() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Vətəni Çindir.
Botaniki xarakteristikası Güclü kökümsovu vardır və burada su, qida maddələrinin ehtiyatı saxlanılır. Əsl gövdəsi torpağın üzərindən 5 sm çox olmayaraq qalxır. "Gövdə" hesab edilən hissə yarpaqların bir-birinə möhkəm keçmiş saplaqlarıdır. Onların az miqdarda qara xalları vardır və nazik mum qatı ilə örtülmüşdür. Yalançı gövdənin hündürlüyü 2,5 m-ə çatır, yaşıl və ya sarı-yaşıl rəngli olur, əsasən solmuş yarpaqların bünövrələri ilə örtülmüşdür. Yarpaq aylarının uzunluğu 1,5 m, eni 55-60 sm-dir, yuxarı hissəsi yaşıl, alt tərəfi açıq rənglidir. Sentyabrda çiçəkləyir. Çiçək qrupu yalançı gövdənin mərkəzindən çıxır, ucunda erkək çiçəkləri, mərkəzində ikicinsli və bünövrəsində dişi çiçəkləri vardır. Arılarla tozlanır. Meyvələrin uzunluğu 25 sm-dək olur, yaşıl rəngli meyvələri yeməli deyil. Vegetativ üsulla-kökümsovun hissələri və kök zoğları ilə çoxaldılır.
Ekologiyası Bu bitki nəmişli, günəşli, küləkdən qorunan yerlərdə bitir. Qışda gövdəsi quru yarpaqlarla örtülür, bitkinin yuxarı hissəsi isə yarpaqlarla birgə məhv olur.
Azərbaycanda yayılması Abşeronda, Lənkəranda, Astarada həyətyanı sahələrdə mədəni şəraitdə becərilir.
İstifadəsi Qida əhəmiyyətlidir. Vətənində keyfiyyətinə görə lif alınır. Bu lifdən paltar tikilməsində, kitab cildini çəkməkdə və s.istifadə edilir.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Çin florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avrasiya florası Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Nansey adaları florası Kateqoriya:Çin mənşəli kənd təsərrüfatı məhsulları