Vençur maliyyələşməsi və ya Vençur kapitalı — innovasiya kompaniyasının inkişafı və genişlənməsindən gəlir əldə etmək üçün yüksək riskli investisiya vəsaitidir.

İnnovasiya müəssisəsinin yaradılması mərhələsində (start-up mərhələsi) investisiyadan fərqli olaraq vençur maliyyələşməsi kompaniya ilk gəlir gətirməyə başladıqda, başqa sözlə inkişaf və genişlənmənin ilkin mərhələsində həyata keçirilir. Vençur maliyyələşməsi əsasən vençur fondları və biznes-layihələr (innovasiya layihələrinə şəxsi vəsaitlərini yerləşdirməyə hazır olan fiziki şəxslər) həyata keçirirlər. İdarəetmə kompaniyası qapalı səhmdar fondun təşkilati-hüquqi şəklində yaradılır.

Tarixi Vençur kapitalı 1950-ci illərin sonlarında ABŞ-də meydana çıxdı və tezliklə özünə geniş fəaliyyət meydanı əldə etdi.

Vençur investisiyasının əsas xüsusiyyətləri Kompaniyanın “portfeli”-nin qiymətinin artmasında professional vençur investorlar (mütəxəssislər) komandasının aktiv iştirakı; İnvestisiyanın cəlb edilməsi kompaniyanın nizamnamə kapitalının və ya borcun konvertasiyası yolu ilə həyata keçirilir; Kompaniya gələcəkdə investorların marağına uyğun qurulur; İnvestisiya strategiyası ortamüddətli və uzunmüddətli olur; Vençur investisiyasının son məqsədi, gəliri aktivlərin strateji və ya portfel investorlarına satışının nəticəsində və ya kompaniyaların aksiyalarını satışa verməklə əldə etməkdir.

İnnovasiyaların maliyyələşdirilməsində vençur kapitalının rolu Dinamik inkişaf edən iqtisadiyyat daim özü ilə yeniliklər və dəyişikliklər gətirir. Bəşər tarixinin inkişafının müxtəlif mərhələlərində iqtisadiyyatın təkamülü həmişə məhsuldar qüvvələrin istehsala səmərəli cəlb olunması problemi ilə qarşı-qarşıya dayanmışdır. Bu baxımdan resurslardan qənaətli istifadə və bunun qarşılığında daha çox məhsul istehsal edərək bazara təqdim etmək kimi məsələlər həm sahibkarlıq subyektlərinin həm də elm adamlarının əsas müzakirə obyektinə çevrilmişdir.

Yeniləşən və inteqrasiya olunan müasir dövrümüzdə, dövlətlərarası, regionlararası və şirkətlərarası rəqabətin kəskinləşdiyi vaxtda göstərilən problemlər daha qabarıq xarakter alaraq ölkəmizin dünya bazarında yerinin müəyyənləşməsi və mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm aktuallıq kəsb edir.

Qeyd edək ki, inkişaf etmiş dövlətlər bu məsələlərin həllində daha çevik siyasət həyata keçirərək iqtisadiyyatın elastik və dinamik inkişafını qabaqlamaq və onun tələblərini qarşılamaq məqsədilə özlüyündə daha mürəkkəb və sadə təzahür formasına malik biznes alətlərini formalaşdırmağa çalışırlar. Təbii ki, bunun kökündə yenə də mövcud insan, kapital, əmək ehtiyatları, təbii sərvətlər kimi resurslardan maksimum səmərəli istifadə olunması məsələləri dayanır.

İstehsalda səmərəlilik əldə edilməsi məqsədilə son dövrlər insan amili mərkəzə çəkilərək digər resurslar onunla əlaqələndirilir və bu ikili qarşılaşdırmalar nəticəsində yeni kombinasiyalar meydana çıxır ki, nəticədə məhsuldar qüvvələrin yeniləşmiş gücü ortaya çıxır. Bu baxımdan qarşıya qoyduğumuz problemin mərkəzində insan və kapital amili qarşılaşır ki, bunun da nəticəsində bənzəri olmayan yeni məhsul, spontan inkişaf və daha çox gəlir gətirən bir model ortaya çıxır.

