Suriya qulanıФишер Д., Саймон Н., Винсент Д. Красная книга. Дикая природа в опасности / пер. с англ., под ред. А. Г. Банникова. — : Прогресс, 1976. — С. 137–140. — 478 с. () — Ərəbistan yarımadasında vaxtı ilə yayılmış qulan yarımnövü. Bu canlıların hazırda nəsli nəsilmişdir. Onlara əsasən müasir Suriya, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı və İraq ərtazisində müşahidə edilirdi.

Təsviri Suriya qulanı ortalam olraq cəmi 1 metr hündürlüyə malik idi. Bu isə onların müasir atlar fəsiləsinə daxil olan heyvanlar arasına ən kiçiyi olmması anlamına gəlir. Onun rəngi mövsümdən asılı olaraq dəyişir:yayda zeytuni rəng, qışda isə solğun sarı. Digər kulanlar kimi, qətiyyətsiz təbiəti ilə məşhur idi üstəlik qüvvət və gözəlliklə hər tərəfli ata bənzəyirdi.

Yayılması Suriya qulanı əsasən səhra və yarımsəhralarda, quraq dağ çöllərində yayılmışdılar. Onlara əsasən müasir Suriya, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı və İraq ərtazisində müşahidə edilirdi.

Ekologiya və davranış

Qidalanma Ot yeyən bir canlı olmuşdur. Əsasən ot bitkiləri, kol və ağacların yarpaqları ilə qidalanırdılar.

Təbii düşmənləri Suriya qulanı Ərəbistan yarıçmadasınad yırtıcıların əsas hədəflərindən idilər. Ərəbistab yarımadasında yayılmış Asiya şiri. Ərəbistan bəbiri, zolaqlı kaftar, Ərəbistan canavarı və Turan pələngi kimi canlılar tərəfindən ovlanılırdı. Asiya hepardıda böyük ehtimalla bu canlıları dağ silsilələri ərsazisində ovlamışdır.

Tarixi XV–XVI əsrlərdə Yaxın Şərqə səyahət edən avropalı səyyahlar burada sürü halında qulanlara rast gəldiyini bildirirdilər. Bununla belə onların sayı XVIII və XIX əsrlər arasında kütləvi ovlanma səbəbindən azalmağa başlamışdır. Sonradan isə Birinci Dünya müharibəsi zamanı onların populyasiyası ciddi zərər görmüşdür. Sonuncu çöl qulanı 1927-ci ildə İordaniyanın Arzak vahəsində ovlanmışdır. Sonuncu papalı şərtaitdə saxlanan Suriya qulanı isə Vyananın Şyonbrun parkında ölmüşdür.

Müqəddəs kitablarda Quranın Muddəssir surəsinin 50-ci (Onlar sanki vəhşi eşşəklərdir) və 51-ci ayələrində (O eşşəklər ki aslandan hürküb qaçarlar!) keçərli olan vəhşi eşşəklərin Suriya qulanı olması ehtimal edilir. Bu surədə Allaha (c.a.c) inanmayanların mövcud halları təsvir edilir. Tövratın birinci kitabı olan Yaradılışda İsmayıl peyğəmbərlə əlaqəli rəvayətdə təsvir edilən vəhşi eşşək Suriya qulanıdır.

Qulan populyasiyasının bərpası Suriya qulanının nəsli kəsildikdən sonra yaranmış boşluğu doldurmaqdan ötrü İran qulanı uyğun gələn yarımnöv hesab edilərən Yaxın Şərqdə yayılması üçün tədbirlər görülmüşdür. Onlar Səudiyyə Ərəbistanı və İordaniyanın qoruma ərazilərində yerləşdirilmişdir. Bundan əlavə İsraildə İran qulanı ilə yanaşı Türkmən qulanıda gətirilərək təbiətə buraxılmışdır.

İstinadlar

Həmçinin bax Qulan

Xarici keçidlər

Kateqoriya:Yoxa çıxmış növlər Kateqoriya:1500-cü ildən sonra nəsli kəsilmiş məməlilər Kateqoriya:1855-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Yeremiyanın kitabı