Əsgər Həsən oğlu Abdullayev () — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini (2006–2022), gömrük xidməti general-leytenantı (2007), "Vətənə xidmətə görə" ordeninin tam kavaleri.
Həyatı Əsgər Həsən oğlu Abdullayev 1963-cü il iyulun 26-da Naxçıvan MSSR Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. 1980-ci ildə orta təhsilini Nehrəm kəndindəki məktəbi qızıl medalla başa vurmuşdur. Ali təhsilini Kiyev İnşaat Mühəndisləri İnstitutunda alaraq buranı 1985-ci ildə bitirmişdir.
Əsgər Abdullayev 1985–1996-cı illərdə Yaşıllaşdırma Müəssisəsinin Baş İstehsalat İdarəsində iqtisadçı, mühəndis, böyük mühəndis, şöbə rəisi, trest rəisi vəzifələrində işləmiş, 1996–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində idarə rəisi və və Baş Gömrük İdarəsinin rəisi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmiş və 27 dekabr 2022-ci ildə azad edilənədək bu vəzifədə işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Əsgər Abdullayevə 23 yanvar 2006-cı ildə gömrük xidməti general-mayoru, 24 yanvar 2007-ci ildə isə gömrük xidməti general-leytenantı ali xüsusi rütbələri verilmişdir.
Ailəlidir və 2 övladı var.
Təltifləri 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 28 yanvar 2015 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 31 yanvar 2013 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 25 yanvar 2011 "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 26 yanvar 2010
İstinadlar