() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Şimali İranda, Gilan, Mazandaran, Xəzər dənizinin cənub sahili boyunca yayılmışdır. Qazıntı halında Naxçıvanın alt və ya orta miosen çöküntülərindən məlumdur.
Botaniki xarakteristikası Hündürlüyü 40-45 m-ə, gövdəsinin diametri 100-150 sm-ə çatan, çadırabənzər və ya enli-piramidal çətirlidir. Budaqların qabığı boz, gövdənin qabığı isə tünd-boz, uzununa dərin çatlıdır. Zoğları sıx tüklü, tumurcuqları xırda və yumurtavari olub, ucları sivridir. Yarpaqları töküləndir. Yarpağın uzunluğu 19-20 sm, eni 4-8 sm olub, kənarı dişli və ya dilimli, səthi dərivaridir. Üst tərəfi parlaq, tünd yaşıl rəngli, çılpaq, alt tərəfi isə açıq yaşıl rəngli, keçəşəkilli, tüklüdür. Damarları 9-13 cütdür. Çiçəkləri bircinslidir. Erkək çiçəklərin uzunluğu 10 sm-ə qədər olub, sallanmış sırğalarda tək-tək yerləşir. Dişi çiçəkləri 2-3-ü bir yerdə olmaqla saplaq üzərində dəstələrlə yerləşir. Saplağın üzəri sıx tükcüklü, 10 sm uzunluqdadır. Çiçəkyanlığı 4-7 dilimli, erkəkciyi 4-12 ədəddir. Aprel-may aylarında çiçəkləyir, külək vasitəsilə tozlanır. Meyvəsi ləpəli qozadır. Qozası 2,5-3,5 sm uzunluqda olub, uzunsov, tərs-ovalşəkilli, ellips və ya neştərvari, qaidəyə yaxın hissəsi pazaoxşar, yumrulaşmış və ya bir az ürəkvaridir. Qozalar sentyabr-oktyabr aylarında yetişir.
Ekologiyası İsti, işıqsevən, torpağın münbitliyinə çox tələbkar, şaxtaya, quraqlığa az davamlıdır.
Azərbaycanda yayılması İsmayıllı, Yalama, Quba, Tərtər, Şəmkir, Şamaxı, Bərdə rayonlarında, Talış zonasında təsadüf edilir. Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmişdir.
İstifadəsi Tək əkinlərdə, mebel sənayesində istifadəsi məqsədyönlüdür. Qozasında nişasta, qabığında və yarpaqlarında aşı maddələri, tanninlər vardır.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:1831-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Azərbaycan ağacları Kateqoriya:İran florası Kateqoriya:Dərman bitkiləri