Uhud döyüşü — 23 Mart 625-ci ildə (Hicri təqvimlə 7 Şəvval 3-cü il) hal-hazırkı Ərəbistan yarımadasının şimal-qərbində yerləşən Uhud dağında, Mədinədə məskunlaşan Müsəlmanlar ilə Məkkəli Əbu Süfyanın başçılıq etdiyi ordu arasında baş vermişdir. Döyüşün gedişində baş verən ən önəmli hadisələrdən biri də İslam peyğəmbərinin əmisi Həmzənin öldürülməsidir.
Səbəbi Döyüşün baş tutma səbəbi Məkkəli Müşriklərin Bədr döyüşündə aldıqları məğlubiyyətin qisasını almaq istəmələriYəqubi, Tarixi-Yəqubi, c.2, Uhud döyüşü fəsli, verdikləri itkiləri unutdurmaq və müsəlmanların aldıqları qələbədən sonra yüksələn döyüş əhval-ruhiyyəsini aşağı salmaq idi.
Qüreyşin döyüş büdcəsi Qüreyşin ticarət yolunun bağlanması Qüreyşliləri narahat etmişdi. Qüreyşlilər razılaşmışdılar ki, əllərindəki pulu ancaq Məhəmmədlə döyüşmək üçün xərcləyəcəklər. Əmr As bir neçə adamla birlikdə Kənanə və Səqif qəbilələrinə gedib onlardan qoşun üçün canlı qüvvə istəyir və döyüşün bütün xərclərinin Qüreyş tərəfindən ödəniləcəyini bildirirlər.Cəfər Sübhani, Həzrət Muhəmmədin həyyatı, səh.343
Qüreyş ordusunun toplanması Qüreyş fərqli qəbilələrdən öz dəstəsinə adam toplamağa başladı və ordunun komandanlığı Əbu Sufyan ibn Hərbə tapşırıldı. O ordunu toplayıb Mədinəyə tərəf üz tutdu. Qüreyş Bəni-Kinanə tayfası və Tihamə camaatı kimi ətraf qəbilələri də özlərİ ilə əlbir etdilər. Əbu Sufyan döyüşə öz arvadı Hindi də gətirmişdi.Əllamə Məclisi, Biharul-ənvar, c.20, səh.30, 12-ci fəsil Döyüşdəki ən əsas məqamlardan biri Hindin Vəhşi`yə Məhəmməd, Əli və Həmzədən birini öldürəcəyi təqdirdə azadlığa buraxmağı söz vermişdi ki, Həmzəni də məhz Vəhşi öldürdü.Seyid Haşim Rəsuli Məhəllati, İmam Əlinin həyatı, səh.44
YəqubininYəqubi, Tarixi-Yəqubi, c.2, Uhud döyüşü fəsli və Əllamə MəclisininƏllamə Məclisi, Biharul-ənvar, c.20, səh.91, 12-ci fəsil nəqlinə əsasən, Qüreyş 3000 nəfərlik ordu topladı. Toplanan ordunun 200-ü atlı, qalanı isə piyadalardan ibarət idi, orduda 700 nəfər döyüşçü isə zirehlilərdən təşkil edilmişdi.Əllamə Məclisi, Biharul-ənvar, c.20, səh.91, 12-ci fəsil Qüreyş ordusunda eyni zamanda çoxlu sayda nökər də iştirak edirdi. Onlara qələbə qazanılacağı təqdirdə müxtəlif vədlər verilmişdi.
