəzetinin karikaturasına etiraz mitinqlərində polisin xalqa atəş açması nəticəsində ən az 30 etirazçı öldürüldü, yüzlərcəsi isə yaralandı. Polisin açdığı atəş nətəcəsində ölənlərin arasında 16 və 15 yaşlarında iki gənc də var idi. Sulduz şəhərindəki etirazlarda öldürülənlər: Yəhya Novruz Tövhid Azəriyun Əsgər Şikar Əli Rza Qolpur Hemmat Əslzadə Əsgər Rəsmi Həbib Razev Həmzə Niyaz Məhəmməd Cənnətniya (65 yaşında) Hüseyn Fəthipur (16 yaşında)
Sulduz şəhərindəki etirazlarda öldürülənlərin bir qisminin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Digər şəhərlərdə öldürülənlərin bəzilərinin adları: Məcid Muəzzən Fərzad Əsədpur Eyvaz Səyyahi Cəlil Abidi
Amnesty International təşkilatının bildirdiyinə görə isə minlərlə yox, yüzlərlə etirazçı İran hakimiyyəti tərəfindən həbs edilmiş, onlarla Azərbaycan türkü isə öldürülmüşdür.Amnesty International. Iran, Annual Report, 2007 Rəsmi hakimiyyət isə etirazlar zamanı 330 nəfərin həbs edildiyini, 4 etirazçının isə öldüyünü açıqlamışdır.
Cənubi Azərbaycanlı etirazçıların bildirdiyinə görə isə 5 mindən artıq etirazçı həbs edilərək, işğəncə görmüş, 150 nəfər öldürülmüş (itkin düşmüş), bir çox şəxs isə şikəst qalmışdır. Cənubi Azərbaycanlı aktivistlərin bildirdiyinə görə İran hakimiyyəti etirazçıların bir qismini diri-diri ya yandırmış ya da Urmiya gölünə atmışdır. Buna görə də hökumət qüvvələri tərəfindən öldürülənlərin tam siyahısını tərtib etmək mümkün olmur.
Nəticə İlk əvvəllər adı çəkilən qəzetin rəsmiləri və karikaturaçı Azərbaycan türklərinə qarşı edilən bu alçaldıcı hadisəni səhv başa düşülmə kimi şərh etdilər, lakin artan təzyiqlər nəticəsində, hekayənin yayımlandığı tarixdən 9 gün sonra — 21 may 2006-cı ildə qəzet rəsmiləri üzr istədi və karikaturanı çəkən şəxs olan Mana Neyestaninin işdən qovulduğunu bildirdilər. O və baş redaktor Mehrdad Qasımfar həbs edildilər.
Etiraz nümayişlərinin artdığı günlərdə Mətbuat İzləmə Komissiyası hüquqi imkanlarından istifadə edərək qəzetin nəşrini müvəqqəti olaraq dayandırır və sənədləri məhkəməyə göndərir. Eyni zamanda dövrün Təbriz prokuroru Yusif Firuzi qəzetin bu yayımına görə məhkəməyə müraciət edir. 6 il sonra Tehranın 76 nömrəli məhkəməsi səs çoxluğu ilə qəzetin Cümə xüsusi redaktorlarını ölkədəki etnik azlıqları alçaltma, ictimaiyyəti narahat edici və reallığa zidd yayım etməkdə günahkar bildi.Daria Vaisman. "The other cartoon protests: Large demonstrations broke out across Iran in may 2006 to protest a cartoon insulting to Azeris", The Christian Science Monitor, 22 may 2007.
İstinadlar
Kateqoriya:Cənubi Azərbaycan Kateqoriya:İranda etiraz aksiyaları Kateqoriya:İran azərbaycanlılarına qarşı təzyiqlər Kateqoriya:Qalmaqallar Kateqoriya:İncəsənətdə həşəratlar Kateqoriya:İranda insan hüquqları Kateqoriya:Ksenofobiya