Xəyyam Mirzəzadə () — Azərbaycan bəstəkarı, pedaqoq, professor (1979), Azərbaycan SSR xalq artisti (1987), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976, 1986).

Həyatı Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969–1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələmişdir.Solmaz Qasımova — Xəyyam Mirzəzadə haqqda məqalə sayt Musiqi Dünyası

Xəyyam Mirzəzadə 52 il Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olduqdan sonra oradan ayrılıb.

Görkəmli bəstəkar 30 iyul 2018-ci ildə, 82 yaşında uzun sürən xəstəlikdən sonra evində vəfat etmişdir. II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Haqqında hələ bəstəkarın sağlığında "Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə-75" və "Maestro. Özüm və zaman haqqında" adlı sənədli filmləri çəkilmişdir.Ələsgərli, K. Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə-75: [Bəstəkar Xəyyam Mirzəzadəyə həsr olunmuş sənədli film haqqında] //Qobustan: sənət toplusu. — 2011.- № 2.- S.76–78.

Təltif və mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 11 dekabr 1987 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 19 aprel 1972 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı: 27 aprel 1976 (2-ci simfoniya triptixi üçün) 26 aprel 1986 ("Birisigün, gecəyarısı…" bədii filminin bəstəkarlığına görə) Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1970 "Şərəf" ordeni — 7 oktyabr 2010 Şöhrət ordeni — 4 oktyabr 2000 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2 oktyabr 2015

Əsərləri

Baletləri "Ağlar və qaralar (balet)"(2000)

Kamera orkestri üçün Musiqi (1964) Üç xoreoqrafik şəkil (1969)

Simfonik orkestr üçün I Simfoniya (1957) II Simfoniya (Triptix, 1970) Kiçik lirik süita (1963) Oçerklər-63 simfonik poema (1963) "Muğan çöllərində" süitası (1967)

Xor, solist və simfonik orkestr üçün "Çiçəklən, Vətənim" (1964) — E. Mahmudovla birgə, sözləri: Zeynal Cabbarzadə Partiya haqqında oda (1975) — sözləri: Bəxtiyar Vahabzadə

Ağac nəfəs alətləri üçün Sekstet (1962)

Mis nəfəs alətləri üçün Kvartet (1970)

Simli kvartet üçün I Kvartet (1956) II Kvartet (1961) Dörd miniatür (1958) Noraşen rəqsləri (1972)

Violin və fortepiano üçün Sonatina (1950) Poema vä sketso (1952)

Filmoqrafiya

Həmçinin bax Hadi Mirzəzadə Çimnaz Mirzəzadə Ağlar və qaralar (balet)

İstinadlar

Xarici keçidlər Bir ömrün fəsilləri. Bəstəkar Xəyyam Mirzəzadə — veriliş sayt Youtube Xəyyam Mirzəzadə — "Axşama doğru" və "Gəzinti" musiqi parçaları İlhamə Quliyeva — Sırğalar (Sırğamın qaşı zümrüd) sayt Youtube Oqtay Ağayev — Köhnə qayalar — sözlər: Anar Xəyyam Mirzəzadə — Kapriççio sayt Youtube Xəyyam Mirzəzadə — Triptix, I hissə sayt Youtube Xəyyam Mirzəzadə — Triptix, II hissə sayt Youtube Xəyyam Mirzəzadə — Triptix, III hissə sayt Youtube

Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Azərbaycanlı bəstəkarlar Kateqoriya:Azərbaycan balet bəstəkarları Kateqoriya:Azərbaycan film bəstəkarları Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Bakı Musiqi Akademiyasının müəllimləri Kateqoriya:XX əsr akademik musiqi bəstəkarları