Fikrimizcə, vençur kapitalını insan və maliyyə kapitalının qarşılıqlı sintezindən meydana çıxan bir məhsul adlandırsaq heç də yanılmarıq. Vençur kapitalı bazarda yeni yaranan və özünə müvafiq yer qazanmaq uğrunda mübarizə aparan firmaların maliyyələşdirilməsi üçün nəzərdə tutulan investorlar tərəfindən yönəldilən maliyyə vəsaitidir. Vençur sərmayələri digər investisiyalardan yüksək riskli olması ilə fərqlənirlər. Vençur kapitalı bir çox hallarda birbaşa özəl investisiya qoyuluşunda istifadə edilir və adətən xarici sərmayəçilər tərəfindən həyata keçirilir. Lakin, dövlət qurumları tərəfindən də bu növ investisiyalar yatırılmaqdadır. Bu tip investisiya qoyuluşları əsasən yeni və ya müflis olmaq təhlükəsi ilə üzbəüz qalmış şirkətlərin inkişafı üçün həyata keçirilir. Vençur sərmayəsi sonda çox yüksək gəlir gətirən, amma bununla yanaşı yuxarıda da qeyd etdiyimiz kimi yüksək riskli investisiyalardır. Həmçinin bu tip investisiyalar müəssisənin kapitalında pay sahibi olmaq üçün də istifadə olunur. Vençur fondları innovasiya layihələrini güzəştli əsasda maliyyələşdirə bilər. Vençur fondları innovasiya fəaliyyətinin çox kanallı mənbələrindən istifadə etməklə kapitalı birləşdirə və paylaşdıra bilər. Bu halda innovasiyanın maliyyələşməsi ilə əlaqədar risk müxtəlif tərəfdaşlar arasında səhm kapitalı fondunda iştirak dərəcəsinə görə mütənasib bölünür. Fondun vəsaitlərini eyni zamanda bir neçə innovasiya layihəsinə yerləşdirdikdə gəlir əldə etmək ehtimalı artır. İnnovasiya fəaliyyəti riskli xarakterə malik olduğundan vençur (innovasiya) fondları öz risklərini diversifikasiya etməli, layihə portfelini formalaşdırmalıdır. İqtisadi inkişaf etmiş ölkələrin təcrübəsinə görə innovasiya fondu portfelində 10 maliyyələşən layihədən 9-u gəlir gətirmir, 10-cu layihə isə 100% gəlir gətirməlidir ki, orta gəlir 10% olsun. Bu ölkələrdə innovasiya fondlarına milli kommersiya bankları, korporasiya, şəxsi insanlar, investisiya bankları, beynəlxalq investorlar vəsaitlərini investisiya edirlər.

Vençur fondları “boz” (qeyri-leqal) və kriminal kapitalların böyük hissəsini cəlb edə bilərlər. Risk kapitalı investorlarının intensiv fəaliyyəti vəsait qoyuluşunda onların maddi marağını əks etdirir. Digər bərabər şəraitdə belə maraq aşağıdakı vəziyyətlərlə izah edilir: Kapital qoyuluşunun yüksək faiz gətirən alternativ üsulunun olmamağı; Kredit bazarında ənənəvi əməliyyatlar üçün borc faizinin aşağı olması; Dövlətin pul-kredit siyasətinin risk maliyyələşməsinin stimullaşdırılması; Sənaye-maliyyə qruplarının birgə maraqları və s.

