Əliyev Arif Aslan oğlu () — jurnalist, ictimai əlaqələr sahəsi üzrə mütəxəssis.

Həyatı Arif Əliyev 31 avqust 1960-cı ildə anadan olmuşdur.

1983 — Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunmuşdur; 1996–2005 — ABŞ-də, İngiltərədə, Niderlandda, Almaniyada, Fransada bacarıqları yaxşılaşdırmaq üçün xüsusi seminarlar və proqramlar hazırlamışdır; 1983–1986 — Azərinformun xüsusi müxbiri; 1986–1988 — "Azərbaycan gəncləri" qəzetinin bölmə müdiri; 1989–1991 — "Azadlıq"ın baş redaktor müavini, "Xəzər" jurnalının baş redaktoru; 1991–1992 – "TURAN"ın məlumat-nəşriyyat müəssisənin baş müdiri; 1992–1993 – Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi; 1994–1995 – Xəzər Universitetinin müəllimi; 1995 – "Yeni Nəsil" Azərbaycan Jurnalistlər İttifaqının sədri; 1998 – Bakı Mətbuat Klubunun prezidenti; 2005 – "Gün" qəzeti idarə heyətinin sədri; Bakı Mətbuat Klubunun və Azərbaycan Mətbuat Sovetinin yaradılması üzrə layihənin müəllifidir.

"Media açarı" Jurnalist mükafatının təsisçisidir. Qəzet və jurnallarda 800-dən artıq publisistik məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifidir. 9 kitabın müəllifi və tərtibatçısıdır.

2017-ci ildən Ayna TV-nin "Aynada" verilişinin iştirakçılarından biridir.

Filmoqrafiya "Əsgərlər unudulanda ölürlər" (sənədli film)Əsgərlər unudulanda ölürlər . azertag.az, 11.10.2018

İstinadlar

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mətbuat katibləri Kateqoriya:Azərbaycan Xalq Cəbhəsinin sədr müavinləri