Seyid Mahmud Hesabi və ya Mahmud Xan Mirzə Hesabi (; ) — iranlı fizik. O, həmçinin Məhəmməd Musəddiq İranın baş naziri olduğu dövrdə 1951–1952-ci illərdə İranın Təhsil naziri vəzifəsində çalışmışdır. Eyni zamanda o, İranda akademik və nüvə fizikasının əsasını qoyan alim hesab edilir.

Həyatı Seyid Mahmud Hesabi 23 fevral 1903-cü ildə Təfriş şəhərində anadan olmuşdur. 4 yaşında olan ailəsi Beyruta köçdüyünə görə ibtidai sinfə burada getmişdir. O, məktəbdə oxuduğu zaman Birinci Dünya müharibəsi başladığına görə oxuduğu məktəb bağlanmışdır. Bundan sonra Hesabi təhsilini evdə davam etdirmiş və 1922-ci ildə Beyrut Amirakan Universitetinin yol mühəndisliyi ixtisasına qəbul olmuşdur. Universiteti bitirib, bir müddət Livan Nəqliyyat Nazirliyində işlədikdən sonra təhsilini davam etdirmək üçün Fransaya getmişdir. O, Fransanın " École Superieure d'Electricité" universitetinin elektrik mühəndisliyi ixtisasına qəbul olmuş, 1927-ci ildə qeyd edilən təhsil müəssisəsində doktorluq dissertasiyasını müdafiə etmişdir. Parisdə Aimé Cotton ilə çalışmışdır. Mahmud Hesabi 3 sentyabr 1992-ci ildə Cenevrə Universitetinin xəstəxanasında vəfat etmişdir.

O, elmdən başqa ədəbiyyat, musiqi və idmanla maralanmış, Qurani Kərim və Hafizin divanını əzbər bilmişdir. Hesabi İran klassik şeri və ədəbiyyatı, eləcə də klassik qərb musiqisi ilə yaxından tanış idi. O, həmçinin skripka və pianoda çox gözəl ifa etməyi bacarırdı. İdman ilə də məşğul olmuş, bir çox idman sahələrində uğurlara imza atmışdır.

İranın Yol və Şəhərsalma Nazirliyi bu ölkənin arsenalında olan gəmilərdən birinə Mahmud Hesabinin adını vermişdir.

Siyasi fəaliyyəti Pəhləvilər dövründə Mahmud Hesabi İranın 1-ci, 2-ci və 3-cü çağırış Senatının Tehrandan seçilmiş senatoru olmuşdur. O, həmçinin Məhəmməd Musəddiqin baş nazir olduğu dövrdə 1951–1952-ci illər ərzində Təhsil naziri vəzifəsində çalışmışdır.

Elmi və ictimai fəaliyyətləri Mahmud Hesabi xaricdə qalıb, öz fəaliyyətinə davam etmək şansına sahib olsa da, İrana qayıtmış və öz ölkəsində modern elm sahələrinin tədrisi, müəllimlər institutunun, Tehran Universitetinin elm və mühəndislik fakültələrinin təsisi, yüzlərlə kitabın yazılması, eləcə də İranda fizika və innovativ fizikanın əsasısının qoyulmasında yeganə şəxs olmuşdur.

Tehran Universitetinin yaradılması layihəsi Mahmud Hesabi Tehran Universitetinin yaradılmasından sonra texniki elmlər fakültəsinin ilk dekanı olmuşdur. Tehran Universitetinin yaradılmasında iranlı fizikin rolunun olması ilə bağlı isə müxtəlif fikirlər səsləndirilməkdədir. Bəzi tədqiqatçılar Mahmud Hesabinin Tehran Universitetinin yaradılmasında rolu olan əsas şəxslərdən biri olduğunu bildirsələr də, digər qism bunu inkar edir.

İstinadlar

Kateqoriya:İran nazirləri Kateqoriya:İran siyasətçiləri Kateqoriya:İran alimləri Kateqoriya:London Kral Cəmiyyətinin üzvləri Kateqoriya:Hüseynilər Kateqoriya:İran Senatının üzvləri Kateqoriya:"Fəxri Legion" ordeni zabitləri Kateqoriya:"Fəxri Legion" ordeninin komandorları Kateqoriya:XX əsrin fizikləri