Sabah — Türkiyədə 22 aprel 1985-ci ildə nəşr olunmağa başlanan gündəlik qəzet. Şüarı "Türkiyənin ən yaxşı qəzeti"-dir. Qəzet 1997-ci ilin yanvar ayından etibarən onlayn fəaliyyətdə göstərir. 2007-ci ildə TMSF-ə köçürülən qəzetin baş redaktoru sonradan Turkuaaz Media Qrupa qoşulmuş Erdal Şafakdır. 7 noyabr 2016 tarixindən bəri, Türkiyə daxilində Azadlıq qəzetind'n sonra ən çox tiraja sahib olan ikinci qəzetdir.7 Kasım 2016 - 13 Kasım 2016 haftası tiraj tablosu medyatava.com. En son 23 Kasım 2016 tarihinde erişildi. arşiv
Tarixi
İzmirin Yeni Əsr qəzetini Türkiyə səviyyəsində qəzet halına gətirmə cəhdinin nəticə verməməsindən sonra, bu qrupun başındakı Dinç Bilgin sahibliyi Sabah Nəşriyyat himayəsində İstanbulda hazırlanıb, bütün Türkiyədə yayınlanmağa başlandı. İlk buraxılışı 22 aprel 1985-ci ildə çıxan qəzetin baş redaktoru Rəhmi Turan idi,. Daha sonra Zəfər Mutlu başçılıq etdiyi Sabah a Ərgün Babaxan, Ufuq Güldəmir ve Tayfun Dəvəcioğlu kimi redaktorlar rəhbərlik etmişdir . 2000-ci ildə Ciner Qrup qəzetə ortaqlardan biri kim daxil olmu şvə zaman-zaman aralıqlarla keçən bu əməkdaşlığın ardından Ciner şirkətinin də ortaq olduğu Mərkəzi Qrup tərəfindən 3 May 2005-ci ildə Sabah qəzeti satın alınmışdır. 2 yanvar 2006-cı il tarixinə Fatih Altaylı baş redaktor təyin edildi."Turkey's War on the Press , 18 Sentyabr 2009 Lakin, 2 aprel 2007-ci il tarixində Sabah TMSF tərəfindən borcları üzündən müsadirə olunmuşdur. Sabah və ATV birgə tenderi 7 Noyabr 2007 tarixində həyata keçirildi.The Economist, 8 May 2008, Circulation wars Tenderin qiyməti 1,1 milyard dollar səviyyəsində müəyyən edilmişdi ki,22 Aprel 2008-ci ildə Çalık Holdingə satıldığı təsdiq edildi.2007-ci ildə TMSF tərəfindən ələ keçirildikdən sonra iki dövlət bankına kredit verilərək Əhməd Çalıka satıldı.Reuters, 12 January 2008, Turkey eyes reform of media ownership law -paper 18 fevral 2009-cu il tarixində baş redaktor Erdal Şafaq təyin edildi. TMSF-nin müsadirəsindən əvvəl 9 aprel 2007-ci il cə 15 aprel 2007 tarixləri arasındakı qəzet satışı haqqında məlumatda 506,957 min satan Sabahın tirajı 30 Avqust 2010 və 5 Sentyabr tarixləri arasında 331.913-ə gerilədi.
Avropadakı faliyyət
Almaniyaya gedən türk işçilərinin qəzet və xəbər ehtiyaclarını qarşılamaq məqsədi ilə Sabah Almaniyaya və digər Avropa ölkələrinə hava yolları vasitəsi ilə göndərilməyə başladı. Tələbi artırdıqdan sonra qəzetin 1990-cı illərin əvvəllərində Almaniyada da dərc ediləcəyinə qərar verildi. Bu gün Frankfurt, Almaniya yaxınlığında Sabahla yanaşı , Yeni əsr, Təqvim, Fotomaç qəzetləridə nəşr olunur.
Loqolar
Redaksiya heyəti Ayşə Özyılmazel Bülənt Aras Əmrə Aköz Engin Ardıc Erdal Şafak Hasan Bülənt Qəhrəman Haşmət Babaoğlu Hıncal Uluç Hilal Kaplan Murat yılmaz Mahmud Övür Mehmet Barlas Melih Altınok Meliha Okur Okan Müderrisoğlu Refik Erduran Salih Memecan Şəlalə Kadak Yavuz Donat
Həmçinin bax
Yeni Sabah Yeni Əsr Təqvim
İstinadlar
Kateqoriya:Türk dilində qəzetlər Kateqoriya:İstanbul qəzetləri Kateqoriya:1985-ci ildə Türkiyədə yarananlar Kateqoriya:Gündəlik qəzetlər