Cavad xanlığı (, ) — bir çox Azərbaycan xanlıqları kimi Nadir şah Əfşarın ölümündən sonra yaranmışdır. Kür-Araz qovşağının sağ və sol sahilində yerləşirdi. Xanlıq qərbdən Qarabağ və Qaradağ xanlığı, şərqdən Şirvan xanlığı və Salyan sultanlığı, cənubdan Talış xanlığı ilə həmsərhəd idi. Xanlığın əsas hissəsi Muğan ərazisində olduğuna görə tarixi sənədlərdə Muğan xanlığı da adlanmışdır. Xanlığın iqamətgahı Cavad qalası, ikinci iqamətgahı isə xan ailəsi qəsrinin olduğu və Muğan mahalının mərkəzi olan Qalaqayın idi. Xanlığın tərkibində Muğan mahalından başqa Rudbar mahalı da vardı.
Coğrafi ərazisi thumb|right|Şirvan sərhədləri yaxınlığında ticarət kəsişməsi. Kür və Araz çaylarının birləşməsi. Cavad və Qalaqayın. (1714-cü il) Cavad xanlığının mərkəzi Araz çayının kəsişdiyi nöqtədə, Kür çayının sol sahilində və Şamaxının cənub-qərbində yerləşən Cavad qala şəhəridir. Çulkova görə "Cavadın bu əsas ərazisi böyük yaşayış yeridir".
Xanlıq qərbdə Qarabağ və Qaradağ xanlığı, şimalda Şamaxı xanlığı, cənubda Talış xanlığı, şərqdə isə Salyan sultanlığı ilə əhatə olunmuşdur.Muğan əsasən Cavad xanlığına aid idi.Moḡān was mostly under the khan of Javāt. Q. B. Abdullayevin yazdığına görə "Cavad xanlığı nisbətən kiçik idi və əslində sultanlığın ölçüsünü aşmırdı".
250px|thumb|right|Azərbaycan xanlıqları
Tarixi 1768-ci ildə Cavad xanı Taleh Həsən xan könüllü surətdə Quba xanlığından asılılığı qəbul etdi.</blockquote> Lakin Cavadda xan hakimiyyəti saxlanıldı.
Bu hadisə Quba xanlığın ərazisinin genişlənməsi ilə yanaşı onun əhalisinin say dinamikasına da müəyyən təsir göstərdi. Tarixi qaynaqlar Cavad xanlığının könüllü olaraq Quba xanlığına birləşməsinin bu xanlığın əhalisinin kəmiyyət və keyfiyyətinə müsbət təsir göstərməsini qeyd edir. Muğan əhalisi XVIII əsrin 60–80-ci illərində stabil siyasi mühit şəraitində yaşamağa müvəffəq oldu. Cavad xanlığının tarixi qısa dövrü əhatə edir və hər hansı diqqəti cəlb edən hadisələrlə seçilmir, lakin, buna baxmayaraq XVIII əsrdə Azərbaycanda mövcud olmuş xanlıqlar sistemində onun mövcudluğunu inkar etmək mümkün deyildir. Cavad xanlığının tarixi mənzərəsini müəyyən etmək üçün tarix ədəbiyyatında və arxiv sənədlərində çox müxtəsər, məhdud və dağınıq məlumatlar saxlanılmışdır. Cavad xanlığının əhali tarixi haqqında qaynaqlar olduqca məhdud və epizodikdir. Buna baxmayaraq, əldə olan tarixi materiallar əsasında Cavad xanlığının Şimal-Şərqi Azərbaycan siyasi birliyində olan əhali payını müəyyən etməyə cəhd etmək olar. XVI əsrdə, hətta bir qədər ondan əvvəl siyasi vahid kimi tarix səhnəsinə çıxan Cavad XVIII əsrin ortalarında yarımmüstəqil xanlığa çevrilmişdi. Xanlığın mərkəzi Kür və Araz çaylarının qovuşduğu yerdə yerləşən Cavad şəhəri idi (Hal-hazırda həmin yerdə Sabirabad rayonunun Cavad kəndi yerləşir). Cavad xanlığı şimaldan Şamaxı xanlığı, cənubdan Talış xanlığı, şərqdən Salyan hakimliyi, qərbdən isə Qarabağ xanlığı ilə həmsərhəd idi. Şahsevənlərin və digər türk elat tayfalarının daimi qışlaq yeri olan Muğan düzənliyinin Cavad xanlığının tərkibində olması bu xanlığa xüsusi mövqe qazandırırdı. Qeyd etmək lazımdır ki, mənbələrdə Cavad xanlığı bəzən Muğan xanlığı kimi də göstərilməkdədir.
