Dənizkənarı Sena və ya Dənizsahili Sena () — Fransanın şimal-qərbində yerləşən, Normandiya regionunun departamenti . 18 yanvar 1955-ci ilə qədər departament «Aşağı Sena» () adlanırdıSeine-Inférieure // Wiktionnaire. Sıra nömrəsi — 76. İnzibati mərkəzi — Ruan şəhəri. Əhalisi — 1 257 920 nəfər (departamentlər arasında 15-ci yer, 2014-ci ilin məlumatları).

Coğrafiyası Dənizkənarı Sena departamenti Er, Uaza, Somma və Kalvados departamentləri ilə sərhəddir. Sahəsi — 6278 km². Departamentin ərazisindən Sena çayı axır.

Departamentə 3 dairə Dyep, Qavr, Ruan, 35 kanton və 711 kommuna daxildir.

Əsas şəhərləri: Qavr, Ruan, Dyep, Sottevil-le-Ruan, Sent-Etyen-dyu-Ruvre, Le-Qran-Keviyi, Le-Peyi-Keviyi, Mon-Sen-Enyan, Fekam, Elböf.

İstinadlar

Xarici keçidlər Préfecture Tourisme Communes76

Kateqoriya:Fransa departamentləri Kateqoriya:Dənizkənarı Sena