Monqol işğalları — 13-cü əsr boyu baş tutmuş, 1300-cü ilədək artıq Asiya və Şərqi Avropanı əhatə edən geniş Monqol İmperiyasının yaranması ilə nəticələnmişdir. Tarixçilər Monqol İmperiyası daxilindəki dağıntıları bəşəriyyət tarixindəki ən ölümcül münaqişələrdən biri kimi qiymətləndirirlər.White, M. (2011). Atrocities: The 100 deadliest episodes in human history. WW Norton & Company. p270. Əlavə olaraq, monqolların kəşfiyyat xarakterli yürüşləri zamanı özləri ilə vəba gətirməsi, Asiya və Avropanın geniş hissələri boyu yayması və sonradan Qara ölüm adını alan və kütləvi insan həyatının itirilməsinə səbəb olan epidemiyanın əsasının qoyması ehtimalı da var.Robert Tignor et al. Worlds Together, Worlds Apart A History of the World: From the Beginnings of Humankind to the Present (2nd ed. 2008) ch. 11 pp. 472–75 and map pp. 476–77Compare: Andrew G. Robertson, and Laura J. Robertson. "From asps to allegations: biological warfare in history," Military medicine (1995) 160#8 pp. 369–73.Rakibul Hasan, "Biological Weapons: covert threats to Global Health Security." Asian Journal of Multidisciplinary Studies (2014) 2#9 p. 38. online
Monqol İmperiyası 13-cü əsr ərzində Asiya boyu bir sıra işğal və yürüşlər əsasında yaranmış, 1240-larda isə Şərqi Avropaya çatmışdır. "Dənizlərin imperiyası" adlandırılan özündən sonrakı bir çox imperiyanın (Britaniya) əksinə, Monqol İmperiyası daha çox quru əsaslı olmuş, otarma yönümlü Monqol süvari və mal-qara qüvvəsinə əsaslanmışdır.|Invaders|The New Yorker "Of necessity, the Mongols did most of their conquering and plundering during the warmer seasons, when there was sufficient grass for their herds. […] Fuelled by grass, the Mongol empire could be described as solar-powered; it was an empire of the land. Later empires, such as the British, moved by ship and were wind-powered, empires of the sea. The American empire, if it is an empire, runs on oil and is an empire of the air. Bu səbəbdən monqol qarət və yürüşlərinin əksəriyyəti mal-qara üçün kifayət qədər otun movcud olduğu daha isti fəsillərdə baş tutmuşdur. Monqolların yüksəlişindən əvvəl 1211-dən 1225-ə qədər 15 il rütubətli və isti hava şəraiti atların yetişdirilməsi üçün əlverişli şərait yaratdı və bu da monqolların işğalarına böyük kömək etdi.
Rus dövlətlərinə qarşı Tartar və Monqol yürüşləri 1260-cı illərdə Monqol İmperiyasının parçalanmasından daha sonralara qədər davam etmişdir. Digər ərazilərdə, Çində monqolların qazandığı əraziləri əldə saxlaması 14-cü əsrdə Yuan sülaləsinədək, İranda isə 15-ci əsrdə Teymurilər adı altında davam etmişdir. Hindistanda Monqol dövləti 19-cu əsrədək Muğal imperiyası adı altında mövcud olmağı bacarmışdır.
Mərkəzi Asiya
Çingiz Xan Monqol İmperiyasının əsasını Mərkəzi Asiyada Merkit, Tartar və Monqol kimi türk və monqol əsilli konfederasiyaları birləşdirməklə qoymuşdur. Uyğur Buddist Qoço Krallığını təslim olmağa məcbur etmiş və imperiyaya qatmışdır. Daha sonra isə Qara Xitay və Xarəzmlər sülaləsinin işğalı ilə imperiyanı genişləndirməyə davam etmişdir.Sinor, Denis. 1995. "Western Information on the Kitans and Some Related Questions". Journal of the American Oriental Society 115 (2). American Oriental Society: 262–69. .
left|thumb|Xarəzmlər sülaləsinə qarşı Vəliyan döyüşü Monqollara müqavimət göstərən hər bir şəhər ciddi dağıntılara məruz qaldığından müsəlman Mərkəzi Asiyası və İranın şimal-şərqi ciddi şəkildə əhali itirmişdir.World Timelines – Western Asia – AD 1250–1500 Later Islamic Hər bir əsgərin qarşısına müəyyən sayda insan öldürülməsi tələbi qoyulurdu. Məsələn, Ürgəncin işğalından sonra hər bir monqol əsgərindən 24 nəfər öldürülməsi tələb olunurdu."Central Asian world cities ", University of Washington.