Cavad xanlığının hərbi-siyasi vəziyyəti Muğan düzündə və Cavad şəhərində yaşayan əhalinin demoqrafik vəziyyətinə əsaslı təsir göstərmiş tarixi hadisələrdən biri də Gilan xanı Hidayət xanın 1778-ci ildə bu bölgəyə hücumu ilə bağlıdır. P. Q. Butkov yazır ki, 1768-ci ildə Şamaxının ardınca "…. Cavad xanı (Fətəli xan) da ondan asılı vəziyyətə düşdü".
Tarixi ədəbiyyatdan bəllidir ki, dinc yolla Quba xanlığına birləşdirilən Cavad xanlığının xanı Həsən xan tezliklə Fətəli xanın ən yaxın adamlarından birinə çevrilir. Cavad xanı Fətəli xanın ən inanılmış adamlarından biri olub, onun gizli məşvərətlərində iştirak edirdi. Cavad Quba xanlığın bir hissəsi olandan sonra Quba xanı Fətəli xan Taleh Həsən xanı şahsevənlərin başçısı təyin etdi. İstər yerləşməsi, istərsə də hərbi-strateji baxımdan əhəmiyyətli olan Muğanın xanlığa qatılması sonuncunun getdikcə güclənməsi demək idi. Xanlığı birləşdirməklə Quba xanı cənubi Azərbaycan xanlıqları, döyüşkən elatları, həmçinin Şəki, Qarabağ, Qaradağ və Ərdəbil könüllüləri ilə təmasda ola bilərdi. Muğan uzun illər müxtəlif xanlıqlar arasında mübarizə obyekti olmuşdu. 1758-ci ildə Qarabağın və Şəkinin birləşmiş qoşunları Muğan uğrunda Astrabad və Mazandaran hakimi Məhəmmədhəsən xan Qacar ilə döyüşmüşdülər. Muğanın Quba xanlığının himayəsinə daxil olaraq özü üçün xarici basqınlara qarşı etibarlı dayaq əldə etdi.
250px|thumb|right|Cavad xanlığı müxtəlif dövrlərdə.
Qubalı Fətəli xanın dövlətçilik mənafeyini üstün tutaraq böyük dövlətlər (Rusiya, Qacarlar, Osmanlı) arasında diplomatik manevr siyasətini Quba xanının rəqibləri qəbul etmirdi. Fətəli xanın Muğan düzənliyini və Cavad xanlığını öz torpaqlarına birləşdirməsi bir sıra Cənubi Azərbaycan xanlıqlarının mənafeyinə uyğun gəlmirdi. Belə ki, yuxarıda göstərilən xanlıqların əhalisinin köçmə maldarlıqla məşğul olan tərəkəmə hissəsinin ənənəvi qışlaq yeri olan Muğan çölün böyük bir hissəsinin Fətəli xanın nəzarəti altına düşməsi, eyni zamanda Ərdəbildən və Muğandan şahsevənlərin müəyyən qisminin Quba xanlığına köçürülməsi Gilan, Ərdəbil,Qaradağ və digər xanlıqların mənafeyinə uyğun gəlmirdi. Əvvəllər Quba xanlığına qarşı diplomatik fitnəkarlıqla məşğul olan bir sıra Cənub xanlıqları Fətəli xanın 1774-cü ildə Gavduşan vuruşmasındakı məğlubiyyətindən bir qədər sonra açıq hərbi müdaxiləyə başladılar.
