Viktor Xodukin OİK(Lvov) futbol məktəbinin yetirməsidir. 1965-1967-ci illərdə OİK(Lvov),"Neftyannik"(Droqobiç), "Karpatı"(Lvov) komandalarında oynamışdır. Məşqçilik karyerası 1971-ci ildən başlanmışdır. Uzun illər(1975-ci ildən 1990-cu ilədək) "Karpatı" Olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbində işləmiş və məktəbin baş məşqçisi olmuşdur. 1991-cu ildən Ukraynanın 2-ci dəstəsində oynayan "Avanqard" (Jidakov), "Qazovik"(Komarno) və "Sementik" (Nikolayev) komandalarına baş məşqçilik etmişdir. 1996-cı ildən 2005-ci ilin yanvar ayınadək Lvov "Karpatı"sının 2-ci komandasında (Ukrayna çempionatı, 1-ci və 2-ci liqalar) baş məşqçi vəzifəsində çalışmışdır.

Xarici keçidlər http://www.inter.az/index.php?option=com_joomleague&func=showPlayer&p=4&pid=105&Itemid=0

Kateqoriya:Ukrayna idmançıları