Antişiəlik — dini inancları, ənənələri və mədəni irsinə görə Şiə müsəlmanlara qarşı yönəlmiş nifrət, ayrı-seçkilik və şiddətə verilən ad. Termin ilk olaraq 2011-ci ildə Şiə Haqları İzləmə Təşkilatı tərəfindən müəyyən edilmiş, lakin onilliklər ərzində qeyri-rəsmi tədqiqat və elmi məqalələrdə istifadə edilmişdir.

Məhəmməd Peyğəmbərin hüquqi varisinə qarşı mübahisə yaradan iki əsas məzhəb, sünni və şiənin meydana gəlməsiylə nəticələndi.

Sünnilik və ya yolun davamçıları xilafətə tabe oldular və Qureyşin hər hansı bir üzvü potensial olaraq əksəriyyət tərəfindən qəbul edildiyi təqdirdə Peyğəmbərin varisi halına gələcəyini təmin etdi. Şiəlik isə Peyğəmbərdən sonra Allah tərəfindən təyin edilmiş yalnız (Qədir-Xum hədisinə əsasən) İmam Əli onun davamçısı ola bilərdi. Beləliklə, İmam Əli Şiə əhalisi üçün dini hakimiyyətə çevrildi.Müvəqqəti olaraq qurulan Əməvi hökuməti üzərində nəzarət sahibi olan sünni idarəçilər Şiəliyi həm həm siyasi,həm də dini hakimiyyəti üçün təhlükə görmüşdülər.

Şiələrin tarix boyu sünni din adamları tərəfindən zülmü tez-tez qəddar və soyqırım hərəkətləri ilə xarakterizə edilmişdir. Bütün müsəlman əhalisinin yalnız 10-15% -ni əhatə edən şiələr bu günə qədər sünni ərəb hakimiyyəti olan bir çox ölkədə öz dinlərini sərbəst şəkildə həyata keçirmək və ya mütəşəkkil bir məzhəb kimi təşkilatlanma hüququna malik olmayan marjinal bir cəmiyyətdir.Nasr, Vali (2006). The Shia Revival: How Conflicts Within Islam Will Shape the Future. W.W. Norton & Company Inc. pp. 52-53.

Tarixi zülm

Əməvilər

Məhəmməd Peyğəmbərin (s.ə.s) nəvəsi İmam Hüseyn (ə.s) Yezidin hakimiyyətini qəbul etməmişdi. Yezid miladi tarixlə 680-ci ildən sonra Hüseynin karvanını mühasirəyə almaq üçün minlərlə Üməyyə (Əməvi) qoşunlarını göndərdi. Kərbəla döyüşü zamanı Əməvi qoşunlarını altı günlüyünə sərəncamlarına buraxdıqdan sonra Hüseyn və onun yetmiş iki yoldaşı öldürüldü, başları kəsildi və Şamdakı xəlifəyə göndərildi. Bu yetmiş iki nəfər Hüseynin dostu və ailəsi idi. Bu qəhrəmanlardan daha məşhur olan Həbib (Hüseynin yaşlı dostu), Abbas (Hüseynin sadiq qardaşı), Əkbər (Hüseynin 18 yaşlı oğlu) və Əli Əsgər (Hüseynin altı aylıq körpəsi) idi. Aşura gecəsində (Şamı-Qəriban) Yezid ordusu Hüseynin ailəsi və yoldaşlarının yaşadığı çadırları yandırdı.

Savaşdan sonra çadırda qalan İmam Hüseynin (ə.s) silahdaşlarının xanım və uşaqlarıyla yanaşı xəstə oğlu Zeynülabidin (sonrakı imam) idi. Hücum zamanı Yezidin qoşunları çadırları yandırdıqdan sonra qadınları və uşaqları talan və işgəncə etdilər. Şəhidlərin kəsilmiş başlarını götürərək parad şəklində hərəkət etdilər. Qadınların baş geyimləri soyularaq ərlərinin kəsilmiş başları arxasında Şama gedilməyə məcbur edildi. Onlar təxminən bir il həbsxanada qaldılar. İmam Hüseynin şəhid olması Əməvi xilafətinə birbaşa meydan oxuduğu ehtimalı sona çatdıqdan sonra şiələrin Üməyyə övladlarına və onların tələblərinə mənəvi müqavimət forması kimi yer qazanmasını asanlaşdırdı.Nasr(2006), p. 41

