Adil Nadirov () — azərbaycanlı keçmiş futbolçu və məşqçi, "Qarabağ" klubunun təsisçilərindən biri.

Həyatı 1950-ci il aprelin 28-də Ağdamda anadan olub. Futbola 1960-cı ildə Uşaq İdman Məktəbində Nadir Xudabaxşıyevin rəhbərliyi altında başlayıb. 1965-ci ildən "Məhsul" komandasında oynayıb. 1968-ci ildə SSRİ birinciliyinin aşağı dəstəsində çıxış edən Mingəçevirin "Toxucu", daha sonra hərbi xidmətlə əlaqədar Tiflisin "OİK" komandasında çıxış edib.

1974-cü ildə uşaqlardan ibarət "Qarabağ" futbol komandası təşkil olunmuşdur. Komanda Adil Nadirovun rəhbərliyi altında qısa müddətdə qələbələr qazanmağa başlamışdır.

Əsgərlikdən qayıtdıqdan sonra yenidən Ağdam komandasının şərəfini qoruyub. 1981-ci ildə, ağır zədə aldıqdan sonra futbolla vidalaşıb. 1987-ci ildə indiki "Qarabağ"ı təsis edib və ilk baş məşqçisi olub. Komanda 3 dəfə SSRİ dövründə Azərbaycan çempionu, 1 dəfə isə yeni yaradılmış milli çempionatın qalibi adını qazanıb. 30-dan çox futbolçunun yetişməsində əməyi olub. Məhz bu səbəbdən, "əməkdar məşqçi" adına layiq görülüb.

1993-cü ildə Ağdam ermənilər tərəfindən işğal olunduqdan sonra komandanın yaşaması üçün fədakarlıq göstərən şəxslərdən biri olub. Azərbaycan milli futbol komandasının yarımmüdafiəçisi Vüqar Nadirovun əmisi idi.

2018-ci il yanvarın 28-də vəfat edib.

İstinadlar

Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Qarabağ FK məşqçiləri Kateqoriya:Ağdamda doğulmuş idmançılar Kateqoriya:Ağdamlı futbolçular Kateqoriya:Ağdam rayonunda doğulanlar