thumbnail|Halva Halva — Yaxın Şərqdə o cümlədən Azərbaycanda geniş yayılmış şirniyyat növü. Halva hazırlamaq üçün qoz, fındıq və yağlı toxumlar (küncüt, günəbaxan, yerfındığı və soya), un, yağ, şəkər, patka, ədviyyat, kakao məhsullarından istifadə edilir. Halvaya vanil, şokolad, vafli, kişmiş və s. qatılır. Tərkibində 4%ə qədər su, 35–47% şəkər, 30–32% yağ, 12–13% zülallı maddə, 1.8–2.9% mineral maddə vardır. Saxlanılma müddəti 2 aya qədərdir. 100 qram halvanın kaloriliyi 545–555 kkal olur.ASE
Növləri
Taxıldan halvalar
Mannı taxılından hazırlanan halvalara Hindistanda suci ka halva (, , ), Türkiyədə isə irmik helvası deyilir.
Səməni halvası
Buğda, buğda unu, ərinmiş yağ, doşab, qoz ləpəsi, cirə, istiot, darçın, razyana istifadə olunur.
Buğdadan adi qayda üzrə səməni cücərdir. Səməni cücərtiləri sarımtıl rəngdə olduqda ətçəkən maşından buraxılır, şirəsi tənzifdən süzülür və un əlavə edilib xəmir yoğrulur. Xəmir yağlanmış miss tiyana qoyulur. zəif Alov üzərində arabir çevrilmək şərti ilə (yanmasın deyə) 4 saat ərzində bişirilir. Hər dəfə xəmiri çevirdikdə altına azacıq yağ tökülür. Axırda kütləyə xırdalanmış qoz ləpəsi, ədviyyat və doşab vurulub yaxşıca qarışdırılır. Hazır halvadan iri bitoçki formasında paylar düzəldilir.
Tər halva
Un helvası|thumb|230px|Tər halva Buğda unu, ərinmiş yağ, doşab və ya şəkər tozu, darçın istifadə olunur.
Tavada qızdırılmış yağa un əlavə edilib qızılı rəngə çatınca qovrulur. Sonra buna doşab və ya şəkər şərbəti qatılır və arası kəsilmədən qarışdırılaraq qızdırılır. Halva dayaz desert boşqaba qoyulur, üstünə darçın səpilir. Bəzən halvanı lavaşa bükürlər. Doşab əvəzinə baldan da istifadə etmək olar., bu zaman halvanın keyfiyyəti yaxşılaşır.
İstinadlar
Kateqoriya:Halva Kateqoriya:Tərkibində kokos palması olan qidalar Kateqoriya:Qidalar Kateqoriya:Misir mətbəxi Kateqoriya:Ərəb dilində sözlər və ifadələr Kateqoriya:Konfetlər Kateqoriya:Albaniya mətbəxi Kateqoriya:Vegetarian mətbəxi Kateqoriya:Bolqarıstan mətbəxi Kateqoriya:Fələstin mətbəxi Kateqoriya:Kipr mətbəxi Kateqoriya:Səhər yeməyi Kateqoriya:Rusiya mətbəxi Kateqoriya:Suriya mətbəxi Kateqoriya:Tacikistan mətbəxi Kateqoriya:Yunanıstan mətbəxi