Bağdadın mühasirəsi 1258-ci ildə Bağdadın monqol mühasirəsindən sonra şiələrə qarşı mühakimə daha sıx şəkil aldı, hər problemə görə şiələri günahlandırırdılar.Nasr(2006), p. 53

Səlcuq/Osmanlı imperiyası dövründə zülm

Osmanlı imperiyası Anadoluda artmaqda olan şiəliyə cavab olaraq qətliam həyata keçirtdi. İmperiya ərazisində yüz minlərlə Anadolu və Suriya ələviləri daxil olmaqla Livan şiələri də soyqırıma məruz qaldı.Nasr(2006)p. 65-66

Hindistan

Keçmişdə Hindistan ərazisində şiələr bəzi keşmiş sünni hökmdarlar və Moğol imperiyası tərəfindən zülmlərə məruz qalmışdır. Bu da Qazi Nurullah Şüstəri (Şəhid-e-Daalis adlanan 3-cü şəhid), Mirzə Məhəmməd Kamil Dehləvi (Şəhid-e-Rabay adlanan 4-cü şəhid), Əhmədabadda Davudi Böhran təriqətinin 32-ci Dai-əl-mütləqi Qütbəddin Şəhid (həmçinin Qütbxan Qütbəddin) bir neçə hind şiə alimlərinin qətlə yetirilməsinə gətirib çıxartdı. Şiə İslamın beş şəhidindən üçü olan 31-ci Dai Qasim Xan Zainuddinə müvəffəq oldu.

Əsrlər boyu Kəşmirdə Hindistanda zülmlərlə üzləşdilər, bölgənin sünni işğalçıları tərəfindən bir çox şiələrin öldürülməsinə səbəb oldu və nəticədə əksəriyyəti bölgədən qaçmaq məcburiyyətində qaldı.

Sonrakı illərdə də Kəşmirdə Şiələr tarixinin ən çətin dövründən keçmişdilər. “Taaraclar” kimi tanınmağa başlayan talan, yağma və öldürmə şiə camaatı məhv etdi. Tarixi qeydlər kimi 1548, 1585, 1635, 1686, 1719, 1741, 1762, 1801, 1830, 1872-ci illərdə Şiə yaşayış yerlərinin talan edilərək öldürüldüyü “Taraj-e-Şiya” kimi tanınan “10 Taarac” kitabxanaları yandırmış və müqəddəs yerlər mundarlanmışdı. Onlar faciələrdən, çətinliklərindən ötəri həyatlarını qorumaq üçün “təqiyyə” (zülmün qarşısında kimliyini inkar etmək) etməyə məcbur olmuşlar.

Kəndlər məhv olmuşdu, camaat üzvlərinin əksəriyyəti inancını qorumaq üçün təhlükəsiz şimal ərazilərə köçürdülər. Kəşmirdə ardıcıl xarici qaydalar zamanı Şiələrin çəkdiyi zülm cəmiyyət üçün yeni deyil. Şiəliyin daşıyıcılarından bir çoxu məsələn, Peyğəmbərin övladları və başqa Kəşmirə inanc yaymaqda əsas rol oynayan Saadat kimi digər missionerlər oxşar vəziyyətlərdən zorla evlərini tərk etmişdilər.

Auranqzebin hakimiyyəti dövründə Şimali Karnitakadakı bir çox şiə müsəlman özlərini xilas etmək üçün şəhərlərini tərk etmək məcburiyyətində qaldı. Onlar Banqalore, Maysore, Alipur, Karnataka və digər cənub şəhərlərində məskunlaşmışlar.

İndiki Hindistan dünyəvi bir dövlətdir və Hindistanda Şiə İslamın tərəfdarları inanclarını sərbəst şəkildə tətbiq etməkdə azaddırlar. Əlavə olaraq Aşura günü Məhərrəm olaraq qeyd edilən və İmam Əlinin Doğum günü ictimai bayramlar olaraq tanınır.

