İran azərbaycanlıları və ya cənubi azərbaycanlılar — İran Azərbaycanında yaşayan və ya əslən İran Azərbaycanından olan azərbaycanlılar. İran azərbaycanlılarının sayı müxtəlif mənbələrə görə 15–22 milyondur. Bu isə İran əhalisinin 18% — 30%-ni təşkil edir.Azərbaycanlılar əsasən İranın şimalında, qərbində və şərqində yaşayırlar, aborigen xalqdır və əhalinin əsas hissəsini təşkil edirlər. Ərdəbil, Urmiya, Təbriz, Zəncan ostanlarında əhalinin əsas hissəsidirlər.İranda yaşayan Azərbaycanlı ve digər Türklərin sayı Bütünlükdə isə farslardan sonra İranda yaşayan xalqlar içində sayca ən çoxdurlar.

Şərqi Azərbaycan ostanı: 3,750,000 (nəfər) Qərbi Azərbaycan ostanı: 3,062,000 Ərdəbil ostanı: 1,262,000 Zəncan ostanı: 1,000,000 Qəzvin ostanı: 1,230,000 (bu əyalətdə 230,000 nəfər tat və fars yaşayır) Əlburz ostanı: 2,325,000 (2,000,000 nəfər azərbaycanlı bu əyalətdə yaşayır) Həmədan ostanı : 1,726,000 (1,000,000 nəfər azərbaycanlı bu əyalətdı yaşayır, lorlar, ləklər və kürdlər bu əyalətin diyər sakinləridilər) Tehran ostanı : 12,700,000 (6,000,000 nəfər azərbaycanlı bu əyalətdə yaşayır.) Gilan ostanı : 2,490,000 (bu əyalətin Astara , Talış , Ənzəli , Rəşt şəhərlərində 500,000 nəfər azərbaycanlı yaşayır) Mərkəzi ostanı : 1,413,000 (bu əyalətin Savə və Ərak şəhərlərində 400,000 nəfər azərbaycanlı yaşayır)