Uhuda tərəf hərəkət Məkkə ordusu 11 mart 625-ci ildə Məkkədən Mədinəyə doğru hərəkət etdi. Məhəmməd peyğəmbərin kəşfiyyatçıları Qüreyşin bu qərarını ona çatdırdılar. Yəqubiyə görə, bu xəbəri məktubla çatdıran Abbas ibn Əbdülmüttəlib idi.Yəqubi, Tarixi-Yəqubi, c.2, səh.646, Uhud döyüşü fəsli Müsəlmanların bir dəstəsi müşriklərlə Mədinədən kənarda vuruşmaq təklifini irəli sürdülər. Müsəlmanlar da döyüş üçün hazır vəziyyətə gəldilər. Qısa müddət sonra hər iki ordu Mədinədən bir fərsəx kənarda, Uhud dağının yamaclarında üz-üzə gəldi. Şeyx Səduqun nəqlinə əsasən, Qüreyşin bayraqdarları Bəni-Əbdud-Dar tayfasından təyin edilmişdi.Şeyx Səduq, əl-Xisal, səh.560 Şeyx İrbilinin nəqlinə görə, Məhəmməd peyğəmbər mühacirlərin bayrağını Əli ibn Əbu Talibə verdi, özü isə ənsarın kiçik bayrağının yanında durdu.Şeyx İrbili, Kəşful-ğummə, c.1, səh.242
Məhəmməd peyğəmbər 1000 nəfərlik qoşun ilə Uhud dağına tərəf hərəkət etdi. Yolun yarısında Abdullah ibn Ubəy və onun 300 tərəfdarı Mədinəyə qayıtdı. Nəticədə, orduda 700 nəfər qaldı.Mehdi Pişvayi, Məsum İmamların tarixi, səh.19 Məhəmməd peyğəmbərdən Şut adlı yerdə ayrılan Ovs qəbiləsinə məxsus bu 300 nəfər döyüşçü qoşundan ayrılmaq üçün bəhanə gətirib onların "Mədinədə qalıb düşməni şəhərdə qarşılamaq" təklifinin qəbul edilməməsindən ötrü bunu etdiklərini bildirirlər. Ordu hərəkət edərkən Abdullah ibn Ubəy ilə müttəfiq olan bir dəstə yəhudi də döyüşə getmək istədiyini bildirir, lakin Məhəmməd peyğəmbər onların döyüşdə iştirak etməsinə icazə vermir.Cəfər Sübhani, Həzrət Muhəmmədin həyyatı, səh.348
Döyüş barədə Məhəmməd peyğəmbər iki ordunun qarşılaşdığı Uhud dağındakı dar keçidin hər iki tərəfinə də oxçuları yerləşdirdi. Bu Məkkəlilərin dağın ətrafını dolanaraq arxadan müsəlmanlara hücüm etməsinin qarşısını almaq üçün idi. Oxçulara xəbərdarlıq edilmədən yerlərini tərk etməmək əmrini verdi.Əllamə Məclisi, Biharul-ənvar, c.20, səh.31, 12-ci fəsil
Əbu Sufyan Xalid ibn Vəlidin başçılığı ilə kiçik bir dəstəni dağın keçidini nəzarətdə saxlamış 50 nəfərin pusqusunda qoyur. İki tərəfin qüvvələri Uhud dağının ətəyində qarşılaşdı. Düşmən ordusunun say çoxluğuna baxmayaraq Əli ibn Əbu Talib tərəfindən Qüreyşin 9 bayraqdarının öldürülməsiƏllamə Məclisi, Biharul-ənvar, c.20, səh.33, 12-ci fəsil və müsəlmanların təsirli hücumları ilə Məkkə ordusu geri çəkilməyə başladı. Bunu görən oxçular döyüşü qazandıqlarını fərz edərək gizləndikləri yerləri tərk edib, məkkəlilərin geri çəkilərkən qoyduqları qənimətləri talan etməyə başladılar. Məhəmməd tərəfindən verilən göstərişdən çıxan müsəlmanlara görə Məhəmmədin oxçuların başçısı təyin etdiyi Abdullah ibn Cubeyr və ya Abdullah ibn Ömər ibn Həzəmə dağın keçidində tək qalır.
