2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsi () — sayca 16-cı ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 25 noyabr 2018-ci il tarixində "#LightUp" devizi altında Belarusun paytaxtı Minsk şəhərində keçiriləcəkdir. Bu Belarusun Avroviziya Uşaq Mahnı Müsabiqəsinə ikinci ev sahibliyi olmuşdur. Müsabiqəyə Yevgeni Perlin, Zinaida Kupriyanoviç və 2017 Avroviziya Uşaq Mahnı Müsabiqəsində Belarusu təmsil etmiş Helena Meraai aparıcılıq etmişdir.
2 avqust 2018-ci il tarixdə Avropa Yayım İttifaqı 20 ölkənin Minskdə keçirilən müsabiqədə iştirak edəcəyini təsdiqləmişdir. Bu ölkələrdən Qazaxıstan və Uels müsabiqə tarixində ilk dəfə iştirak edəcəklər. Bundan əlavə 13 illik fasilədən sonra Fransa, dörd illik fasilədən sonra Azərbaycan və bir il sonra İsrail müsabiqəyə geri dönmüşdür. 2017-ci ildə müsabiqədə iştirak etmiş Kipr isə maliyyə çətinlikləri səbəbi ilə iştirakdan imtina etmişdir.
Minskdə keçirilən 2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Anyone I Want To Be" mahnısı ilə Polşa təmsilçisi Roksana Veqel qalib gəldi. Bu Polşanın müsabiqədə ilk qalibiyyəti oldu.
Keçirildiyi yer thumb|180px|left|Minsk Arena 15 oktyabr 2017-ci il tarixində Avropa Yayım İttifaqı (AYİ) Belarusun növbəti 2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsinə ev sahibliyi edəcəyini açıqlamışdır. Bu 2010-cu ildən sonra Belarusun uşaq Avroviziyasına ikinci ev sahibliyi olmuşdur.
18 mart 2018-ci il tarixində paytaxt Minskdə baş tutacaq müsabiqənin 15,000 nəfər izləyicini qəbul edə biləcək olan Minsk Arenada keçiriləcəyi açıqlandı.
İştirakçılar 25 iyul 2018-ci il tarixdə Avropa Yayım İttifaqı 19 ölkənin müsabiqədə iştirak edəcəyini təsdiqləmişdir. İlkin olaraq maliyyə problemlərini səbəbindən Ukraynanın müsabiqədə iştirak etməyəcəyi bildirilsədə, daha sonra AYİ Ukrayna ilə birlikdə 20 ölkənin yer aldığı iştirakçı ölkələr siyahısını təqdim etmişdir. Bu iştirakçı sayına görə müsabiqə tarixindəki rekord göstəricidir.
№ Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal 01 Ukraynca, İngiliscə Darina Krasnovetskaya "Say Love" Sevgi de 4 182 02 Portuqalca Rita Laranjeyra "Gosto de Tudo (Já Não Gosto de Nada)" Hər şeyi bəyənirdim (Artıq heç nə bəyənmirəm) 18 42 03 Qazaxca, İngiliscə Daneliya Tuleşova "Ózińe sen" Özünə inan 6 171 04 Albanca, İngiliscə Efi Qyika "Barbie" Barbi 17 44 05 Rusca, İngiliscə Anna Filipçuk "Unbreakable" Qırılmaz 10 122 06 Niderlandca, İngiliscə Maks və Anna "Samen" Birlikdə 13 91 07 Azərbaycanca, İngiliscə Fidan Hüseynova "I Wanna Be Like You" Sənin kimi olmaq istəyirəm 16 47 08 Rusca, İngiliscə Daniel Yastremskiy "Time" Vaxt 11 114 09 İrlandca Teylor Hayns "IOU" Mən sizə borcluyam 15 48 10 Serbcə Boyana Radovanoviç "Svet" Dünya 19 30 11 İtalyanca, İngiliscə Melissa və Marko "What Is Love" Sevgi nədir 7 151 12 İngiliscə Cael "Champion" Çempion 3 201 13 Gürcücə, İngiliscə Tamar Edilaşvili "Your Voice" Sənin səsin 8 144 14 İvritcə Noam Dadon "Children Like These" Bu cür uşaqlar 14 81 15 Fransızca, İngiliscə Anjelina "Jamais Sans Toi" Sənsiz heç vaxt 2 203 16 Makedonca Mariya Spasovska "Doma" Ev 12 99 17 Ermənicə L.E.V.O.N "L.E.V.O.N" - 9 125 18 Uelscə Manu "Perta" İnsan 20 29 19 İngiliscə Ela "Marchin'On" İrəliləməyə davam 5 181 20 Polyakca, İngiliscə Roksana Veqel "Anyone I Want To Be" Olmaq istədiyim hər kimsə 1 215
Digər ölkələr Aşağıda adları göstərilən ölkələr daha öncə Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak etsələr də, 2018-ci ildə müsabiqədə iştirak etməmişdirlər.
(2003-2012) (2003-2005) (2007-2016) (2003-2005) (2003-2006) (2003-2014)
(2004) (2003-2017) (2003-2011) (2007-2011) (2010-2013) (2014-2015)
(2003-2005) (2003-2009) (2013-2015) (2014-2015) (2003-2014) (2003-2008)
Xəritə thumb|400px|center|JESC 2018 Map|İştirakçı ölkələrin xəritəsi|
İstinadlar
Həmçinin bax Avroviziya Uşaq Mahnı Müsabiqəsi Avroviziya Mahnı Müsabiqəsi 2018 Avroviziya Mahnı Müsabiqəsi
Xarici keçidlər JuniorEurovision.tv
Kateqoriya:Avroviziya Uşaq Mahnı Müsabiqəsi Kateqoriya:2018-ci ildə musiqi Kateqoriya:2018-ci ildə Belarus