() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Vətəni Qərbi Çindir.
Botaniki xarakteristikası Hündürlüyü 1,5 m, eni 1,5 m-ə qədərdir, zoğları çox miqdarda ziyillərlə örtülmüşdür, uzunluğu 2 sm-ə qədər, nazik, üç yerə bölünmüş iynəli həmişəyaşıl koldur. Qabığı sarı-qonur, uzunluğu 1-2 sm-ə çatır. Yarpaqları növbəli yerləşir, uzunluğu 2,5 sm-ə qədər, yumurtavari və ya ellipsvaridir. Çiçəkləri tək, iri, qızılı-sarı, 1-2 ədəddir. Meyvələri oval, qara, bənövşəyi-qara, göyümtül çalarlıdır, uzunluğu 1,2 sm-ə qədərdir. Çox miqdarda nazik kökləri olan, yaxşı şaxələnmiş, üst kök sistemi vardır.
Ekologiyası Bütün normal, məhsuldar, zəif turş və ya qələvi torpaqlara davamlıdır. Soyuğa, şəhər şəraitinə, yay quraqlığına dözür, yaxşı budanır, küləyə davamlıdır. İşıqsevəndir, ancaq yarımkölgəyə dözür.
Azərbaycanda yayılması Mərdəkan dendrarisində 2003-cü ildə introduksiya edilmişdir. Mədəni şəraitdə park və bağlarda becərilir.
İstifadəsi Yumru və ya enli-şaquli, həmişəyaşıl koldur, yan budaqları qövsvarı əyilmişdir. Tək və qrup əkinlərində canlı çəpərlərin salınmasında istifadə edilir.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:Çin florası Kateqoriya:1906-cı ildə təsvir edilən bitkilər