Kəşmirdəki şiə müsəlmanlarına Aşura günündə yas tutmağa icazə verilmir. Cammu və Kəşmir dövlətinin hökuməti Hindistanda vətəndaşların əsas hüquqlarından biri olan din azadlığı hüququna zidd olan Məhərrəm hərəkatlarına görə məhdudiyyətlər qoymuşdur. Hər il Kərbəla şəhidliyinin ildönümü ərəfəsində yas tutanlarla hind əsgərləri arasında qarşıdurma baş verir.

Çin

Sintizyandakı əksər əcnəbi qullar İsmaili şiə məzhəbinə aid Çindəki dağ tacikləri idi. Sünni Uyğur müsəlmanları tərəfindən “Qalça” olaraq adlanırdılar, sünni Uyğurlardan fərqli olduğu üçün kölələşdirilmişdirlər. Şiə müsəlmanlar Kotanda qul kimi satılmışdılar. Sintizyanda da qul kimi satılmışdılar.

Müasir dövr

Banqladeş

Banqladeşdə şiəlik əleyhinə hücumlar tətbiq olunur. Məsələn, 2015-ci il oktyabrın 24-də Şiə məscidi partlayıb, 1 nəfər həlak olub, çoxu yaralanıb. Digər ən geniş müzakirə edilən hücum Boqrada Şibanyidəki Haripurda baş verdi. Şiə məscidində müəzzin öldürüldü və Məğrib namazı davam edərkən imam da daxil olmaqla ən azı dörd nəfər yaralanıb.

Bəhreyn

Bəhreyn əhalisinin əksəriyyəti Şiədir, 70-75% arasında rəqəmlər mövcuddur. Sünni Müsəlman olan hakim Əl Xəlifə ailəsi XVIII əsrin sonlarında Qətərdən Bəhreynə gəlmişdir. Şiələr Əl Xəlifənin Bəhreyndə legitimliyini qazana bilmədiklərini və “irqçi, məzhəbi və qəbilə ayrı-seçkiliklərinə əsaslanan siyasi aparteid” sistemi qurduqlarını iddia edirlər. Yaxın Şərq və İslam dünyası üzrə aparıcı İranlı mütəxəssis Vəli Nəsr “Şiələr üçün sünni hakimiyyəti aparteid təsiri altında yaşamağa bənzəyir”.

2011-ci il iğtişaşları

2011-ci ildəki iğtişaşlardan bu yana təxminən 1000 bəhreynli həbs olundu, Bəhreyn və beynəlxalq insan haqları qrupları yüzlərlə şiə məhbusa şübhəli işgəncə və sui-istifadə hallarını sənədləşdirdilər.Csmonitor.org saytına istinadən, hökumət siyasi ittihamların sarsıdılmasına qarşı “adanın şiə əksəriyyətini səssiz şəkildə ittiham etmək üçün psixoloji cəhətdən alçaltmaq” cəhdi olaraq görünür.Bahrain campaign to humiliate Shiites goes beyond politics , By Caryle Murphy / csmonitor.com / June 7, 2011

Aparteid

Bəhreyndə şiə müsəlmanlarına qarşı ayrı-seçkilik bir sıra mənbələr üçün (Taym Maqazin,Aryn Baker "Why A Saudi Intervention into Bahrain Won't End the Protests" March 14, 2011, Time Magazine. Vali Nasr,Yitzhak Nakaş, Kounturpanç,Franklin Lamb " The Obama Doctrine: AWOL in Bahrain," April 15–17, 2011, CounterPunch. İnsan haqlarının Bəhreyn mərkəzi"A Smearing Campaign against the Shiite Bahraini Citizens with the Participation of the Bahraini Crown Prince and the Ambassador of Bahrain in Washington" , Bahrain Centre for Human Rights, viewed Mar 31, 2011 və s.) onu "aparteid" ifadəsi ilə istifadə etmək üçün kifayət qədər ağır və sistematikdir.

“Daily Mirror”da yazan Ameen Izzadeen təsdiqləyir ki,

Cənubi Afrikadakı aparteid rejiminin ləğvindən sonra Bəhreyn azlığın çoxluğa şərtlərini diktə etdiyi tək ölkə olaraq qaldı. Bəhreynlilərin 70%-dən çoxu Şiə Müsəlmanlardır, lakin hökumətdə nəinki az, ümumiyyətlə mövcud deyildirlər.

