«LookSport» (keçmiş adı ilə Look TV) — 14 fevral 2012-ci ildən yayımlanan Rumıniya özəl telekanalı. Telekanalda tok-şoular, sənədli filmlər və futbol oyunları (Liqa I və Liqa Kuboku görüşləri də daxil olmaqla) yayımlanır. Telekanalın sahibi həmçinin «LookPlus» telekanalının sahibi olan, «Transilvania Media Group» şirkətinin rəhbəri, iş adamı Arpad Paşkanidir. Telekanal iki stansiyaya; 2014-cü ilin mart ayında « Intel Sky Broadcasting LTD» şirkətinə, 2017-ci ilin sentyabr ayında isə «Clever Media Network SRL» şirkətinə satılmışdır. Hal-hazırda kanalın sahibi Adrian Tomşadır.

Yüksək dəqiqlik 100px|left LookSport yüksək dəqiqlikli televiziya sisteminə keçərək, LookSport HD adı ilə yayımına davam edir.

Verilişləri Faci pariu? — Rumıniya televiziya idman növləri haqqında verilişi, aparıcı Doru Krakiun Fotbal Look— Rumıniya televiziya tok-şou verilişi, aparıcılar Vlad Maçikaşan, Kristian Aszalos və Kristian Yakod

İdman yarışları Liqa I Liqa II Rumıniya Kuboku Rumıniya Superkuboku UEFA Çempionlar Liqası UEFA Avropa Liqası İtaliya Kuboku İtaliya Superkuboku Süper Liq Türkiyə Kuboku Primeyra Liqa Avroliqa

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rumıniya televiziya kanalları