Gilanlı Hidayət xanın Cavad xanlığına hücumu Bu işdə Gilanlı Hidayət xan xüsusilə canfəşanlıq edirdi. O, keçmiş Şamaxı xanı Ağası xan və Qaraqaytaq usmisi ilə ittifaq bağladı. Hidayət xanın qoşunları 1778-ci ilin əvvəllərində Talış xanlığını, sonra isə Salyan hakimliyini qarət etdikdən sonra Muğanda onu gözləyən şamaxılı Ağası xanın qoşunlarıyla birləşərək aprelin 6-da Cavad xanlığının mərkəzi sayılan Cavad şəhərinə doğru irəlilədilər və qala divarlarını mühasirəyə aldılar. 1778-ci ilin aprel ayında Cavad şəhərinə əvvəlcə 7 bomba və toplarla atəş açandan sonra camaat böyük təşvişə düşdü. Cavad qalasının mühasirəsi aprelin 5-i (bəzi mənbələrdə 6 aprel) günorta başlamışdı.
250px|thumb|right| Gilanlı Hidayət xan və müttəfiqi şamaxılı Ağası xanın Cavad xanlığına hücumu. 6 aprel 1778-ci il.
Həsən xan güclü rəqiblərinə qarşı dura bilməyəcəyini hiss edərək qardaşı və oğlunu götürərək "hər birinin boynunda təslim olduğu mənasını daşıyan qılıncla bütün sakinlərin bağışlanması üçün" Gilan xanı Hidayət xanın düşərgəsinə getdi. Tale Həsən xanın özünün onun düşərgəsinə gəlməsini tələb etmişdi. Ertəsi gün Cavad xanının özü Hidayət xanın düşərgəsinə getmiş, lakin Hidayət xan onu həbs etdirmişdi. Hidayət xanın qoşunları Cavada daxil olaraq şəhəri qarət etmişdilər. Bu zaman şəhərdə sakinlərdən başqa 150 dağıstanlı döyüşçü, 1500 nəfər Ağası xanın təbəəsi, 600 şəkili və 300 qubalı vardı. Hidayət xan dağıstanlı döyüşçülərin hər birinə xələt və pul verərək onları usminin yanına göndərmişdi. Şamaxı xanı Cavadın alınmasında köməklik göstərdiyinə görə Hidayət xan qaçqın şamaxılıları da sərbəst buraxmışdı. Qalan 900 nəfəri, şəkililəri və qubalıları isə Rəştə göndərmək niyyətində idi. Hidayət xan buranın əhalisini Gilan,Rəşt və Ənzəliyə köçürtdü. Bir məlumata görə şəhərdən 900 nəfər əhali köçürülmüşdü. Digər bir tarixi qaynağa görə isə şəhərdən 7500 nəfər əhali köçürülmüşdü. Onları ağır torpaq işlərində, qala tikintilərində və kənd təsərrüfatı işlərində istifadə üçün Rəşt və Ənzəli istiqamətində apardılar. Ənzəlidəki rus konsulluğunun tərcüməçisi Vanslov Həştərxan qubernatoru Yakobiyə göndərdiyi 28 aprel 1778-ci il tarixli məlumatında yazırdı ki, Bu səbəbdən də Fətəli xan Dərbəndi tərk etməyə cəsarət etməmiş, Hidayət xan Cavad qalasını almış və qarət etmişdi. Hidayət xan Cavadı qarət edərkən eşitmişdi ki, Tale Həsən xan gilanlıların hücumu ərəfəsində öz əmlakını qarabağlı İbrahimxəlil xanın yanına göndərmişdir. Hidayət xan məktub göndərərək İbrahimxəlil xandan Tale Həsən xanın əmlakını tələb etmiş, əks halda ona qarşı yürüş edəcəyini bəyan etmişdi. İbrahimxəlil xan cavab vermişdi ki, АВПРИ, f.77, siy.6, i ş481, v. 222