Bundan istifadə edən məkkəlilərin komandanlarından Xalid ibn Vəlid rəhbərlik etdiyi qüvvələrlə oxçuların tərk etdiyi keçiddən müsəlmanlara hücum etdi. Xalid ibn Vəlid Abdullahı qətlə yetirir və arxadan Məhəmməd peyğəmbərə hücum etməyi planlaşdırır. Qüreyşin hücumu nəticəsində pərən-pərən düşən müsəlmanlar Məhəmməd peyğəmbəri tək qoyub qaçırlar. 70 nəfər müsəlman, Həmzə ibn Əbdülmüttəlib və İslam qoşununun bayraqdarlarından biri olan Məsəb ibn Umeyr öldürülür.Mehdi Pişvayi, Məsum İmamların tarixi, səh.21 Müsəb ibn Ümeyr öldürüldükdən sonra Məhəmməd peyğəmbər ənsarın kiçik bayrağını Əli ibn Əbu Talibə verdi.Şeyx İrbili, Kəşful-ğummə, c.1, səh.240Əllamə Məclisi, Biharul-ənvar, c.20, səh.55-56, 12-ci fəsil Beləcə, müsəlmanların hər iki bayrağın daşımaq Əli ibn Əbu Talibə tapşırıldı. Digər tərəfdən müşrikər döyüş meydanında Məhəmməd peyğəmbərin öldürüldüyünə dair şayiə yaydılar və müsəlman ordusunu ruhdan saldılar. Məhəmməd peyğəmbərin ətrafında sadəcə Əli ibn Əbu Talib, Əbu Dəcanə Ənsari və Səhl ibn Hüneyf qalır.Şeyx İrbili, Kəşful-ğummə, c.1, səh.243Əllamə Məclisi, Biharul-ənvar, c.20, səh.58, 12-ci fəsil Əhli sünnə alimi Bəlazurinin, Nəsainin, Fəxri Razinin, Alusinin, Vaqidinin, Suyutinin nəqlinə əsasən qaçanlar arasında Ömər və Osman da var idi.Bəlazuri, Ənsabul-əşraf, c.1, səh.326Əhməd ibn Şueyb ən-Nisai, Xəsais Əmir əl-Muminin Əli ibn Əbi Talib, səh.122, h.104; təhqiq: Əhməd Mirin əl-Baluşi, Məktəbə əl-Məla, Kuveyt, 1406/1986Fəxr ər-Razi, Məfatihul-ğeyb, c.9, səh.52; Darul-fikr, Beyrut, 1401/1981Mahmud əl-Alusi, Ruh əl-məani fi təfsir əl-Quran, c.4, s.99; "İdarə ət-Tibaa əl-Muniriyyə" və "Dar İhya ət-Turas əl-Ərəbi" nəşriyyatlarıVaqidi, əl-Məğazi, səh.277Cəlaləddin əs-Suyuti, əd-Durrul-mənsur fi təfsir bil-məsur, c.4, səh.81;Şeyx İrbili, Kəşful-ğummə, c.1, səh.244 Qaçıb dağılan müsəlmanlardan 14-ü, o cümlədən Təlhə və Asim ibn Sabit geri dönür, qalanları isə dağlara qaçırlar. Bu hücum sonrası İslam ordusu ağır itkilər verərək geri çəkilməyə başladı. Beləliklə döyüşə yüksək əhval-ruhiyə ilə başlayıb, uğurlu təşkil olunmuş hücumla rəqibi geri çəkilməyə vadar edən müsəlmanlar itkilər verərək məğlub oldular. Məkkə ordusu da elə də böyük üstünlük qazanmamasına baxmayaraq bu nəticəyə qane olub müsəlmanları təqib etməyərək Məkkəyə doğru çəkildi. Müşriklər Ühüddən hərəkət etdikdən sonra Məhəmməd peyğəmbər Əli ibn Əbu Talibi onların arxasınca kəşfiyyat üçün göndərir.İbn İshaq, əs-Sirətun-Nəbəviyyə, c.2,səh.80, Seyid Haşim Rəsuli Məhəllatinin qələmi ilə, Bakı 2012 Yəqubinin nəqlinə görə, 68 müsəlman döyüşdə öldürüldü.Yəqubi, Tarixi-Yəqubi, c.2, Uhud döyüşü fəsli
