() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Aralıq dənizi sahillərində yayılmışdır. Avropada, Asiyada, İranda, Türkiyədə, Qafqazda təbii halda bitir.

Botaniki təsviri Hündürlüyü 50-80 sm olan torpaqqoruyucu koldur. Yarpaqları ellipsvarı və ya yumurtavarı-uzunsovdur. Qısa saplaqlı, üstü qırışlı, ulduzvarı tükcüklərlə örtülmüşdür. Çiçəkləri tək və ya 2-3 ədədi bir yerdə toplaşmışdır. Ləçəkləri yumurtavarı, ağ bünövrəsi sarı xallıdır. Kasayarpaqları enli-yumurtavarı, kütuclu və boz rənglidir. Erkəkcik çiçəklər şaquli vəziyyətdən horizantal vəziyyətə keçir və ləçəklərə yapışaraq, dişicik ağızcığı açılır. May-iyun aylarında çiçəkləyir, meyvəsi avqustda yetişir. Qutucuq meyvəsi sıx tükcüklüdür. Toxumlarla və bəzən kök zoğlarının köməkliyi ilə bərpa olunur.

Ekologiyası Əhəngli və ya quru torpaqlarda quru, açıq, günəşli yerlərdə bitir. Səhraların, quru şam meşələrinin və qumlu dəniz sahilərinin bitkiləridir. Yanğına davamlıdır.

Azərbaycanda yayılması Böyük Qafqazda aşağı dağ zolağında, daşlı yamaclarda bitir.

İstifadəsi Dekorativ və balverən bitkidir. Yarpağından tünd-yaşıl və ya qonur rəngli buxur yağı alınır. Buxur yağı ətriyyatda, təbabətdə dərman bitkisi kimi istifadə edilir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ bağ bitkiləri Kateqoriya:Livan florası Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Bolqarıstan florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Avropa florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Fransa florası Kateqoriya:Portuqaliya florası Kateqoriya:İspaniya florası Kateqoriya:Mərakeş florası Kateqoriya:İtaliya florası