Bu hadisə Cavad xanlığı əhalisinin tarixi demoqrafik durumuna mənfi təsir göstərdi. Cavad şəhəri dağıdıldı və bir daha əvvəlki vəziyyətinə dönmədi. 1781-ci ildə Həsən xanın qoşunu Azərbaycan xanlarının (Quba xanı, Dərbənd xanı, Bakı xanı, Şamaxı xanı, Cavad xanı, Şəki xanı, Qarabağ xanı, Talış xanı və Ərdəbil xanı) o zaman İranın taxt-tacına namizədlərdən biri olan Ağa Məhəmməd şah Qacara qarşı birgə yürüşündə iştirak etdi. 1783-cü ildə Həsən xan qubalı Fətəli xanın 13 min nəfərlik qoşunun tərkibində Qarabağa hücum etmişdi. Qubalı Fətəli xan 1784-cü ilin mayında hücum edərək Ərdəbili və Meşkini tutdu. 250px|thumb|right| Qubalı Fətəli xanın müttəfiq və vassallarla Qarabağ xanlığına yürüşü. 1783-cü il. 250px|thumb|right| Qubalı Fətəli xanın Həsən xanla Ərdəbil xanlığına yürüşü. May 1784-cü il. Şahsevən əmirləri ona tabe oldular. Yerli hakim Nəzərəli xan Şahsevəni qovaraq Həsən xanı Ərdəbilə hökmdar təyin etdi.РГВИА, f.52/1, iş 131, v.31Butkov, II his., 140 – 141Abdullayev (1958), 123
Mədəniyyət
250px|thumb|right|Baba Samid məqbərəsinin müasir görünüşü. (Şıxlar kəndi)
Ən qədim tarixi memarlıq abidəsi Baba Samid türbəsidir. Türbə Şıxlar kəndi ərazisində magistral yolun kənarında yerləşir. XVI əsr tarixi memarlıq abidəsi haqqında Azərbaycan Tarix İnstitutunun professoru, tarix elmləri doktoru xanım Nemətova araşdırmalar aparmış və türbənin kitabəsini oxuyaraq açıqlamalar vermişdir. Alim "Əsrlərin daş yaddaşı" və "Azərbaycanda pirlər" adlı kitabında maraqlı fikirlər irəli sürmüşdür.
Qalaqayın məscidinin daş kitabəsi bu gün də qorunub saxlanılır. Kitabənin üstündə 1657-ci tarixi məscidin inşa olunması qeyd olunmuşdur. Məscid isə özü müasir tiplidir.
Sənətkarlıq Cavad şəhərinin adı XVI əsr mənbələrində çəkilsə də arxeoloji tədqiqatlar təsdiq edir ki, kəndin əsası daha 500 il əvvəl XI əsrdə qoyulmuşdur. Buradan böyük ticarət və karvan yolları keçmişdir. XVII əsrdə Nadir şahın və onunla birgə farsların ağalığı tənəzzülə uğradıqdan sonra Kür, Araz çaylarının ərazisi və digər ərazilərdə böyük və kiçik xanlıqlar yarandı. Kiçik xanlıqların içərisində Cavad xanlığı diqqəti cəlb edir. Kür və Araz çaylarının sahillərində yaşayan əhalinin əsas məşğuliyyəti əkinçilik olmuşdur. Cavad kəndi qəza kimi fəaliyyət göstərdiyi dövrdə maldar tayfalar qış aylarında bu yerlərə qışlağa gəlirdilər. Taxılçılıq, tütün, bostançılıq, heyvandarlıq da əhalinin əsas məşğuliyyəti idi. Oturaq əhali kustar əl əməyi ilə məşğul olur, saxsıdan, metaldan, şüşədən, müxtəlif məmulatlar düzəldir, həsir, xalça, palaz, çuval və s. əşyalar toxuyurdular.
Muğan bölgəsində yaşayan əhalinin məşğuliyyətini əks etdirən materiallar bölgə tarix-diyarşünaslıq muzeyində qorunub saxlanılır.
250px|thumb|right|Palaz
Bu gün də bir çox sənətkarlıq növləri ilə bir qisim əhali məşğul olur. Taxta işi, dəmirçilik, qalayçılıq, papaqçılıq, pinəçilik, toxuculuq, tikişçilik və s. sahələr inkişaf etdirilir.
Milli geyimlər Ötən əsrlərdə qadınlarımız əsasən qırçınlı və büzməli tuman, köynək, yundan əl ilə sırınmış sırıqlı geyinər, başlarına ağ, noxudu kəlağayı, qrebdişin və tirmə şallar örtər, zərbafta ilə işlənmiş yay və qış arxalıqları geyinərdilər. Kişilər və uşaqlar ətəkləri büzməli şalvarlar geyinər, qışda altdan dizlik, əyinlərinə gödəkçə, sırıqlı, ayaqlarına yun corab və başlarına isə papaq geyinərdilər.
İqtisadiyyat Xanlığın paytaxt şəhəri olmuş Cavad Avropa-Şərq ölkələri arasındakı ticarət yolunun üstündəki əsas məntəqələrdən biri sayılırdı.