thumb|right|280px|Yaponiyanın Osaka şəhərində yerləşən Kaiyukan Aquariumu.

Yapon hörümçək yengəci () — Xərçəngkimilər yarımtipinə, Yengəclər infrodəstəsinə aid olan növ. Buğumayaqlılar tipinə daxil olan ən iri canlılardan biridir. Karapaksı 45 sm, ilk çüt ayaqları arasında məsafə 3 metr olan canlı. Sakit okeanın Yaponiya sahillərində, 50–300 metr dərinlikdə yayılmışdır.

Təsviri Çəkisi 40 kq. Ayaqsız uzunluğu 80 sm, ayaqları ilə birlikdə 6 metrdir. Erkəklərin gövdəsi dişilərdən daha böyük, ayaqları daha uzundur. 150–800 metr dərinlikdə yaşasalarda, adətən 200–300 metr dərinlikdə daha tez-tez rastlaşırlar. Yumurtlama dönəmində 50 m dərinliyə qədər qalxa bilirlər (yaz mövsümündə).

Əsasən molyusk və heyvan qalıqları ilə qidalanır. 100 il ömür sürə bilirlərJapanese Spider Crabs Arrive at Aquarium . Oregon Coast Aquarium. .

Bu canlılar qida, elmi və dekorativ məqsədlər üçün istifadə edilir. Əsasən iri akvariumlarda saxlanılır.

Qorunma Yaz ayları onların ovuna qadağa qoyulur.

Təsnifat Yengəcin elmi adı (M. kaempferi) alman səyyahı və naturalisti Engelbert Kempferin şərəfinə verilmişdir. Növ ilk dəfə 1836-cı ildə hollanfd zooloqu Konrad Yakob Temmink tərəfindən qeydə alınmışdırTemminck, 1836 : Coup d’Oeil sur la Faune des Îles de la Sonde et de l’Empire du Japon. Discours préliminaire destiné à servir d’introduction à la Faune du Japon. p. 1–26..

Macrocheira cinsinə daxil olan və günümüzdə yaşayan yeganə növdür (†M. longirostra и †M. teglandi). Cinsi ya InachidaeNg, Guinot & Davie, 2008 : Systema Brachyurorum: Part I. An annotated checklist of extant brachyuran crabs of the world. Raffles Bulletin of Zoology Supplement, n. 17, pp. 1–286 ya da Majidae fəsiləsinə daxil edirlər.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yengəclər