Oleq Məhərləmov (Tam adı: Oleq Ələmdar oğlu Məhərləmov; ) — Dubrovka faciəsi zamanı əsirlərə kömək edən, ölümündən sonra Şücaətə görə medalı ilə təltif olunan azərbaycanlı həkim.

Həyatı

1967-ci ildə Rusiyanın Krasnodar vilayətində anadan olan Oleq Ələmdar oğlu Məhərləmov erkən yaşlarında anasını itirmişdir. Oleq Məhərləmov 1972-1982-ci illərdə Krasnodardakı 4 nömrəli məktəbdə təhsil almışdır. Kuban Tibb İnstitutunu bitirmiş Məhərləmov tibb elmləri namizədi idi. Krasnodardakı 2 nömrəli şəhər xəstəxanasında Endoskopik ginekologiya şöbəsinin ordinatoru işləyirdi.

Ailəsi

Milliyəti rus olan İnna Məhərləmova iə ailə quran Oleq Məhərləmovun 1989-cu ildə qızı, 1998-ci ildə isə oğlu dünyaya gəlmişdi.

Terrorda şücaəti

23 yaşlı çeçen Movsar Barayevin başçılıq etdiyi 40 nəfərdən ibarət silahlı dəstə (döyüşçülərdən bəziləri çeçen qızları idi) Dubrovka teatrını 800-dən artıq tamaşaçı ilə birlikdə ələ keçirərək, komleksə bütün perimetri boyunca partlayıcı maddələr yerləşdirmişdi. Həmin vaxt girov düşənlər teatra Nord-Ost musiqi proqramına baxmağa gələn tamaşaçılar idi. Qəfildən 8 artistin olduğu səhnəyə qalxan terrorçular teatrı ələ keçirdiklərini və artistlər də daxil olmaqla binadakı bütün şəxslərin girov olduqlarını elan etdilər. Girovlar arasında Krasnodar Diaqnostika Mərkəzinin Endoskopik ginekologiya şöbəsinin milliyətcə rus müdiri Vladislav Ponomaryov və həmin şöbənin həkimi Oleq Məhərləmov da var idi. Sonralar Vladislav Ponomaryov hadisəni belə xatırlayır:

Məhz Vladislav Ponomaryov və Oleq Məhərləmov terrorçuların açdığı atəşdən sonra zalı qaçaraq tərk etmək istəyən qadın və kişi girova ilk tibbi yardımı göstərmişdilər. Onların yaralılara yaxınlaşdığını görən terrorçular avtomatı başlarına tuşlasalar da, həkimlik borcuna sadiq olan Vladislav Ponomaryov və Oleq Məhərləmov çətinliklə də olsa, silahlıları yaralılara yardım göstərməyə razı sala bilmişdilər. Daha sonra yaralılar binadan çıxarılan zaman Məhərləmov və Ponomaryov onları xərəklə Dubrovkanın giriş qapısında təhvil verərək geri qayıtmışdılar.

Həlakı

Oktyabrın 26-sı səhər 5 radələrində Rusiya xüsusi təyinatlılarının zəhərli qazdan istifadə edərək həyata keçirdiyi xüsusi əməliyyat Movsar Barayev başda olmaqla, bütün 40 terrorçunun məhvinə və girov götürülən daha 130 tamaşaçının ölümünə yol açmışdı. Həlak olan tamaşaçılar arasında əslən azərbaycanlı həkim Oleq Məhərləmov da var idi. Hətta girovluq müddətində də “Hippokrat andı”na sadiq qalan Oleq Məhərləmov zəhərli qazın təsirindən huşunu itirmiş və bir daha özünə gələ bilməmişdi. Terrorçular məhv ediləndən sonra O.Məhərləmovu Moskvanın 13 nömrəli xəstəxanasına gətirmişdilər. Azərbaycanlı həkimin həyat yoldaşı İnna Məhərləmova ərinin cəsədini orada tanımışdı.

Haqqında

Nord-Ost hadisələri zamanı terrorçuların icazəsi ilə teatrdakı girovlara tibbi vasitələr aparan Roşal tamaşa zalındakı vəziyyəti öz gözləri ilə görmüşdü. Rusiyanın məşhur uşaq cərrahı və ictimai xadimi Leonid Roşal 2002-ci il dekabrın 27-də çıxan “Tibb” qəzetinin 104-cü sayında teatrda girov götürülən tamaşaçılar arasındakı həmkarlarından danışmışdı. Bu zaman o, Oleq Məhərləmovu da xatırlamışdı:

Xatirəsi Həmçinin Oleq Məhərləmovun 1972-1982-ci illərdə təhsil adlığı Krasnodardakı 4 nömrəli məktəbdə xatirə lövhəsi vurulmuşdur.

Mükafatları Rusiya prezidentinin göstərişi ilə Oleq Ələmdar oğlu Məhərləmov ölümündən sonra Şücaətə görə medalı ilə təltif olunmuşdur.

İstinadlar

Həmçinin bax Dubrovka faciəsi Kateqoriya:Rusiya azərbaycanlıları