Yeddi adalar () — Barens dənizində 7 adadan ibarət olan arxipelaq. Kola yarımadasından bir qədər aralıda, Xarlovka çayının mənsəbinin qarşı tərəfində yerləşir. Əsas qrup 5 adadan ibarətdir. Onlar materikdən Yeddiada Reydi boğazı ilə ayrılır. Bura Xarlovka, Veşyanka, Böyük və Kiçik Zelensov və kuvşina adaları daxildir. Liski adalarına daxil olan 2 ada isə 8 km cənub-şərqdə yerləşir. Birinci qrupa daxil olan adalar əsasən daşlıqlardan ibarətdir. Sahilləri hündür, ərazisi meşəsiz və boşdur. Ən iri adaları Xarlov və Veşnyakdır.

Belə ehtimal edilir ki, bölgənin köklü əhalisi olan saamilər adaların mövcudluğu barədə hələ XIII—XIV əsrlərdən bilirdilər. 24 avqust 1597-ci ildə adaların yaxınlığından Villem Barensin 3-cü ekspedisiyası keçmişdir. Arxipelaq ərazisi bütünlüklə Kondalaşk qoruğu ərazisinə daxildir.

Vaxtı ilə Xarlov adasında Semiostrovnoye qəsəbəsi vardı. 1942 - 2009-cu illərdə burada əlçatmaz hidrometeoloji stansiya fəaliyyət göstərirdi («Xarlov adası»). Bu stansiya 1912-1940-cı illərdə adanın qarşı tərəfində, materikdə yerləşirdi. Hazırda isə fəaliyyətini dayandırmışdır.

Adaların sahillərində qabarmanın hündürlüyü 3,0 metrdir.

Burada ən böyük quş koloniyaları kuvşin və Xarlov adalarında müşahidə edilir.

Adaların siyahısı Adı Koordinatları Maksimal hündürlüyü Xarlov 117,5 Böyük Zelensov 50,4 Kiçik Zelensov 28,0 Veşnyak 82,6 Kuvşin 74,3 Böyük Liski 59,1 kiçik Liski 20,6

Arxipelaqın tərkibinə Xarlovskiye Balışı, Luda, Sikov və bir çox digər kiçik adacıqlar daxildir. İstinadlar

Kateqoriya:Murmansk vilayəti adaları Kateqoriya:Barens dənizi adaları Kateqoriya:Barens dənizinin yaşayış olmayan adaları Kateqoriya:Murmansk vilayətinin yaşayış olmayan adaları