Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi —
Muzeyin binası vaxtilə Tiflisdə yaşayıb işləyən M.F.Axundzadənin öz vəsaiti ilə inşa edilmişdir.
Gürcüstanın azərbaycanlı ziyalılarının müraciətinə əsasən 1982-ci ildə binada M.F.Axundzadənin ev-muzeyi yaradılmışdır. 1996-cı ildə Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra bu mədəniyyət ocağı əsaslı təmir olunmuş və həmin vaxtdan Azərbaycan Mədəniyyəti Mərkəzi kimi fəaliyyət göstərmişdir.
2007-ci ildə Gürcüstan Prezidentinin Sərəncamına əsasən Mərkəzə Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilmişdir.
Qalereya
İstinadlar
Kateqoriya:Mirzə Fətəli Axundov Kateqoriya:Gürcüstan muzeyləri Kateqoriya:Tbilisi muzeyləri Kateqoriya:1982-ci ildə yarananlar Kateqoriya:Azərbaycan mədəniyyəti