Con Dalton (, 6 sentyabr 1766, İqlsfild, Kamberlend, İngiltərə — 27 iyul 1844, Mançester, İngiltərə) — ingilis fiziki və kimyaçısı. Atom və Molekul təliminin baş direktoru.

Həyatı Con Dalton 1803-cü ildə bir sıra elementlərin nisbi atom kütlələrinin birinci cədvəlini tərtib etmiş, atom-molekul təliminin inkişafında böyük rol oynamışdır. Eləcə də Daltonun adıyla görmə qabiliyyətindəki problem - daltonizm adlandırılmışdır. O özü də bu xəstəlikdən əziyyət çəkmişdir və 1794-cü ildə bu haqda yazmışdır.

Daltonun Atom Nəzəriyyəsi Daltonun Atom Nəzəriyyəsi atomlar haqqında elmi nəzəriyyədir. Dalton bu teori ilə elementlərin müəyyən üsullarla birləşməsi səbəbini aydınlaşdırdı. Atomların ideyası həmin vaxt məlum idi, lakin geniş qəbul edilməmişdi. Daltonun bu teorisi həqiqi müşahidə üzərində qurulmuşdu. Bunda qədər atomlar haqda ideyalar daha çox fəlsəfə üzərində qurulurdu.

Onun teorisi aşağıdakı kimidir: Bütün cisimlər atomlardan təşkil olunub. Atomdan daha sadə hissəcik yoxdur. Atomlar yaradıla və ya dağıdıla bilməz. Kimyəvi reaksiyalar atomların hərəkəti zamanı baş verir. Eyni elementlərin atomlarının kütləsi eynidir. Atomlar ancaq xüsusi nisbətlərdə birləşə bilir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İngiltərə fizikləri Kateqoriya:İngiltərə kimyaçıları Kateqoriya:Botanika taksonlarının müəllifləri Kateqoriya:İngiltərə protestantları Kateqoriya:Oksford Universitetinin müəllimləri Kateqoriya:Kvakerlər Kateqoriya:Britaniya fizikləri Kateqoriya:Alimlər Kateqoriya:Atomistlər Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri