İmam Rəbbani (; ) və ya Əbül-Bərəkət Əhməd ibn Əbdiləhəd ibn Zeynilabidin əl-Faruqi əs-Sərhəndi — Nəqşibəndi təriqətinin Mücəddidi qolunun banisi. Sufi, alim və mücəddid.

Bioqrafiyası 1564-cü ildə Hindistanda doğulmuşdur. Ata tərəfindən xəlifə Ömərin nəslindən olduğu üçün "əl-Faruqi" nisbəsi ilə tanınır. Əhlis-Sünnə təsəvvüfünün (təriqət əhli olmaq, qəlbini Allah sevgisinə bağlamaq) böyük simalarından biridir. Təsəvvüfdə Nəqşibəndi şeyxlərindən Məhəmməd Bəqi-Billaha intisab (bir yerə bağlanmaq, bir kimsəyə mənsub olma) etdi. Dövrün hind-türk hökmdarı Əkbər Şah ilə dinin əsasını pozduğu səbəbiylə bəzi mövzularda zidd düşmüş və 1619-cu ildə Gevaliyar qalasında həbs edilmişdir. Hər cür azğın axınlara qarşı Əhlis-Sünnə etiqadını dəstəklədiyi üçün "İki min ilin mücəddidi" tituluna layiq görülmüşdür.

Əsərləri İsbatun-nübüvvə. Allah inancıyla yanaşı, peyğəmbərliyə inancın da zəruri olduğunu elmi əsaslarla sübut etməyi hədəfləyən bu əsər, Əkbər Şah tərəfindən "Dini-İlahi" adı ilə irəli sürülən və müxtəlif dinlərə eyni anda inanma mənasını verən sinkretik düşüncə tərzinin təşviq etdiyi şübhəçiliyə qarşı qələmə alınmışdır. Ərəb dilində yazılmış bu əsər, sonradan Qulam Mustafa Xan tərəfindən urdu dilinə tərcümə edilərək Kəraçidə nəşr olunmuşdur (1963). Təyidi-Əhlis-Sünnə (Rəddi-Rəvadiz). İran şiə alimləri ilə Mavəraünnəhr sünni alimləri arasında baş vermiş bir elmi mübahisənin məhsulu olan bu əsər, şiəliyə qarşı yazılmış bir rəddiyədir. Sirhindinin gələcəkdə onu izləyəcək Nəqşibəndi təriqətinə miras qoyacağı güclü anti-şiə mövqeyinin təməlini atan bu əsər, Qulam Mustafa Xan tərəfindən farsca orijinal mətn və urduca tərcüməsi ilə birlikdə nəşr edilmişdir (Kəraçi 1964). Məktubat. Dostları və tələbələrinə yazdığı məktubların bir yerə gətirildiyi "Məktubat" İslam təsəvvüfünün ən əhəmiyyətli qaynaqlarından biridir. İmam Rəbbaninin bəzi sözləri belədir:

Qələmə aldığı digər əsərləri bunlardır: Mükaşəfati-Qeybiyyə (Kəraçi: 1965); Havəşi və Taliqat bər Şərhi-Rubəiyyati-Xacə Bəqi-Billah (Kəraçi: 1966); Məarifi-Lədünniyyə (Kəraçi: 1968); Məbdəu-Məad (Kəraçi: 1983); Risaləi-Təhliliyyə (Kəraçi: 1983).

İstinadlar

Kateqoriya:Hənəfilər Kateqoriya:Matüridilər Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:İslam filosofları Kateqoriya:Sufilər Kateqoriya:Ateizmin tənqidçiləri Kateqoriya:Haşimilər Kateqoriya:Nəqşibəndilik Kateqoriya:Övliyalar Kateqoriya:Sünni müsəlmanları