İsmayıl Safi (Tam adı: İsmayıl Yunis oğlu Safi; ) — Politoluq, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri, Ədalət və İnkişaf Partiyasının (AKP) 2011–2015-ci illərdə millət vəkili, "AK Parti"nin akademik işlər üzrə əlaqələndiricisi, İstanbul İstinye Universiteti siyasət elmləri şöbəsinin müdiri, elmlər doktoru
Həyatı və Təhsili İsmayıl Safi 1968-ci ildə Türkiyənin Rizə şəhərində anadan olmuşdur. Ata adı Yunis, ana adı Ruqiyyə olan İsmayıl Safi 1994-cü ildə Hacettepe Universitetinin iqtisadi və inzibati elmlər fakültəsinin dövlət idarəetmə bölməsini bitirmişdir. Magistr təhsilini 1998-ci ildə Ankara Universiteti Siyasi elmlər və Dövlət idarəçiliyi kafedrası Şəhər və Ətraf Mühit elmləri bölməsi üzrə bitirmişdir. Doktoranturasını 2005-ci ildə Ankara Universiteti Sosial Elmlər Institutu Siyasi elmlər və Dövlət idarəçiliyi kafedrası Siyasət elmləri bölməsi üzrə tamamlamışdır. Həmçinin 2006-cı ildə Milli təhlükəsizlik akademiyasının da məzunu olmuşdur.
Fəaliyyətləri Beynəlxalq asılılıqla mübarizə təşkilatı, Türkiyə milli komitə sədri, Avrasiya vətəndaş cəmiyyəti əməkdaşlıq dərnəyinin ümumi rəhbərliyi, beynəlxalq Qara dəniz və Xəzər əməkdaşlıq fondunun Türkiyədəki direktoru vəzifələrində çalışmışdır. İngəltərədə Mühafizəkarlar Partiyası (Böyük Britaniya) və ona yaxın Qeyri-hökumət təşkilatlarında müxtəlif fəaliyyətlər göstərmişdir. "Ədalət və inkişaf" partiyası təsisçilər heyətinin üzvü olmuşdur. 2001-ci il 14 avqust tarixində Rəcəb Təyyib Ərdoğan liderliyində qurulan "Ədalət və İnkişaf" partiyasının qurucularından biri olmuşdur. İstanbul millət vəkili seçilərək Türkiyə Böyük Millət Məclisinə qatılmışdır. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri. Bir müddət "Ədalət və İnkişaf" partiyasının baş katibinin müavini olmuşdur.
Pedoqoji fəaliyyəti 2015–2016 illəri arasında Fatih universiteti, TOBB Universiteti Beynəlxalq Sahibkarlıq kafedrasında, 2016–2017 illəri arasında Qazi Universiteti İqtisadi və İnzibati Elmlər Fakültəsinin Dövlət İdarəçiliyi kafedrasında, 2017-ci ildə də Avrasiya Universiteti İqtisadi və İnzibati Elmlər fakültəsinin Siyasət Elmi və Dövlət İdarəçiliyi kafedrasında müəllim kimi dərs demişdir. Rəcəb Tayyib Ərdoğan Universiteti Fondu Akademiya Heyətinin üzvü də olan Dr. İsmayıl Safi 2017-ci ildən etibarən İstinye Universiteti akademik tərkibində köməkçi dosent olaraq yer alır.
Tədqiqat sahələri Siyasət Siyasi Kimlik və İdeologiyalar Vətəndaş cəmiyyəti İctimai diplomatiya Beynəlxalq Əlaqələr Avrasiya, Rusiya və Türk Dünyası.
Mükafatları 2007-ci ildə Avrasiya və türk dünyası fəaliyyətlərinə görə Azərbaycan beynəlxalq elmlər akademiyanın "Fəxri professsor" adına layiq görülmüşdür. Rus Dövlət Nişanı "Palmira Medalı"na layiq görülmüşdür.
Xocalı soyqırımına münasibəti İsmayil Safi Türkiyədə Ermənistanın işğalçılıq siyasəti ilə bağlı yerli və beynəlxalq mətbuatda sərt tənqid edən siyasətçilərindən biri hesab edilir. Onun Xocalı soyqırımı həqqında dedikləri:
Xarici keçidlər İsmayil Safi:"Yaxın gələcəkdə Azərbaycan bölgənin parlayan ulduzudur" Daima Azərbaycanın yanında olacağıq" — İsmayıl Safi
İstinadlar Kateqoriya:Türk siyasətçilər Kateqoriya:TBMM XXIV çağırış deputatları Kateqoriya:Ədalət və İnkişaf Partiyasının üzvləri