() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Ukraynada, Krımda, Rusiyada, Moldovada, Qafqazda, Orta Asiyada, Avropada, Şimali Afrikada, Ön Asiyada, Pirney yarmadasında yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 3 m-dək olan koldur. İynələri qarmaqvari, xırda, yarpaqları 5-7, iri yumurtavari, alt tərəfi tükcüklü, sadə dişlidir. Çiçəkləri uzun saplaqlarda, ağ və ya əsasən açıq çəhrayı, orta ölçülüdür, çiçəkaltlığı lansetvaridir, kasayarpaqları aşağıya əyilmiş, lələkvaridir. İyun-iyulda çiçəkləyir.

Ekologiyası Meşədə açıq yamaclarda, orta dağ qurşağına qədər, kölgəli və rütubətli yerlərdə, dağ çaylarının sahillərində, kolların arasında, dəniz səviyyəsindən 2300 m hündürlükdə tək və ya kiçik qruplarla bitir.

Azərbaycanda yayılması Azərbacyanda Kiçik və Böyük Qafqazda (Balakən, Zaqatala), Kür-Araz ovalığında, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.

İstifadəsi Balverici, dekorativ bitkidir. Müalicəvi məqsədlə kökləri, ləçəkləri, meyvələri və toxumları istifadə edilir. Meyvələri yeməlidir, mürəbbə üçün yararlıdır.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:1790-cı ildə təsvir edilən bitkilər Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Avropa florası Kateqoriya:Türkmənistan florası Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Mərakeş florası Kateqoriya:Əlcəzair florası