Alan və Kumanlara (Qıpçaq) qarşı monqollar parçala və ələ keçir taktikasını yürütmüşlər. Kumanlara Alanlarla müttəfiqliyə son qoymalı olduqlarını demiş, müttəfiqləri ayırdıqdan sonra isə sıra ilə onları məğlub etmişlər.Sinor, Denis. 1999. "The Mongols in the West". Journal of Asian History 33 (1). Harrassowitz Verlag: 1–44. https://www.jstor.org/stable/41933117 .Halperin, Charles J.. 2000. "The Kipchak Connection: The Ilkhans, the Mamluks and Ayn Jalut". Bulletin of the School of Oriental and African Studies, University of London 63 (2). Cambridge University Press: [ https://www.jstor.org/stable/1559539 p. 235].
Monqolların Mərkəzi Asiyada Məmlüklər üzərinə yürüşü zamanı Məmlük ordusunun əksəriyyəti Qıpçaqlardan təşkil olunmuşdu. Qızıl Ordu dövlətinin Məmlükləri yeni Qıpçaq qüvvələri ilə təmin etməsi onların monqollara qarşı müqavimətinə kömək etdi.Halperin, Charles J.. 2000. "The Kipchak Connection: The Ilkhans, the Mamluks and Ayn Jalut". Bulletin of the School of Oriental and African Studies, University of London 63 (2). Cambridge University Press: 229–45. https://www.jstor.org/stable/1559539 .
Monqolların işğallarından sonra Macarıstan qaçqın Kumanlar üçün sığınacağa çevrildi.Howorth, H. H.. 1870. "On the Westerly Drifting of Nomades, from the Fifth to the Nineteenth Century. Part III. The Comans and Petchenegs". The Journal of the Ethnological Society of London (1869–1870) 2 (1). [Royal Anthropological Institute of Great Britain and Ireland, Wiley]: 83–95. https://www.jstor.org/stable/3014440 .
Mərkəzləşmiş dövlətə sahib və Yağma, Qarluq, Oğuzlardan ibarət olan, dünyəvi dinlərə keçmiş Qaraxanilərin əksinə, parçalanmış və dövlətsiz qalan Qıpçaqlar yalnız Monqol işğallarından sonra İslamı qəbul etmişdir.Golden, Peter B.. 1998. "Religion Among the Q1pčaqs of Medieval Eurasia". Central Asiatic Journal 42 (2). Harrassowitz Verlag: 180–237. https://www.jstor.org/stable/41928154 .
Qərbi Asiya
thumb|1258, Bağdadın mühasirəsi. Monqollar hazırda İran, İraq, Qafqaz, Suriya və Türkiyə olaraq bilinən əraziləri güc yolu ilə və ya könüllü olaraq əldə edib. Əsas döyüşlər, monqolların İslamın 500 il boyu mərkəzi olmuş Bağdad şəhərinin 1258-ci ildə mühasirəsi və qarəti və müsəlman qıpçaq Məmlüklərin monqolları dəf etdiyi 1260-cı ildəki Ən Cəlut savaşı olmuşdur. Bu döyüşdə monqol qüvvələrinin qarşısı qəti olaraq kəsildi. Monqol Hülakü xanın Mərkəzi Asiyaya yürüşü zamanı onu minə yaxın çinli mühəndisdən ibarət dəstə müşayiət etmişdir.
Şərqi Asiya right|thumb|Djin sülaləsinə qarşı Yehulinq döyüşü. thumb|left|Monqolların Çin sülalələrini işğalı Çingiz Xan və onun varisləri Çini dəfələrlə işğal etmiş, 1209-da Qərbi Xianı istila etmiş 1227-də isə tamamilə darmadağın etmişlər. 1234-də Djin sülaləsini, 1279-da isə Sonq sülaləsini məğlub etmişlər. Dali Krallığını 1253-cü ildə vassala çevirən monqollar, Koreyanı kopitulyasiyaya məcbur etmiş, lakin Yaponiyanı işğal edə bilməmişlər.
