Mehmet Səbri Ərçətin () (d. 1876, Bursa, Osmanlı İmperiyası - ö. 3 may 1956, İstanbul, Türkiyə) — Türk əsgəri.
Hərbi fəaliyyəti 1898-ci ildə Hərbi Mühəndislik Məktəbindən məzun oldu. Balkan müharibələrində iştirak etdi. Birinci Dünya müharibəsində bir sıra komandirliklərdə xidmət etmişdir. 1918-ci ildə Fələstin cəbhəsinə Britaniya qüvvələri tərəfindən əsir götürüldü. Əsirlikdən azad edildikdən sonra 1920-ci ildə Anadoluya gəldi və Türkiyə İstiqlaliyyət müharibəsinə qoşuldu. Müharibə zamanı 8-ci və 4-cü tümən komandiri vəzifəsində xidmət göstərdi. 1933-cü ildə təqaüdə çıxdı.
3 may 1956-cı ildə İstanbulda vəfat etdi. 1988-ci ildə nəşi Türkiyə Dövlət məzarlığına köçürüldü.
Medal və təltifləri "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) Dəmir xaç ordeni "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)
Həmçinin bax Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi
Mənbə T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 81.
Kateqoriya:1876-cı ildə doğulanlar Kateqoriya:1956-cı ildə vəfat edənlər Kateqoriya:Bursada doğulanlar Kateqoriya:İstanbulda vəfat edənlər Kateqoriya:Türkiyənin hərb tarixi