Riskin vençur kapitalı bazarının inkişaf etdirilməsi məqsədi ilə vençur sahibkarlığı kredit ehtiyatları bazarında güzəştlərin verilməsi ilə, innovasiya firmalarına və vençur müəssisələrinə vergilərin aşağı salınması ilə dövlət tərəfindən stimullaşdırılmalıdır. Vençur sərmayəçisi dedikdə isə bu növ investisiyaların qoyuluşunu həyata keçirən şəxs və ya şirkət kimi başa düşülür. Vençur sərmayəçiləri kapitalın yatırılması forma və şəklinə görə genişmiqyaslı və dar çərçivəli investor olmaqla iki hissəyə ayrılırlar. Həyat şəraitinin müxtəlif səviyyələrində, çoxsaylı geoiqtisadi regionlarda və iqtisadiyyatın fərqli sahələrində çalışan vençur investorları genişmiqyaslı vençur investoru adlanır. Dar mənada dedikdə isə bu əsasən iqtisadiyyatın götürülmüş bir və ya iki sferasında həyata keçirilən investisiya fəaliyyəti başa düşülür.

Vençur sərmayəçiləri əsasən firmaların ilkin fəaliyyətinin maliyyələşdirilməsi ilə xarakterikdirlər. Lakin, şirkətlərin inkişafının müxtəlif səviyyələrində də vençur investisiyalarının yatırımlarına rast gəlmək olar. Vençur kapitalı müəssisə hələ heç bir məhsul istehsal etmədən və ya özünün qiymətli kağızlarını buraxmadan şirkətə yatırıldığından ona çox vaxt start kapitalı adı da verilir. Bununla yanaşı vençur investisiyası firmanın çətin vəziyyətindən çıxması üçün də yatırılır ki, bu da şirkətə özünün ağır dövrlərini keçərək bazarda müvafiq yerini tuta bilməsinə böyük yardım edir. Bir sıra vençur fondları bazarda səhmdar cəmiyyətlərinin yenidən qurulması və yenidən kapitallaşmasına dəstək göstərməklə bu yolla onların investorlar üçün cəlb edici hala gətirilməsi istiqamətindəki fəaliyyətlərinə görə də ixtisaslaşırlar.

Qeyd edək ki, vençur sərmayəçiləri üçün başlıca cəzb edici sahə dünyanın müxtəlif regionlarında əldə edilən elmi-texniki nailiyyətlərin maliyyələşdirilməsidir. Bununla yanaşı vençur sərmayəçiləri bəzi hallarda tikinti sektoruna, sənaye sahəsinə, xidmət sferasına da maliyyə qoyuluşu edirlər. Son dövrlər isə vençur şirkətləri pərakəndə satış və sosial məsuliyyət sferası üzrə işləyən firmalar üzrə də ixtisaslaşaraq buna xeyli vəsait də yatırırlar. Vençur şirkətləri ölçülərinə görə müxtəlif olurlar. Belə ki, ailə səviyyəsində kiçik maliyyə vəsaiti yatıranlar - bunlar da adətən bir neçə milyonlarla dollar vəsait həcmində olur, orta və daha nəhəng sərmayəçilər ki, bu tip investorlar da bir neçə yüz milyonlardan başlayaraq hətta dünya səviyyəsindəki layihələrin həyata keçirilməsinə milyardlarla dollar vəsait yatırırlar.

Vençur sərmayəçiləri digər invetorlardan fərqli olaraq vəsait yatırdıqları şirkətlərin inkişaf etdirilməsi üçün məsləhətlər verərək onların idarə olunmasında yaxından iştirak edirlər. Bu sərmayəçilər onlarla və hətta yüzlərlə şirkətə investisiya yatırmaqla özlərinin kapitallaşma sahəsindəki mövcud təcrübələrini daha da təkmilləşdirməyə çalışırlar. Onu qeyd etmək lazımdır ki, vençur kapitalı bütün şirkətlər üçün uyğun deyildir. Belə ki, vençur fondları istənilən layihələrə və innovativ təkliflərə tez bir zamanda vəsait ayırmırlar. Onlar müştərilərdən (iqtisadçılardan, mühəndislərdən, fiziki və hüquqi şəxslərdən) xeyli sayda layihə təkliflərini toplayır, təmkinlə empirik prinsiplər əsasında onları qiymətləndirir və sonda onları maliyyələşdirilib və ya maliyyələşdirilməməklə bağlı qərarlar verirlər. Bu səbəbdən də təcrübə göstərir ki, bir çox hallarda investora təqdim edilmiş yüz layihədən yalnız bir-ikisi maliyyə vəsaiti əldə edə bilir. Bu baxımdan da vençur kapitalı sərmayələrin çətinliklə əldə edilməsi, tələbkarlığın çox olması və yüksək rəqabətin mövcudluğu ilə də analoji investisiyalardan xeyli dərəcədə fərqlənirlər.