Xristian Elm Monitoru (xəbər təşkilatı) Bəhreyni praktik olaraq təsvir edir

Şiələrin əsas hökumət vəzifələrini tutmasına və ya polis və hərbi xidmətdə çalışmasına icazə verməmək məzhəb ayrı-seçkiliyi formasıdır. Əslində, təhlükəsizlik qüvvələrinin heyəti Suriya, Pakistan və Bəlucistanlı sünnilər tərəfindən təşkil olunmuşdur. Bunlar da yerli şiə nüfusunun narazılığına səbəb olur.Raymond Barrett "Bahrain emerging as flashpoint in Middle East unrest," Feb. 15, 2011, Christian Science Monitor.}}

Misir Şiə fəalların sayı bir milyondan çox olduğu iddia edilərkən, sələfilər yalnız bir neçə min olduğunu söyləyirlər. Misir Şiələrinin təxmin edilən sayı 800 mindən iki ilə üç milyon arasındadır.

Brian Vitekerin sözlərinə görə Misirdə kiçik şiə əhalisi hakimiyyət tərəfindən təzyiqlərə məruz qalır və şübhə ilə münasibət göstərilir, ehtimala görə təhlükəsizlik səbəbləri ilə həbs edilir, lakin sonra dövlət təhlükəsizliyi zabitlərinin dini inanclarına görə sui-istifadə hallarına məruz qalırlar. Onilliklər ərzində BMT, Human Rights Watch və Amnesty İnternational kimi beynəlxalq təşkilatlar Misir şiələrinin dini inancları üçün hədəf alındıqlarını sənədləşdirdilər. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının 2012-ci ilin dekabr ayında verdiyi hesabatda Şiələrin hələ də Misirdə dini mərasimləri açıq şəkildə həyata keçirə bilmədiyi vurğulandı. Hassiba Hac Şahraoui BMT QAK-a deyib ki, bir çox qruplar "küfr" iddiası ilə təqib olunur. ABŞ-nin Beynəlxalq Dini Azadlıq üzrə Komissiyası dini etiqad azadlığının sistematik pozulması baxımından Misiri "xüsusilə narahatlıq yaradan ölkə" kimi qeyd etməyə davam edir. 2011-ci ilin dekabrında Misir təhlükəsizlik qüvvələri yüzlərlə şiəni Qahirənin Əl-Hüseyn məscidində şiənin müqəddəs Aşura dini mərasimini müşahidə etməklə maneə törətmişdir. Sələfi qrupları onları barbar ritualları icra etməkdə ittiham etdikdən sonra polis şiə dindarlarını məsciddən zorla çıxarmışdı.

İndoneziya 29 dekabr 2011-ci ildə Nangkrenang Madura adası Sampanq vilayətinin Nanqkrenanq rayonunda Şiə İslam internat məktəbi, məktəb məsləhətçisinin evi və bir məktəb binası yerli kəndlilər və kənardan gələn insanlar tərəfindən yandırıldı. İndoneziya Sünnilərin hakim olduğu dünyanın ən sıx müsəlman ölkəsidir. Hadisədən bir gün sonra Cakartada Sünni vaizin dediyi kimi: "Bu onların öz günahı idi, Sünni bölgəsində bir pesantren (İslam məktəbi) yaratdılar. Bundan əlavə, bir şiə olmaq böyük bir səhvdir. Doğru ibadət sünni ibadətidir, Allah yalnız sünni müsəlmanları qəbul edəcək. Şiələr sülh şəraitində yaşamaq istəyirlərsə, tövbə edib çevrilmək məcburiyyətindədirlər". Beynəlxalq Amnistiya İndoneziyadakı radikal İslam qrupları tərəfindən dini azlıqlara qarşı qorxu və şiddət hadisələrinin çoxunu qeyd etdi və İndoneziya hökuməti Şərqi Yavada kəndlərinə qayıtmaq məcburiyyətində qalan yüzlərlə şiə üçün qorunmanı təmin edəcək.

Malayziya Malayziya Şiələri inanclarını təbliğ etməkdən çəkindirir. 16 nəfər şiə müsəlmanı 2013-cü il sentyabrın 24-də inanclarını yaydığına görə həbs edilmişdilər.