Talış məxməri kəpənəyi () — cinsinə aid heyvan növü. Yoxa çıxmaqda olan Talış avtoxtonudur. Yayıldığı yer Talışın ovalıq, dağətəyi və dağları (meşənin yuxarı hissəsinə qədər).Azərbaycan SSR-in Qırmızı kitabı, 1989. Yaşadığı yer Kölgəli sıx otluqlu meşə kənarları talaları və meşə zolaqları.Azərbaycanın Qırmızı Kitabı, Bakı, II cild, 2013 Sayı Azsaylıdır. Ekologiyası Ovalıqda yazda və yayın ortalarında uçuşur, ildə iki nəsil verir, dağlarda (Lerik, Yardımlı rayonları) bir nəsil verir, kəpənəklər iyun – iyulda uçuşur. Tırtıllar yayın əvvəlində, payızda (ovalıqda) və avqustda (dağlarda) müxtəlif yabanı dənli bitkilər üzərində yaşayırlar. Pup mərhələsində qışlayır. Təbii düşməni və xəstəlikləri məlum deyildir.Рябов М.А. Чешуекрылые Кавказа. Животный мир СССР, т.V, М.–Л., изд-во АН СССР, 1958, с. 351 - 475;

Sayının dəyişilmə səbəbləri Tırtılları yem bazasından məhrum edən müntəzəm biçin.

Zəruri qorunma tədbirləri Hirkan qoruğu ərazisində kəpənəklərin tutulmasının və biçinin qadağan edilməsi.

Qorunması üçün məsləhət görülmüş tədbirlər Kəpənəklərin yaşayış yerlərində qida bitkilərinin biçininin qadağan edilməsi. Bu ərazilərdə qorunan sahələrin təşkili. Azərbaycan ərazisində bu kəpənəyin biologiyasının ətraflı öyrənilməsi, kəpənəyin yaşadığı ərazilərə monitorinqlərin təşkili.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Pulcuqluqanadlılar Kateqoriya:1869-cu ildə təsvir edilən heyvanlar Kateqoriya:Asiya həşəratları