Vençur sərmayəçiləri əsasən yüksək risklərə malik olmasına baxmayaraq sonda yüksək inkişaf göstəricisi vəd verən layihələrin nəticələrini 3-7 il arasında gözləməyə razı olaraq maliyyə yatırırlar. Əgər, hər hansı bir şirkətin yaxşı tərtib edilmiş və əsaslandırılmış biznes-planı, yüksək ixtisasa və təcrübəyə malik olan menecerlər heyəti, təsisçilərin özlərinin də maliyyə qoyuluşları və işin uğuruna yüksək inamı, layihənin icrasından illik 40%-lik mənfəət gözləmələri varsa onda bu layihəyə investoru cəlb etmək asan olar.

Vençur sərmayəçilərini cəlb edən əsas amillər Vençur sərmayəçilərini cəlb edən əsas amillərə aşağıdakıları aid etmək olar: Əmtəə və xidmətlər bazarı ilə bağlı yeni innovativ ideyalar, innovativ texnologiya və məhsulun yenilənmiş şəklinin bazara daxil edilməsi; Şirkətin idarə olunmasında qərarların qəbuluna təsiredici səsə malik olmaqla iştiraka cəlb olunması; Patentləşdirilmiş, müəlliflik hüququ olan və məxfiliyi qorunan ixtira əsasında ortaya çıxmış yeni məhsulların olması; Şirkət daxilində əlverişli mühitin olması vençur sərmayəçisində ilkin kapital yatırmaqla yanaşı gələcək inkişaf layihələrinin də maliyyələşdirilməsi üçün də stimul yaradır; Vergi güzəştlərinin olması; Bu sahənin inkişafına yönəlmiş dövlət qayğısının və dəstəyinin olması və s.

Vençur sərmayəçiləri üçün cəlb edici sahələr Vençur sərmayəçiləri üçün başlıca cəlb edici sahələr aşağıdakılardır: İnformasiya-kommunikasiya texnologiyaları; Kompüter avadanlığının istehsalı və proqram təminatı; Rabitə və multimediya avadanlıqlarının istehsalı; İnternet və elektron biznesin inkişafı; Təbiət elmlərinə daxil olan sahələr; Biotexnologiya üzrə yeniliklər; Tibbi avadanlıqların istehsalı; Diaqnostik və terapiya avadanlıqları və s.

Vençur maliyyələşdirməsini əsaslandıran şərtlər Vençur maliyyələşdirməsini əsaslandıran şərtlərə aşağıdakıları misal göstərmək olar: Vençur sərmayəçisi investisiya qoyuluşunun qarşılığında şirkətin kapitalında iştirak payı əldə edir; İnvestorun əsas gəliri – onun payının dəyərinin artmasıdır; Şirkətdaxili gözlənilən gəlirin səviyyəsi 35-40% arasında dəyişir; Sərmayəçinin əlində olan zəmanət – şirkətin idarə olunmasında rəhbərlik və bir səhmdar kimi hüquqlarının qorunmasıdır; Riskin dərəcəsinin yüksək və daha yüksək olmasıdır (Təbii ki, riskə nisbətən də artan gəlir); Layihənin təhlilinin əsas predmetinin menecer heyətinin yüksək peşəkarlığı və şirkətin bazar imkanlarının geniş olmasıdır; İnvestor adətən 3-7 ildən sonra gəlir əldə edir.

Vençur layihələrinin maliyyələşdirilməsi mənbələri Vençur layihələrinin maliyyələşdirilməsi mənbələrinə isə aşağıdakıları aid etmək olar: