Qriqol Vaşadze (;' 19 iyul 1958, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Gürcüstan diplomatı və siyasətçisi, Gürcüstan xarici işlər naziri (6 dekabr 2008 – 25 oktyabr 2012).

Bioqrafiyası Qriqol Vaşadze Tbilisdə Nodar Vaşadze və Elene Bakradzenin ailəsində doğulub. 1975-ci ildə Tbilisi 61 saylı orta məktəbi bitirib. 1981-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun beynəlxalq hüquq fakültəsini bitirib. 1981–1988-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar şöbəsində, sonra isə Kosmos və Nüvə Silahları şöbəsində fəaliyyət göstərib. 1988–1990-cı illər arası Diplomatik Akademiyanın aspirantı olub.http://www.nplg.gov.ge/bios/ka/00004930/

1990-cı ildən 2008-ci ilə qədər Vaşadze şəxsi bizneslə məşğul idi və qurduğu "Georgia Arts Management" və "Gregory Vashadze and BR" şirkətlərini idarə edib.

2008-ci ildən dövlət xidmətinə qayıdaraq fevralın 6-sı Gürcüstan xarici işlər nazirinin müavini təyin edilib. 2 noyabr 2008-ci ildə Gürcüstanın mədəniyyət, abidələrin qorunması və idman naziri təyin edilib. 6 dekabr 2012-ci ildən xarici işlər naziri olub.

Şəxsi həyatı Nino Ananiaşvili ilə evlidir, Nodar və Elene adında iki uşağı var.A Swan Takes Flight, interview of Nina & Gregory by Paul Lieberman. Los Angeles Times Magazine, June 21, 2000, published at ananiashvili.com. Accessed on May 4, 2008. Rus, ingilis, portuqal, italyan, ispan və fransız dillərini bilir.

İstinadlar

Siyasi mövqelərSələfi:Eka TkeşelaşviliGürcüstanın Xarici İşlər Naziri2008–2012Xələfi:Maya Pancikidze

Kateqoriya:1958-ci ildə doğulanlar Kateqoriya:19 iyulda doğulanlar Kateqoriya:Gürcüstanın xarici işlər nazirləri Kateqoriya:Gürcüstan diplomatları Kateqoriya:Gürcüstan prezidentliyinə namizədlər Kateqoriya:Vahid Milli Hərəkat Partiyasının üzvləri Kateqoriya:Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları Kateqoriya:XXI əsrin diplomatları Kateqoriya:SSRİ diplomatları Kateqoriya:XX əsrin diplomatları