Şərəfxanlı məscidi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Haqqında Şərəfxanlı məscidi Şərəfxanlı nəslindən olan Məşədi Molla İbrahim tərəfindən 1915-ci ildə Şərəfxanlı məhəlləsində tikilib. Məscid 4 otaqdan ibarətdir və günbəzlidir. 1920-ci il Gəncə üsyanında öldürülmüş beş nəfər Şərəfxanlı məhəlləsinin sakinini o zamanlar şəhər qəbristanlığında dəfn etmək mümkün olmadığı üçün məscidin həyətində dəfn ediblər. Sovet işğalından sonra məscid M.F.Axundov adına 7№-li natamam orta məktəbə çevrildi. Sonralar bu məktəb ictimai iaşə idarəsinin kulinariya məktəbi oldu. Binadan hazırda kitabxana və nikah evi kimi istifadə edilir.

Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı Qırıxlı məscidi Qazaxlar məscidi Qızılhacılı məscidi

İstinadlar

Kateqoriya:Gəncə məscidləri Kateqoriya:Gəncə abidələri Kateqoriya:1915-ci ildə yarananlar Kateqoriya:Arran memarlıq məktəbi Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri