Khmer İmperiyası (, Çakrphup Khmer və ya , Anaçak Khmer), rəsmi olaraq Anqkor krallığı (, Anaçak Anqkor) və ya hindlilər tərəfindən Kambucadeşa () — IX–XV əsrlərdə indiki Kamboca, Vyetnam, Tayland və Laos ərazisində hökmranlıq etmiş feodal khmer buddist dövləti. Keçmiş Bapnom və Çenla krallıqlarının süqutu ilə yaranan imperiya Cənub-şərqi Asiyanın əksəriyyətini və Cənubi Çinin bir hissəsini idarə edirdi.
Dövlətin ən böyük irsi onun paytaxtı Anqkor şəhəri idi. Şəhərin Anqkor Vat və Bayon kimi tikililəri Khmer İmperiyasının ucsuz-bucaqsız güc və zənginliyinin, valehedici incəsənət və mədəniyyətinin, memarlıq üslublarının, estetik nailiyyətlərinin və əsrlər boyu qoruyub-saxladığı müxtəlif inanc sistemlərinin rəmzidir. Süni peyklərdən əldə edilən şəkillər Anqkor şəhərinin sənaye inqilabından əvvəlki dünyanın ən böyük şəhəri olduğunu sübut edir.
Khmer İmperiyasının yaranma tarixi 802-ci il götürülür. Həmin il II Cayavarman özünü çakravartin ("dünyanın kralı" və ya "krallar kralı"). Krallıq XV əsrdə Anqkor şəhərinin işğalı ilə süquta uğramışdır.
Tarixi Dövlət Hind-Çin yarımadasının mərkəzi hissələrində yaşayan khmer tayfaları arasındakı əlaqələrin inkişafının bir nəticəsi olaraq yaranmışdır. Khmer tayfalarının bir hakimiyyət altında birləşmələrinin ən böyük səbəbi Anqkor şəhərinin yerləşdiyi ərazidi. Bu ərazi kənd təsərrüfatının inkişafı üçün münasib idi. Dövlətin qurulmasının başqa bir səbəbi hind sivilizasiyasının sahilyanı ərazilərdən yarımadanın dərinliklərinə yayılması idi.
II Cayavarman (802–850) Kambucadeşa kral sülaləsinin banisi hesab edilir, ancaq khmer tayfaları I İndravarman (877–889) və I Yaşovarman (889–900) hakimiyyəti dövründə birləşmişdir. XI–XII əsrlər imperiyanın ən qüdrətli dövrü idi. Kral I Suryavarman (1002–1050) və II Udayadityavarman (1050–1066) imperiya ərazisində böyük bir suvarma sistemi tikmişdir.
Kral II Suryavarmanın hakimiyyəti dövründə imperiya Çauprahaya çayının vadisində yaşayan monlarla və Tyampa dövləti ilə vuruşmuşdur. Böyükmiqyaslı müharibələr XIII əsrdə imperiyanın tənəzzül dövrünə girməsi ilə nəticələnmişdir. XIII əsrin ikinci yarısında imperiya qərbdə yaşayan tay tayfalarının hücumlarına məruz qalmışdır. İmperiya XV əsrdə Anqkor şəhərinin işğalı ilə süquta uğramışdır.
İnzibati bölgü Khmer İmperiyasının inzibati bölgüsü barədə çox az məlumat var. İmperiyanın krala xərac verən kiçik-kiçik knyazlıqlardan ibarət olmağı ehtimalı var. Mahal sistemi X əsrin ortalarında yanmışdır. Hər bir mahalda 20–90 nəfərlik srukdan (kənd) və bir məbəddən ibarət idi.
Dil Khmer cəmiyyəti ikidilli idi. Sanskrit hakimiyyətin və mədəniyyətin, khmer isə adi xalqın dili idi. Buna baxmayaraq, kitabələrdə həm sanskrit, həm də khmer dillərindən istifadə olunurdu.
Hökmdarlar thumb|Kambocanın 1993-cü ildə qəbul edilən krallıq bayrağı. 770—830: II Cayavarman 839—877: III Cayavarman 877—889: I İndravarman 889—910: II Yaşovarman 910—923: II Xarşavarman 923—928: II İşanavarman 921—941: IV Cayavarman 941—944: II Xarşavarman 944—968: II Racendravarman 968—1000: V Cayavarman 1001—1002: I Udayadityavarman 1002—1006: Cayaviravarman 1001—1050: I Suryavarman 1049—1066: II Udayadityavarman 1066—1080: III Xarşavarman 1080—1113: Nripatindravarman 1080—1107: VI Cayavarman 1107—1113: I Dharanindravarman 1113—1150: II Suryavarman 1150—1160: II Dharanindravarman 1160—1165: II Yaşovarman 1165—1177: Tribhuvanadityavarman 1181—1218: VII Cayavarman 1218—1243: II İndravarman 1243—1295: VIII Cayavarman 1295—1307: III İndravarman 1307—1327: İndracayavarman 1327—1336: IX Cayavarman
Qalereya Kambocadakı məbədlər
Tailanddakı məbədlər
Laosdakı məbədlər
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Kamboca tarixi Kateqoriya:Laos tarixi Kateqoriya:Tailand tarixi Kateqoriya:Vyetnam tarixi Kateqoriya:Çin tarixi Kateqoriya:802-ci ildə yarananlar Kateqoriya:İmperiyalar Kateqoriya:Asiyanın tarixi dövlətləri