Əli ibn Əbu Talibin rolu Şeyx İrbilininŞeyx İrbili, Kəşful-ğummə, c.1, səh.246, Şeyx MüfidinŞeyx Müfid, əl-İrşad, səh.47 və Əllamə MəclisininƏllamə Məclisi, Biharul-ənvar, c.20, səh.51; 62 nəql etdiyinə əsasən, Ühüd döyüşündə Qüreyşin 9 bayraqdarı var idi ki, bunların hamsını qətlə yetirən Əli ibn Əbu Talib idi. Bunu görən müşriklər bayraqdarlarının öldürülməsindən sonra təşvişə düşürlər. Səhabələrin çoxu qaçarkən Qüreyş Məhəmməd peyğəmbərə olan hücumlarını artırdı.İbn Əbilhədid, Şərhi Nəhcül-bəlağə, c.14, səh.250 Tarixi nəqllərə əsasən, Əli ibn Əbu Talib Məhəmməd peyğəmbəri qoruyarkən hücuma keçən dəstələri bir-bir dağıtdı.Əllamə Məclisi, Biharul-ənvar, c.20, səh.101; 106. 12-ci fəsil İbn İshaqa görə döyüşdəki nailiyyət Əli sayəsində əldə olundu.İhqaqul-həqq, c.8, səh.374 İbn Əbilhədid müşriklərdən qətlə yetirilən 22 və ya 28 nəfərdən 12-ni Əli`nin təkbaşına öldürdüyünü qeyd edir.İbn Əbilhədid, Şərhi Nəhcül-bəlağə, c.3, səh.401 Yəqubi`yəYəqubi, Tarixi-Yəqubi, c.2, Uhud döyüşü fəsli və İbn İshaq`aİbn İshaq, əs-Sirətun-Nəbəviyyə, c.2,səh.91, Seyid Haşim Rəsuli Məhəllatinin qələmi ilə, Bakı 2012 görə öldürülən müşriklərin sayı 22 idi.
Şeyx SəduqŞeyx Səduq, İləluş-şəraye, Əllamə MəclisiƏllamə Məclisi, Biharul-ənvar, c.20, səh.48; 61; 78 12-ci fəsil və bir çox tarixçiyə görə Əli ibn Əbu Talibin qılıncı bu döyüşdə qırılır və Məhəmməd peyğəmbər qılıncı Zülfiqarı ona verir. Bu döyüşdə Əli ibn Əbu Talibin 25 yaşı var idi.
Həmzənin öldürülməsi Məhəmməd peyğəmbərin əmisi Həmzə ibn Əbdülmüttəlib döyüşkən və cəsur bir şəxs kimi tanınırdı. Cəsarətinə görə Qüreyşlilər ondan çəkinirdilər. Uhud döyüşündə də Bədrdəki kimi Məhəmməd peyğəmbəri müdafiə edirdi. Həmzənin Məhəmməd peyğəmbəri hərtərəfli müdafiə etməsi Əbu Sufyan və onun arvadını narahat edirdi. Ona görə də Məhəmməd peyğəmbəri və Əli ibn Əbu Talibi öldürmək istədikləri kimi Həmzəni də öldürməyə müvəffəq olmaq onların əsas hədəflərindən biri idi.Əllamə Məclisi, Biharul-ənvar, c.20, səh.36, 12-ci fəsil Əbu Sufyanın arvadı Hind ibn Utbənin qulamı olan Vəhşi Həmzəni öldürməyi bacardı. Əllamə Məclisinin nəql etdiklərinə əsasən, Hind onun burnunu, qulaqlarını, Vəhşi də ciyərini bədənindən ayırdı.Əllamə Məclisi, Biharul-ənvar, c.20, səh.37; 59, 12-ci fəsil Məhəmməd peyğəmbər Həmzənin öldürüldüyünü və cəsədinə nələr edildiyini öyrəndikdə məyus oldu.Əllamə Məclisi, Biharul-ənvar, c.20, səh.42, 12-ci fəsil Kuleyninin nəqlinə görə, Məhəmməd peyğəmbər Həmzəyə namaz qıldı.
Həmçinin bax Bədr döyüşü Xəndək döyüşü
İstinadlar
Kateqoriya:23 martdakı hadisələr Kateqoriya:625-ci ildəki hadisələr Kateqoriya:Səudiyyə Ərəbistanındakı döyüşlər Kateqoriya:İslam Kateqoriya:İslam tarixi Kateqoriya:620-ci illərdəki münaqişələr Kateqoriya:Məhəmmədin döyüşləri