Vera Siqnadze (tam adı: Vera Varlamovna Siqnadze, ; 24 sentyabr 1924, Bakı, Azərbaycan SSR, SSRİ – 17 iyun 2016, Tbilisi, Gürcüstan) — Gürcüstan-sovet balerinası, pedaqoqu, Gürcüstan SSR-nin xalq artisti (1955), Tbilisinin əməkdar sakini (2009). Vera Siqnadze 1970-ci ilə qədər Vaxtanq Çabukianinin partnyoru olmuşdur.

Bioqrafiya Vera Varlamovna Siqnadze 24 sentyabr 1924-cü ildə Bakı şəhərində anadan olmuşdur.. O, 1943-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir və Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasına qəbul edilmişdir. O kordebaletdə rəqs edirdi, amma artıq 16 yaşında Dina Qaçinovanın rəhbərliyi altında Aleksandr Qlazunovun «Raymonda» baletində çalışırdı. 1946-ci ildə Zaxarıy Paliaşvili adına Gürcüstan Opera və Balet Teatrında fəaliyyət göstərməyə başlamış, orada aparıcı solist olmuşdur. 1948-ci ildə Vaxtanq Çabukiani ilə partnyor olmuşdur.

Vera Siqnadzenin rəqsi texniki xüsusiyyətləri və zərifliyi ilə fərqlənirdi. O, SSRİ-nin böyük şəhərlərində, eləcə də Fransa, ABŞ, İspaniya, Braziliya və Çilinin şəhərlərində qastrol səfərlərinə çıxmışdır.

1969-cu ildə Tiflis Xoreoqrafiya Məktəbində klassik rəqs tədris etməyə başlamışdır.

Vera Varlamovna Siqnadze 17 iyun 2016-cı ildə Tbilisi şəhərində vəfat etmişdir.

Mədəniyyətdə 2005-ci ilin dekabr ayında Gürcüstan poçtu «Gürcüstan baleti» adlı iki markadan ibarət bir marka seriyası buraxmışdır. İlk markanın üzərində Vera Siqnadze, ikinci markanın üzərində isə Vaxtanq Çabukiani təsvir edilmişdir.

Filmoqrafiya 1960 — Venesiya mavrı

Təltif və mükafatlar Lenin ordeni (1958) Birinci dərəcəli Stalin mükafatı (1948) İkinci dərəcəli Stalin mükafatı (1951) Gürcüstan SSR xalq artisti (1955) Tbilisinin əməkdar sakini (2009)

İstinadlar

Xarici keçidlər

Vera Siqnadze «Musiqi teatrının ustası» saytında. Vera Siqnadze və Vaxtanq Çabukiani «Otello» baletində. Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilənlər Kateqoriya:Gürcüstan SSR xalq artistləri Kateqoriya:Azərbaycan balerinaları Kateqoriya:Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı şəxsləri Kateqoriya:Tbilisinin fəxri vətəndaşları