10 əyalətin toplam əhali sayı: 30,958,000

10 əyalətin toplam azərbaycanlı əhali sayı: 22,000,000

Şair və yazıçılar Sıra nömrəsi Ad Şəkil Sahəsi1Mirzə İbrahimov150pxAzərbaycan-sovet ittifaqı yazıçısı, dramaturq, ictimai xadim. Azərbaycan SSR xalq yazıçısı (1961), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), SSRİ dövlət mükafatı laureatı (1950), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979). Azərbaycan SSR əməkdar incəsənət xadimi (1941). Sosialist Əməyi Qəhrəmanı (1981), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954–1958), 1937–1991-ci illərdə SSRİ Ali Sovetinin deputatı (fasilələrlə). Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1948–1954), birinci katibi (1965–1976), Azərbaycan SSR Maarif naziri (1942–1946). Azərbaycan SSR Ali Sovetinin (3–4-cü, 6–7-ci və 9-cu çağırış) deputatı. SSRİ xalq deputatı (1989).2Məhəmmədhüseyn Şəhriyar150pxDaha çox ləqəbi olan Şəhriyar adı ilə tanınır. Azərbaycanca və farsca yazmışdır. Ən çox tanınan əsəri Heydərbabaya salam şeridir. Bu şer müasir dövr Azərbaycan ədəbiyyatının zirvələrindən hesab edilir. Əsərləri 30-dan çox dilə tərcümə edilmişdir.3Mir Cəlal150pxYazıçı, ədəbiyyatşünas, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar Elm xadimi (1969), Lenin komsomolu mükafatının fəxri laureatı (1968), filologiya elmləri doktoru (1947), professor (1948).4İrəc Mirzə150pxSatirik şair. 1893-cü ildə atasının və həyat yoldaşının vəfatından sonra "şairlər sədri" adına layiq görülmüşdür. XX əsrin əvvəllərindən İran konstitusiya islahatında iştirak etmiş və sonralar nazirlik və digər hökumət idarələrində çalışmışdır. Qacar şahzadələri nəslindəndir.5Qulamhüseyn Beqdeli150pxYazıçı, ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru (1969), professor (1970).6Qulamhüseyn Saidi150px1936-cı ildə Təbriz şəhərində anadan olmuşdur. Ssenarist, yazıçı və dramaturqdur. İslam inqilabı olduqdan sonra Avropaya mühacirətə getməyə məcbur qalmışdır.7Səməd Behrəngi150pxSəməd İzzət oğlu Behrəngi (qaranquş) 24 iyun 1939-cu ildə Təbriz şəhərində, fəhlə ailəsində anadan olub. 1967-ci il avqustun 31-də Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Azərbaycan nağıllarını toplayaraq, fars dilinə tərcümə edib və həmkarı Behruz Dehqani ilə birlikdə nəşr etdirib. Eyni zamanda fars dilindən Azərbaycan dilinə çevirdiyi tərcümələri dövri mətbuatda çıxıb.8Rza Bəraheni150px 1935-ci ildə Təbrizdə anadan olmuşdur. Novelist, şair, tənqidçi və siyasi aktivistdir. Hazırda Kanadada yaşayır.9Mirzə Tağıxan Rafət Təbrizi150pxMirzə Tağıxan Rafət Təbrizi Təbrizdə 1889-cu ildə anadan olub. Şair, yazıçı və jurnalistdir. Mirzə Tağı xan Rafət Təbrizi müasir İran poeziyasının birinci şairi kimi tanınır. O Azərbaycan dilində, fars və fransız dillərində poemalar yazmışdır. O "Azadistan"' qazetinin baş redaktoru olmuş və "Təcaddüd "(Müasirlik) qəzetində sosial və ədəbi sahədə məqalələr nəşr etdirmişdir.10Roza Camali150px1977-ci ildə Təbrizdə anadan olmuşdur. Tehran İncəsənət Universitetini bitirmişdir. Şairliklə yanaşı, bədii əsərlərin farscaya tərcüməsi ilə də məşğuldur.11Fəribə Vəfi1963-cü ildə Təbriz şəhərində anadan olmuşdur. Yazıçıdır. Onun ən məşhur əsərləri arasında "Könül quşum" və "Tibet arzusu" var. O, yaradıcılığına görə İranda çoxlu mükafata layiq görülmüşdür. Onun əsərləri türk, rus, ərəb, yapon və ingilis dillərinə tərcümə edilmişdir.12Əli Nazim150px1906-cı ildə Təbrizdə anadan olmuşdur. Ədəbiyyat tənqidçisi, şair və yazıçıdır. 1937-ci ildə həbs olunmuş, 10 il müddətinə həbs cəzasına məhkum edilmiş, 1941-ci il avqustun 23-də həbsxanada vəfat etmişdi. 1957-ci ildə bəraət almışdır. 1979-cu ildə Bakıda seçilmiş əsərləri nəşr edilmişdir.13Mirzə Əli Möcüz150pxMirzə Əli Hacı Ağa oğlu Möcüz 1873-cü ildə Cənubi Azərbaycanın Güney mahalının Şəbüstər qəsəbəsində bir tacir ailəsində doğulmuşdur. Fars dili əvəzinə Azərbaycanca yazmışdır. Daha çox Mirzə Ələkbər Sabirin təsiri altında satirik şerlər yazmışdır. Daha çox xalqın savadsızlığından, vətən sevgisindən yazmışdır. Vladimir Leninə və Oktyabr inqilabına rəğbət bəsləmişdir.14Yadullah Məftun Amini150pxQərbi Azərbaycan ostanının Şahindej şəhərində 1926-cı ildə anadan olmuşdur. Tehran Universitetində hüquq təhsili almışdır. Yaradıçılığının ilk dövrlərində klassik üslubda və farsca əsərlər yazmışdır. Sonradan azərbaycanca da əsərlər yazmağa başlamışdır. Azərbaycanca yaradıcılığında ən məşhuru Aşıqlı Karvan poemasıdır.15Hacı Zeynalabdin Marağayi150px1838-ci ildə anadan olub, 20 yaşınadək Marağa və Ərdəbil şəhərlərində yaşayıb. Müflis olduqdan sonra Tiflisə köçmüşdür. Sonradan Əsədulla xan Nazim əl Dövlə (İranın baş konsulu) tərəfindən Kutaisi şəhərində naib-konsul təyin edilmişdir. Novelist və sosial islahatçı olmuşdur. Daha çox Sīyāhat nāmeh-ī Ebrāhīm-ī Beg əsərinə görə tanınır. 1910-cu ildə İstanbulda vəfat etmişdir.16Mahmud Məlmasi-Azarm150px|1917-ci ildə Təbriz şəhərində anadan olmuşdur. XIII əsrdə yaşamış məşhur şair və xəttat Hümam Təbrizinin nəslindəndir. Daha çox farsca və klassik üslubda şerlər yazmışdır. 1991-ci ildə vəfat etmiş və Şüəra məqbərəsində dəfn edilmişdir.17Nasir Mənzuri Nasir Mənzuri 1953-cü ildə Güney Azərbaycanın Miyana şəhərinin Küləboz mahalında anadan olmuşdur. Yazıçı və dilçidir. Elmi və bədii üslubda xeyli əsərləri vardır.18Əbülqasim Nəbati150pxƏbülqasim Nəbati 1812-ci ildə Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmar mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. O, həm klassik şərq, həm də aşıq şeri tərzində orijinal əsərlər yaratmışdır. 400 beytə yaxın şeiri ilk dəfə 1845-ci ildə Təbrizdə çap olunmuşdur. Bundan bir neçə il sonra 7500 misradan ibarət "Nəbati" divanı işıq üzü görmüşdür. Bu divanındakı şeirlərin yarısı Azərbaycan türkcəsində, yarısı farscadır. 1874-cü ildə vəfat etmişdir.19Bulud Qaraçorlu150px 1926-cı ildə Cənubi Azərbaycanın Marağa şəhərində anadan olmuşdur. Daha çox azərbaycanca və heca vəznində şerlər yazmışdır. Azərbaycan dili uğrunda mübarizə şerlərinin xarakterik xüsusiyyətidir. 1979-cu ildə vəfat etmişdir.20Cəfər İbrahimi150pxƏrdəbildə doğulsa da Tehranda yaşayıb, yaratmışdır. Uşaq ədəbiyyatına aid 50-dən çox əsər yazmışdır.

Musiqi və incəsənət