Cənubi Çini işğal etməyə göndərilən monqol qüvvələri 1256-da Mərkəzi Asiya üzərinə göndəriləndən daha böyük idi.Smith, Jr. 1998 , p. 54.
Monqollar tərəfindən işğal olunan Tibetin idarəsi Yuan sülaləsinə verilib. Ərazinin idarəsi üçün Yuanlar tərəfindən Buddist və Tibet münasibətləri Bürosu yaradılmışdır.1264 və 1308-ci illər arasında monqollar Saxalin adasını da işğal edir. Korea (Qoryeo) yarım müstəqil vassala və 80 il müddətinə Yuan sülaləsinin məcburi müttəfiqinə çevrilir. Daha sonra Yuan sülaləsi 1368-ci ildə Qırmızı Türbanlılar üsyanı zamanı devrilir.
Sibir
Avropa left|thumb|Leqnika döyüşü monqolların Polşanı birinci işğalı mərhələsində baş tutub. thumb|200x200px|13-cü əsr monqol işğalı Slovakiyadakı Spis Qalası kimi qüdrətli qaya qalalarının tikilməsinə təkan vermişdir. Monqollar Avropada Polşanı, Macarıstanı və Bolqarıstanı işğal etmədən öncə Volqa Bolqarıstanını və Kiev Rusunu işğal edib dağıntalara məruz qoymuşlar. Üç il ərzində (1237–1240) monqollar Novqorod və Pskov istisna olmaqla bütün əsas Rus şəhərlərini dağıdıb xəritədən silmişlər.
Papanın Böyük Monqol Xanının yanına göndərdiyi elçi, Ciovanni da Pian del Karpine, 1246-cı ildə Kievdə səyahətdə olarkən yazırdı: Onlar (Monqollar) Rusiyaya hücum edib viran qoydular. Şəhərləri, qalaları darmadağın edərək kişiləri qılıncdan keçirdilər və Kiyevi, Rusiyanın paytaxtını mühasirəyə aldılar. Uzun çəkən mühasirədən sonra şəhərə daxil olub sakinləri ölümə məhkum etdilər. Biz bu ərazilər boyu səyahət edərkən yerdə tərk edilmiş saysız-hesabsız insan kəllələri və sümüklərinə rastladıq. Kiev olduqca böyük və sıx məskunlaşılmış bir şəhər idi, halbuki indi şəhər əhəlisi demək olar heçə endirilib. Hazırda şəhərdə 200 ev qalıb ki, onların da sakinləri qul olaraq saxlanılır.
Monqol işğalları məcburi əhali köçünü Mərkəzi Asiya və Şərqi Avropada görülməmiş səviyyəyə qaldırmışdı. Monqol ordularının yaxınlaşması xəbəri terror və panika yaradırdı.
Cənubi Asiya
Cənub-Şərqi Asiya
İtki sayı
Xronologiya
Həmçinin bax Kalka döyüşü
İstinadlar
Ədəbiyyat Boyle, J. A. The Mongol World Enterprise, 1206–1370 (London 1977) Hildinger, Erik. Warriors of the Steppe: A Military History of Central Asia, 500 B. C. to A. D. 1700 May, Timothy. The Mongol Conquests in World History (London: Reaktion Books, 2011) online review; excerpt and text search Morgan, David. The Mongols (2nd ed. 2007) Rossabi, Morris. The Mongols: A Very Short Introduction (Oxford University Press, 2012) Saunders, J. J. The History of the Mongol Conquests (2001) excerpt and text search
Turnbull, Stephen. Genghis Khan and the Mongol Conquests 1190–1400 (2003) excerpt and text search
Əsas mənbə Rossabi, Morris. The Mongols and Global History: A Norton Documents Reader (2011)
Xarici keçidlər
Worldwide death toll The Destruction of Kiev Battuta's Travels: Part ThreePersia and Iraq Central Asian world cities? The Tran Dynasty and the Defeat of the Mongols Kateqoriya:XIII əsrdəki münaqişələr Kateqoriya:XIV əsrdəki münaqişələr Kateqoriya:Asiya tarixi Kateqoriya:Tarixşünaslıq Kateqoriya:Tarixi xronologiyalar